Artıq biz 2023-cü ildəyik və hal-hazırda Azərbaycanda ənənəvi olaraq çay mədəniyyəti qədər kofe mədəniyyəti də inkişaf edir və etməkdədir. Bu postumu yazmamışdan əvvəl internetdə bir neçə müsahibələrə, məqalələrə baxdım və demək olar ki, çox maraqlı nəticələrlə qarşılaşdım.
İnternetdə ilk olaraq “Coffee or tea?” cümləsini axtardığımız zaman Beynəlxalq “Forbes” jurnalının belə bir nəticəsi ilə qarşılaşırıq:
“Because of its high caffeine content, coffee may give you a quicker burst of energy, but tea contains L-theanine, a chemical that, in combination with caffeine, can help you stay mentally alert for longer. In other words, a coffee buzz hits hard and fast, but tea might offer slower, more steady energy.”
Bəs ümumiyyətlə, Azərbaycanlılar nəyə üstünlük verir, kofe yoxsa çay?
Caffeine is a powerful stimulant that has been associated with protective effects against some chronic diseases. Coffee contains more caffeine per serving than black tea, but both beverages may provide its associated benefits.
Bilməyimiz lazımdır ki, həm qəhvənin, həm də çayın tərkibində kofein kimi tanıdığımız bir maddə mövcuddur,
Kofein
Kofein (1,3,7-trimetil-1H-purin-2,6(3H,7H)-dion) — qəhvə ağacı və ya çay və bu kimi digər bitkilərin tərkibində olan alkaloid. Kimyəvi sintez yolu ilə də alınır. Müxtəlif içkilərin tərkibinə sinir sisteminə müsbət təsir göstərilməsi məqsədilə kiçik dozalarda qatılır. Böyük miqdarda qəbulu isə təhlükəli nəticələrə səbəb ola bilir.
Kofein necə əldə olunur?Həm çay yarpaqlarında həm də qəhvə dənələrində 1-3% purin törəməsi - kofein alkaloidi vardır. Çayın dəmlənməsi və ya qəhvənin hazırlanması zamanı kofein məhlula keçir. Bitkilərdə kofein purin əsasları - adenin və quanindən mürəkkəb reaksiyalar vasitəsilə əmələ gəlir. Sənayedə onu çay istehsalının tullantılarından və sortsuz kofe dənələrindən ayırmaqla yanaşı, həmçinin sintetik yolla alırlar.
Azərbaycanda çay mədəniyyəti
Çay bitkisi ilk dəfə 1912-ci ildə Azərbaycanın Lənkəran bölgəsinə gətirilərək orada əkilib və ilk dəfə olaraq çay zavodu 1937-ci ildə Lənkəranda tikilib. Bundan sonra Azərbaycanda çayın kütləvi şəkildə istehsalına başlanılıb.
XX əsrin əvvəllərində Azərbaycan və Gürcüstan vasitəsilə qara çay Osmanlı imperiyasının mərkəzi vilayətlərində məşhurlaşmışdır.
2008 - 2012-ci illərdə Azərbaycanda çay istehsalı 10,6-10,9 min ton arasında olub. 2013-cü ildə istehsal 7,5 min ton. 2014-cü ildə 474,2 ton çay yarpağı yığılıb.
Yuxarıda göstərilən rəqəmlər Azərbaycanda olan çay istehsalının azalmasını göstərir, Araşdırmalardan çıxardığım nəticələr ona gətirib çıxardı ki, ölkəmizdə çay istehsalını “monopoliya” halına gətirən bir çox şirkətlər mövcuddur və bu şirkətlər yerli istehsaldan çox idxala üstünlük verirlər. Həmçinin çayçılıq çox gəlirli sahə olsa da çox gec gəlir gətirir. Nümunə olaraq, pambıq 3-4 aya məhsul verə, üzüm isə, 2-3 ilə məhsul verə bilərkən, çay əkildikdən 7 il sonra məhsul verir.
Azərbaycanda qəhvə mədəniyyəti
Bu mədəniyyət isə, ölkəmizdə demək olar ki, son 10 ildə formalaşmışdır. Həmçinin qəhvəxana şəbəkələri də (coffeeshop places) Azərbaycanda getdikcə artmaqdadır və hər il sayları artmağa da davam edir.
Azərbaycan mətbəxinə qəhvə ərəblərlə uzunmüddəli əlaqələr nəticəsində daxil olmuşdur. Kakao, qəhvə və s. kimi şərq süfrəsinə məxsus içkilər keçmişdə kəndli ailələrinin məişətinə sirayət etməmişdir. İstisna kimi, şəhərin kübar ailələrində ziyafət süfrəsində qəhvə içilirdi
Qəhvə mədəniyyətinin ölkəmizdə inkişafı
Bu mədəniyyətin Azərbaycanda inkişafı ilə əlaqədar olaraq, 2019-cu ilin yanvarında Azərbaycanda 3 günlük Bakı Qəhvə və Çay Festivalı baş tutmuşdur. Həmçinin, 2022-ci ildə isə Bakının Ağ Şəhər massivində Azərbaycanın ilk qəhvə festivalı keçirilmişdir. "Coffest" adlı tədbir zamanı 30-dan çox kofeşopun, yerli və xarici qəhvə şirkətlərinin, 3 incəsənət mərkəzinin məhsulları sərgilənmişdir.
Bu yazını yazıb bitirərkən, fincanda qalmış espressomun sonlarını da içib bitirdim, sizi bilmirəm, amma mənim üçün qəhvə əvəzedilməz bir vasitədir. (Sizin əvəzedilməz içkiniz hansıdır?, bunu şərhlərdə mənimlə bölüşə bilərsiniz).
Amma yadda saxlamaq lazımdır ki, hər ikisindən də vacibi bizim sağlamlığımızdır. Çünki həm qəhvənin, həm çayın həddindən artıq içilməsi bədənimiz üçün sağlamlıq cəhətdən ciddi problemlərə səbəb ola bilər.
Sağlamlığınızın qeydinə qalmanız, hər bir qurtumunu içərkən dostlarınız, yaxınlarınızla və ya özünüzlə xoş və sevgi dolu vaxtlar keçirməniz diləyi ilə.
Bu postu sona kimi oxuduğunuz və dəyərli vaxtınızı ayırdığınız üçün səmimi qəlbimlə sizə təşəkkürümü bildirirəm.
Yazı çox xoşunuza gəldisə, bu yazını paylaşa və ya 1 kofe alaraq mənə dəstək ola bilərsiniz
Növbəti yazılarda görüşənədək!
Sevgilərlə,
Fərman Mikayılzadə