Problemlər
Böyüməyə başladığımız vaxtdan bəri hər birimiz kiçik və böyük olmasından asılı olmayaraq hər zaman problemlərlə üzləşirik. Bunlara nümunə olaraq, 3 yaşlı bir uşağın banka qapağını özü açmağa çalışmasından 20 yaşlı bir gəncin IT üzrə işlədiyi iş yerində proqramlaşdırma zamanı kod xətasını tapmağa çalışmasını örnək göstərə bilərik.
Niyə Mən?
Hər zaman biz problemlərlə üzləşdiyimiz zaman, özümüzə verdiyimiz ilk suallardan biri “Niyə bu mənim başıma gəlir?” sualı olur. Əgər xarakter cəhətdən “şikayətcil” insanıqsa, vəziyyət bizim üçün biraz daha da çətinləşir, çünki, dayanmadan bu problemin yaranma səbəbini başqalarında axtarmağa, başımıza gələn hadisə üçün kimlərisə günahlandırmağa davam edirik. Problem isə ya yerindəcə qalmağa davam edir, ya da bir müddət vaxt itkisindən sonra “problem” dediyimiz, bəlkə də olmayan hadisəni özümüz həll etməyə başlayırıq.
Problem yoxsa müəllim?
Çox qısa zaman müddətində dünyada olduğu kimi, həmçinin öz ölkəmiz olan Azərbaycanda da əksər gənclərin, həmçinin orta yaşlı insanların da “daha yaxşı” yaşamaq üçün ilk olaraq düşüncə tərzini dəyişməli olduğunu artıq anlayırlar və düşüncə tərzindəki bu dəyişim bizə yuxarıda özümüzə verdiyimiz sualı “Bu problem / başıma gələn hadisə mənə nə öyrətməyə çalışır?” olaraq dəyişməyimizə kömək edir.
Düşüncə tərzimizin indiki və gələcək həyatımızda nə dərəcədə vacib təsiri olduğunu artıq əksəriyyətimiz bilməkdədir:
There are no big problems, there are just a lot of little problems (Henry Ford)
Kimliyimizdən asılı olmayaraq, əgər hal-hazırda stabil, rutin və sakit bir həyat yaşamaq istəyiriksə, başa düşmək lazımdır ki, bu situasiyalar müvəqqətidir və hər zaman müvəqqəti olaraq qalacaq. Çünki stabil həyatımız olsa, inkişaf olmayacaq, istər az istər çox, inkişafın olmasını istəyiriksə, hal-hazırda içində olduğumuz müvəqqəti stabillikdən zövq alıb yenidən komfort zonamızdan kənara çıxmalı və yeni problemlər aşkar etməliyik. Bir müddət öncə, bu ilin əvvəlində Mark Mansonun “Vecinə almamağın incə sənəti” kitabını oxuyub bitirdim. Kitabdan bir çox hissələr götürsəm də, ən çox sevdiyim hissə məhz aşağıdakı oldu:
Daha yaxşı dəyərləri ön sraya qoyun və vecinizə alacağınız daha yaxşı şeylər seçin. Çünki daha yaxşı şeyləri vecinizə alsanız, daha yaxşı problemləriniz olacaq. Yaxşı problemləriniz olsa, daha yaxşı həyatınız olacaq. (Mark Manson)
Hər bir problem bizə nələrisə qatır, nələrisə öyrədir, inan ki, bu problem baş veribsə, deməli sizə kiçik də olsa, nəsə öyrədəcək. Sadə nümunə ilə izah edəcək olsaq, əgər müəllim sizə 3 gün ərzində 10 təqdimat hazırlamağı tapşırıbsa, bu sizin həm “Time Management" dediyimiz zamanın idarə edilməsini, “Microsoft Office Powerpoint” bacarıqlarınızı və həmçinin dizayn bacarıqlarınızı inkişaf etdirəcək. Tək bir tapşırıq (bizim adını problem qoyduğumuz) bizim 3 zəif yanımızı inkişaf etdirdi.
Çox vaxt aparmadan yekunlaşdıracaq olsaq, əgər hər hansı bir problem varsa, özümüzə bu 2 sualı verməkdən çəkinməməliyik:
- Bu necə bir problemdir?
- Bu problem mənə nələr öyrətmək istəyir?
Əgər bu iki sualı özümüzə doğru şəkildə cavablasaq, artıq problemin həllinə başlamış oluruq və bəlirli müddətdə bu, bizim tərəfdən aradan qaldırılır.
Dəyərli vaxtını ayırıb ilk postumu sona qədər oxuduğun üçün sənə təşəkkürümü bildirirəm. Post haqqında fikirlərini bu postun şərh bölməsinə qeyd edə bilərsən.
Daha çox probleminizin olması və bu problemlər sayəsində daha yaxşı həyat yaşamağınız diləyi ilə.
Sevgi ilə qalın!