Kofe Al
  • Creators
  • Blog
  • FAQ
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
  • Sign in Join now
Kofe Al
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский

Do what you love, gain support from your audience!

  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
    • Creators
    • Blog
    • FAQ
Sign in Join now
Follow us
Fərman Mikayılzadə
  • Mən də belə olmaq istəyirəm!
    Fərman Mikayılzadə
  • 589 Views
  • 14.08.2023
  • 4 min read

Mən də belə olmaq istəyirəm!

Maşın dayanır, sürücü qapını açır, gülər üzlə, buyurun deyir, sən də səmimiyyətinlə "Çox sağol" deyirsən, yağışlı gün, dəvət olunduğun məkana əmin addımlarla gedirsən. - O zaman anlayırsan ki, bu gedən sən yox, televizorda serialda baş rolda oynayan şəxsdir.

Mən də belə olmaq istəyirəm!

Hər birimizin uşaqlıqdan bəri sevdiyimiz, heyranı olduğumuz kumirlər olmuşdur. Bu bəzən məşhur bir futolçu, film ulduzu, musiqiçi və ya həyatımıza daxil olmuş uğurlu bir insan olur. Və biz həmin insanın ağlına, hərəkətlərinə heyran olduğumuz üçün onun kimi olmağa, onun qədər olmasa da özümüzü onun yerinə qoyub elə davranmağa çalışırıq, çünki bu şəxs artız bizim idolumuza / kumirimizə çevrilmişdir. Bəs ümumiyyətlə, idol və ya kumir nədir?

İdol / Kumir - gündəlik həyatda daha çox qarşılaşdığımız məna, nümunə götürülən və ən çox bəyənilən birisidir. Misal üçün; Mən bu insanı özümə kumir kimi görürəm deyəndə, qarşıdakı insana heyran qaldığımızı bildirir Bu həm də öz sahəsində şəksiz üstünlüyə malik insan deməkdir.

10-cu sinifdə oxuduğum zaman, bəlkə də bir çoxları bilər, “Kiralık aşk” türk tele-serialı var idi. O seriala son seriyasına qədər baxmışdım, ümumilikdə 69 seriya çəkildi, amma seriala baxma səbəbim filmin gözəl olması deyildi, yaxşı, yaxşı, əslində gözəl idi, amma əsas baxma səbəbim orada Ömer İplikçi baş rolunu canlandıran “Barış Arduç” idi. Niyə görə sualını verəcək olsanız, bunun bir çox səbəbi var idi; məsələn, mənə görə, Ömer İplikçi, fərqli olması, hər zaman ədalətin tərəfini tutması, hissləri, hədəfləri, yalnızlığı sevməsi, kültürü, daim özünü inkişaf etdirməsi, hər zaman qələbəyə fokuslanması və s. Bu xüsusiyyətlər, hələ də dünyadan anlayışı olmayan, bircə hədəfi universitetə girmək olan, ingilis dilini bilməyən, həyatının hər bir gününə bir anlam vermədən yaşayan Fərman üçün ilklər idi və filmə baxdıqca, 16 yaşlı, 10-cu sinifdə oxuyan Fərman xəyallar qurmağa başlayır, “Mən də onun kimi kültürlü, anlayışlı, sevdiklərinə dəyər verən biri olacam” deyir və yenidən həyatını yaşamağa davam edir, amma biraz fərqli bir şəkildə təbii ki. 

Çok istiyorsan, çok çalışmalısın! (Ömer İplikçi)

Tək Ömer İplikçi yox, ümumiyyətlə, bəlkə də əksəriyyət gənc, uşaqlığında hər hansı bir filmdəki aktyordan / aktrisadan, futbolçudan, döyüşçüdən, hətta deyərdim ki, yolda və ya seminarda qarşılaşdıqları uğurlu bir şəxsdən ilham alır və o şəxs kimi olmaq üçün  gecəsini gündüzünə qatmağa başlayır. 

O şəxs kimi olmaq…

Bir dəqiqə…….

Yuxarıda altını qaraladığım söz: O şəxs kimi olmaq üçün?  - Bəs özümüz necə?, özümüz olmağı unuduruq mu?

Mənim fikrimcə, bu bir çox insanın xarakterindən asılı olan bir şeydir. Nisbətən daha güclü xarakterə malik insanlar idolları olan şəxsdən öyrəndikləri bacarıqları və ya qavradıqları şeyləri öz həyatlarının standartlarına uyğun olaraq tətbiq edirlər. Zəif xarakterə malik insanlar isə, o insan kimi yox, o insan olmağa çalışırlar, onun kimi geyinir, onun kimi saçlarını uzadır, danışığını dəyişir, hətta bir çox abartmalara qədər gedənlərin də sayı az deyildir. Belə etdiyimiz zaman, təbii ki, bir müddətlik özümüzü unuduruq…

Özümüz olmaq

Dünyada bəlkə də “özümüz olmaq” kimi gözəl bir şey yoxdur deyərdim, bütün qüsurlarımıza, danışığımıza, davranışlarımıza rəğmən özümüz olmaq, başqası kimi davranmaqdan hər zaman daha yaxşıdır.  

Being yourself means living life how you wanted to live it, regardless of other peoples’ opinions. And it just means you respect yourself. Worrying about what others will think is just a waste of time, you can’t control them or control their thoughts. 

Hər zaman bu həyatda özümüz olmağa çalışmalı, ətrafımızda bizim idolumuz kimi gördüyümüz insanlardan nələrsə öyrənməli, götürməli və yolumuza davam etməliyik. Çünki, bütün çətinliklərə rəğmən, özümüz olaraq qala bilmək, bəlkə də bu həyatda görüb görə biləcəyimiz ən gözəl uğurdur. 

 

Dəyərli vaxtınızı ayırıb postu sona qədər oxuduğunuz üçün sizə təşəkkürümü bildirirəm.  Post haqqında fikirlərinizi bu postun şərh bölməsinə qeyd edə bilərsiniz.

Əlavə olaraq, mənə dəstək olmaq üçün mənə kofe ala bilərsiniz :)

Hər zaman özünüz olmağınız diləyi ilə.

Sevgi ilə qalın.  

Other posts

The Power of Energy

The Power of Energy

  • 650 Views
  • 03.11.2023
  • 4 min read
Energy will do anything that can be done in the world; and no talents, no circumstances, no opportunities will make a two-legged animal a man without ...
Public
More
Bədənimiz və sağlamlıq

Bədənimiz və sağlamlıq

  • 888 Views
  • 15.10.2023
  • 5 min read
İş çıxışı, başda biraz ağrı və bədəndə biraz üşütmə, “Yok ya, xəstələnmərəm” deyirsən öz özünə, çünki qalın geyinirsən, gündə üç dəfə qidalanırsan, “a ...
Public
More
kofe.al

We are always looking for talented and creative people. Don not hesitate to introduce yourself!

Features
  • Donations
  • Membership
  • Shop
  • QR codes
  • Integrations
Integrations
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • About us
  • Terms
  • Privacy policy

Copyright © 2025 a BONPARA project. All rights reserved.