Kofe Al
  • Creators
  • Blog
  • FAQ
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
  • Sign in Join now
Kofe Al
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский

Do what you love, gain support from your audience!

  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
    • Creators
    • Blog
    • FAQ
Sign in Join now
Follow us
Fərid İlham
  • Yakudza Sushi: Yapon mədəniyyətinin dərinliyini əks etdirən loqo dizaynı
    Fərid İlham
  • 181 Views
  • 13.01.2025
  • 1 min read

Yakudza Sushi: Yapon mədəniyyətinin dərinliyini əks etdirən loqo dizaynı

Loqo Yaponiyanın autentik mədəniyyətindən və Yakudzaların intizam simvolikası olan barmaq kəsmə ənənəsindən ilhamlanıb. Minimalistik üslub və müasir yapon restoran konsepsiyasına uyğun rənglərlə işlənən bu loqo gözlədiyimdən tez satıldı və ikinci uğurlu satışım oldu.

Yakudza Sushi: Yapon mədəniyyətinin dərinliyini əks etdirən loqo dizaynı

Azərbaycanın sushi markaları üçün dizaynlarını bəyənmədiyim üçün öz loqolarımı yaratmağa başladım. İlk uğurum "Sushi Baku" loqosu oldu. Bu loqonu həvəskar yanaşma ilə yaratsam da, satıldıqdan sonra yeni layihələrə başlamaq üçün motivasiya tapdım.Bu motivasiya ilə "Yakudza Sushi" loqosunu hazırladım və Instagram-da satışa çıxardım. "Yakudza Sushi" loqosunun yaradılması prosesi mənim üçün unikal və dərin mənalı bir layihə oldu.Loqonun ideyası Yaponiyanın autentik mədəniyyətindən ilhamlanaraq, həm şərq ənənələrini, həm də Yakudza – yapon mafiyası ilə bağlı simvolik elementləri əks etdirməkdən ibarət idi. Əsas element kimi suşi təsvirini barmaq formasında stilizə etdim. Bu, Yakudzaların səhvlərinə görə məsuliyyət simvolu olaraq barmaqlarını kəsmək ənənəsindən ilhamlanmışdır. Beləliklə, loqo ciddi intizamı, özünənəzarəti və yüksək keyfiyyətə bağlılığı ifadə edir.Loqoda istifadə etdiyim rənglər və minimalistik üslub müasir yapon restoranlarının konsepsiyasına uyğun şəkildə işlənib. Yüksək detallarla hazırlanmış bu loqonu Instagram-a yerləşdirdikdən sonra, gözlədiyimdən daha tez satıldı. Bu, mənim karyeramda ikinci uğurlu satışım oldu və mənim üçün növbəti bir motivasiya mənbəyinə çevrildi."Yakudza Sushi" loqosu, həm kreativlik, həm də peşəkarlıq baxımından mənim üçün xüsusi bir iş oldu. Hər iki layihənin uğuru mənim dizayn karyeramın başlanğıcında önəmli bir mərhələ idi.

Gallery Images
Gallery Images
Gallery Images
Gallery Images

Other posts

Chef Tantuni — Loqo hazırlanma prosesi

Chef Tantuni — Loqo hazırlanma

  • 169 Views
  • 13.02.2025
  • 2 min read
Chef Tantuni mənə logo dizaynı üçün müraciət etdi və mən onların markasının şəxsiyyətini əks etdirən bir maskot logo təklif etdim. Birinci versiya əyl ...
Public
More
"Sushi San" sushi restoranı üçün loqotip

"Sushi San" sushi restoranı üç

  • 173 Views
  • 09.02.2025
  • 1 min read
"San" (さん) "Sushi San" loqotipində hörmət və ehtiram ifadə edən yapon suffiksidir və yapon mədəniyyətinin vacib elementlərindən biridir. Loqotip minim ...
Public
More
kofe.al

We are always looking for talented and creative people. Don not hesitate to introduce yourself!

Features
  • Donations
  • Membership
  • Shop
  • QR codes
  • Integrations
Integrations
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • About us
  • Terms
  • Privacy policy

Copyright © 2025 a BONPARA project. All rights reserved.