İş axtaranlara məsləhət

Kiçik məsləhətlər sizi zirvəyə qaldıra bilər


271 baxış
27.12.2024
1 dəq oxuma

Əziz namizəd, işə müraciət edərkən aşağıdakı məsləhətlərə diqqət yetir:


 1. CV-də dəqiqlik – Təcrübə və bacarıqlarını qısa amma aydın formada təqdim et. Hər detal sənin üstünlüyünü göstərməlidir.

 2. Özünə güvən – Müsahibəyə getdikdə özünü rahat və inamlı hiss et. Hər sualı cavablandırarkən düşün amma təbii ol.

 3. Şəxsi brendini yarat – Sosial media profillərində peşəkar iz burax. LinkedIn, Telegram və ya başqa platformalarda öz sahəndə aktiv ol.

 4. Suallara hazır ol – Müsahibələrdə verə biləcəkləri suallar haqqında əvvəlcədən hazırlaş. Öz nailiyyətlərin, uğursuzluqların və gələcək planların haqqında danışmaqdan çəkinmə.

 5. Fikir bildirməkdən çəkinmə – Yalnız suallara cavab vermə həmçinin şirkətin səndən gözlədikləri və iş şəraiti haqqında öz suallarını ver.