Yuxarıda yazdığım qısa mətnə bir neçə gün əvvəl yol boyu oxumağa başladığım Dale Carnegie-nin “Dost kazanmak ve insanlara tesir etmek sanatı” əsərində Lincoln ilə General Meade arasında olan danışıqlardan bəhs edir. Tarixdən sıxılmırsınızsa, qısa məlumat olaraq desəm, 4 iyul gecəsi, 1863-cü ildə Gettysburg savaşı zamanı General Meade-nin ordusu qarşı tərəfi generalları Lee ilə birlikdə sıxışdırmağı bacarmışdı, yağışın inanılmaz yağdığı bir gecə, Lee və ordusu artıq məğlubiyyətə uğradıqlarını qəbul etmiş və talelərinin necə olacaqlarını gözləməyə başlamışlardı. Bundan xəbər tutan Lincoln general Maede-yə göstəriş verərək, Lee və ordusunu məhv etməyi və daxili savaşı yox etməyi tapşırdı, general Maede isə bu deyilənlərin tamamilə əksini etdi və nəticədə Lee və ordusu oradan çıxıb qaçmağa müvəffəq oldular. Bunun üzərindən Lincoln, general Maede-yə bir məktub yazır və məktubda təəssüflərini, hirsini bildirir. Amma məktubu göndərməmişdən əvvəl düşünür:
L. Prang & Co. print of the painting “Hancock at Gettysburg”…Burada, Beyaz Saray'da oturup General 'e taarruz emri vermek çok kolay. Acaba, ben de harp sahasında bulunsaydım ve ne kadar kan döküldüğünü gözümle görseydim, kulaklarım yaralıların iniltileri, can çekişlerin feryadı ile dolsaydı, aynı emri verir miydim? (Abraham Lincoln)
Bu hekayəni niyə görə danışdım və sizə çatmasını istədiyim mesaj nədir?
Biz, insanlar olaraq, çox zaman fərqində belə olmadan bir-birimizi türk sözü ilə izah edəsi olsam, “Yargılayırıq" və ya mühakimə edirik. Qarşı tərəfin fikrini anlayıb-anlamamağımız bizim bəzi zamanlar heç vecimizə də olmur, hətta deyərdim ki, bunun fərqində olmayıb, bütün həyatını bu cür yaşayanlar var və bu pis xüsusiyyətləri sayəsində ətraflarında heç bir dost - tanışları qalmadığı, ümumi olaraq öz səhvlərini anlaya bilmədikləri üçün hər zaman insanlardan, ətraf-aləmdən şikayət edir və ömürlərini belə keçirirlər.
Hayatta en çok yaptığımız hatalardan birisi başkalarını yargılamak ve eleştirmektir. Bilen için en zor şey, bilmeyen için en kolay şey yargılamaktır. (Alfa_psikoloji)
Gəlin boynumuza alaq ki, bunu hər bir insan, hətta mən belə etmişəm, hətta deyərdim ki, universitet illərim zamanı bunu bir çox zaman etmişəm, hal-hazırda isə bunu həyatının ayrılmaz bir parçası halına gətirən insanlar belə mövcuddur.
Mühakimə etmək bizə nə qazandırır?
Açıq danışsaq, bizə bir şey qazandırmaqdan daha çox bir çox şeyi əlimizdən alır.
Əlimizdən aldığı şeyləri sıralayacaq olsaq;
- İlk olaraq, boşa vaxt itkisinə səbəb olur, çünki başqasını səsli və ya səssiz (beynimizdə) mühakimə etdiyimiz zaman, beynimiz saatlarla o cür düşüncələrdə qalır və başqa şeyləri düşünməyimizə mane olur, ümumiyyətlə həmin günü və ya hətta deyərdim ki, günləri yaşamamış, o anı yaşamamış oluruq.
- Beyində gərəksiz və ya xoş olmayan hisslər daşımağımıza səbəb olur, bu neqativ dediyimiz düçüncənin başqa bir deyiliş formasıdır. Beynimizdə belə düşüncələr olduğu müddət ərzində özümüzə kifayət qədər vaxt ayıra bilmir, hətta bir çox zaman ağlımız o düşüncələrdə qaldığı üçün rahat düşünə belə bilmirik.
- Enerjimizin tükənməsinə səbəb olur - Günə nə qədər yaxşı başlasaq, nə qədər erkən oyanıb, planlı olaraq başlamağımızdan asılı olmayaraq, kimisə və ya nəyisə mühakimə etdiyimiz zaman çox qısa bir müddət sonra enerjimizin tükənməyə başladığının fərqinə varırıq və belə olduqca, gün ərzində etməli olduğumuz vacib işləri növbəti gün / günlərə təxirə salmağa başlayırıq.
Bazen birisinin ya da birilerinin bir işi beceremediğini görür, eleştirirsiniz, zihniniz, bilinçaltınız size ne kadar akıllı olduğunuz mesajını verir ve bundan yapay bir haz duyarsınız. Neden yapay diyorum çünkü genellikle bilinçaltınızın derinliklerinde bunun çok da övünülecek birşey olmadığına dair sezgi vardır. Diğer bir kayıp da buna dolaylı olarak kızgınlık, kin gibi yine enerji tüketici duyguların kolayca eklenebilmesidir (blog.milliyet.com.tr)
Başqalarını necə mühakimə etməməli və bu mühakimə hissindən necə qurtulmalı?
Həll yolu çox olsa da, asan sual deyil, hər bir insan üçün həll yolları müxtəlif ola bilər, mənim üçün isə həll yolları aşağıdakılardır:
- Daima özünüzə sual verin - Özümüzə yuxarıdakı kitabdan götürdüyüm nümunədəki Lincoln kimi “Mən həmin şəxsin yerində olsaydım, nə edərdim?” sualını xüsusilə kimisə mühakimə etmək istədiyimiz zamanlarda versək, kimisə yargılamağın qarşısını asanlıqla ala bilərik. Sadə bir nümunə ilə izah edəsi olsaq, yolda maşınla gözlədiyinizi düşünün, işıqforda baş verən kiçik texniki problem sizin orada avtomatik olaraq şikayət etməyə başlamağınıza səbəb olur, ilk olaraq, işıqfordan başlayırsınız, sonra dərhal onu orada düzəltməyə çalışan texniki işini tez görə bilmədiyi üçün günahlandırırsınız, daha sonra isə işlər biraz da böyüyür və onu işə götürən şirkəti, şəhəri və nəhayət ölkəni günahlandırmağa başlayırsınız. Halbuki, məsələyə tam əks tərəfdən baxası olsaq, orada dayanan texnik işini tam ora konsentrasiya olaraq yerinə yetirməyə və problemi nisbətən gec olsa da həll etməyə çalışır, o işıqforda baş verən texniki problem bəlkə də süni olaraq yaradılmış ola bilər, bəlkə də başqa bir küçədə dəhşətli bir qəza baş verdiyi üçün belə bir həll oluna bilən kiçik bir problem yaradılıb, bəlkə də təcili ambulansın xəstəxanaya çatması məqsədi ilə işıqforlar müvəqqəti olaraq dayandırılıb və s. Yuxarıda dediyim fikirləri sadəcə 5 dəqiqə müddətində beynimizdə ətraflı şəkildə düşündüyümüz zaman mühakimə anlayışı artıq beynimizdən tamamilə silinmiş olur.
- Daha çox dinləyin - Burada, podcast dinləməyi və ya English listening etməkdən bəhs etmirəm təbii ki! İnsanlarla, xüsusilə dost və yaxınlarınızla görüşdüyünüz zaman, onları daha çox dinləməyə hətta yeri gələrsə notlar almağa belə hazır olun. Bu qarşınızdakı insana verdiyiniz dəyərin göstəricisi olduğu kimi, eyni zamanda da məsələni tam ətraflı şəkildə başa düşməyinizə və mühakimə etməməyinizə kömək edir.
- Səbrli olun - Bu gün, dövrümüzdə bəlkə də ən böyük problemlərdən biri məhz budur: Səbrsizlik. İnsanların mağazada növbə gözləyərkən, işıqforda gözləyərkən, piyada keçidini keçərkən, kitab oxuyarkən, bir dostu ilə hər hansı bir mövzunu müzakirə edərkən necə də səbrsiz olduğunu görürük. Hətta bir çox məsələlərdə özümüz belə səbrsizik. Sadə bir nümunə ilə izah edəsi olsam, 8 ay bundan əvvələ kimi, piyada keçidini mənim keçməyim üçün icazə işığı yanmamış keçir, lazım olmayan yerlərdə yollardan keçir, az bir ehtimal belə olsa, qəza təhlükəsi yaradırdım, halbuki, hal-hazırda işıqfor 60 saniyə belə olsa, səbrlə gözləyir, yol mənim üçün təhlükəsiz olduqdan sonra keçirəm. Bu davranış başqa insanların əksinə səbrli olduğumu göstərən davranışlardan biridir.
Patience is your ability to wait without becoming annoyed, upset, or angry. It's when you exercise self-control rather than lashing out and complaining. You're being patient when you take deep breaths and seek inner peace after things don't go the way you hoped.
Başqalarını mühakimə etməmək üçün daha bir çox həll yolları sayıla bilər, ancaq yuxarıda sadaladığım 3 metod, məncə ən effektivliləridir.
Həyatınızda köklü dəyişikliklər etmək istəyirsinizsə, ümumiyyətlə mürəkkəb başlanğıclar yox, sadə başlanğıcların olması vacibdir. Bunlara misal olaraq, özümüzə daima sual vermək, hər gün daha səbrli olmağa çalışmaq, dostlarımızı və ya yaxınlarımızı daha çox dinləmək ola bilər.
Dəyər verdikcə, dəyər görürük, başqalarına kömək etdikcə, yüksəlirik;
We rise by lifting others. (Robert Ingersoll)
Bu postu sona kimi oxuduğunuz və dəyərli vaxtınızı ayırdığınız üçün səmimi qəlbimlə sizə təşəkkürümü bildirirəm.
Yazı çox xoşunuza gəldisə, bu yazını paylaşa və ya 1 kofe alaraq mənə dəstək ola bilərsiniz
Növbəti yazılarda görüşənədək!
Sevgilərlə,
Fərman Mikayılzadə