
Niyələrlə dolu suallarla yaşayan bir qız gün gəlir bütün şikayətlənmələrinin səsini kəsir. Artıq şikayət qapısının təmirə ehtiyacı yoxdur, çünki külək əsən kimi gələn cırıltı səsi tamamən kəsilmişdi. Suallar yerdəyişmə edərəkdə insanı inkişafa aparırmış məyərsə. Niyədən necəyə gedən yolda Kim? Nə? Hara? Suallarına da baş çəkmiş olursan. Ancaq heç bir cavab sənin niyələrin qədər üsyankar, inqilabçı tərəfini əks etdirmir. Niyələr çox ucsuz bucaqsızdır necələrsə ilk başlarda çox imkansız. Ancaq hər bir halda konfort zonadan çıxmaq üçün bu cəsarəti göstərmək lazımdır. Hətta mən bu yazıma davam edə bilmək üçün az öncə qohumumuzun ölüm xəbərini almağıma rəğmən yazıma bir az ara verdikdən sonra davam edirəm. Artıq dəyişimimin bariz nümunəsini bilməyərəkdəndə olsa əks etdirməyi bacarıram. Hüzün dolu bir gün yaşayaraqda belə həyata qarşı duruşunu, dayanıqlılığını göstərməyi bacara bilərsən. Ehtiyacın olan bir az dərindən nəfəslər alıb , hadisələrə daha tez adaptasiya olaraq işini tamamlamağındır. Bəli həyat bizi bəzən yanıldır, bəzən vurur , bəzən sığallayır, bəzənsə təəccübləndirir. Biz həyata sevinc bəxş edəndə şikayət etmiriksə, nə üçün kədər bəxş etdiyi zaman ona qarşı çıxmalıyıqki? Kədər üçün zaman-zaman kövrəlsəkdə, sevinc üçün sadəcə bir an təbəssüm edərək o anın içindən çox tez ayrılırıq.Sanki kədər davamlı qapımızı döyür, sevincsə bir külək kimi gəlib keçir həyatımızdan. Özümüzə, hadisələrə qarşı həyatı ikiyə ayırıb tərəf tutmağımızsa bizi gündən-günə zəiflədir. Çünki biz insan təbiətinə, dünyasına zidd olacaq şəkildə düşünürük. Çünki, biz verilənləri tez-tez unudur, alınanları tez-tez xatırlayırıq. Çünki, biz kaşkilərlə, bəlkələrin arxasında gizlənərək özümüzü çarəsiz, belə olmamalıydı, həyat kimə gülübki mənədə güləcək şəklində yanaşacaq dərəcədə xətalı düşüncələrimizlə savaş içərisindəyik. İstiqamətimiz həmişə düzdür, axı biz özümüz hər zaman düzük. Daxilimiz həmişə təmizdir, axı biz flan qədər insana kömək etmişik. Bəs yaxşı yaşadığın ev belə hər gün təmizləməyinə rəğmən tozlanırsa, sənində daxilin günün enerjisindən , bəzi əməllərindən dolayı kirlənə bilməzmi? Yoxsa hamımız müqəddəsik bir- birimizdən xəbərimiz yoxdur? Yoxsa hamımız günahsızıq baş verən istənilən hadisə qarşısında? Görəsən dürüstlüyü axtardığımız yerlərdə öz düzgün tərəflərimizi dayanacaqda qoyub getməmişik? Məsələn bəzi stansiyalarda düşərkən baş verən hadisə qarşısında düzgünlüyümüzü oturacağın üstündə unudub gedirik. Ancaq bəzi hadisələr zamanı istəsəkdə belə bizdə olan təmiz hisslərimizi unudub stansiyanı tərk edə bilmirik. O zaman deyə bilərikmiki bizim hisslərimiz, həqiqətlərimiz hadisələrə, ona verdiyimiz məna və ordakı insanların dəyəri qədər təmizdir? Yoxsa biz özümüzü dağın başında toxunulmaz, ən ali, ölümsüz bir ruh kimi var olduğumuz qənaətindəyik? Onsuzda niyələr necələr yaşadığımız və yaşatdığımız qədər bitməyəcək. Hər zaman zidd fikirlərlə dolu cəmiyyətlər, özlərini taxtıyla birlikdə var edən şəxslər olacaqdır. Burdakı əsas məqam budur: Biz kimi örnək alacağıq? Biz kimin yoluna uyğun həyat yaşamağı seçəcəyik? Biz kimdən ruhən ilham alacağıq? Həyat hər zaman öz axarıyla və öz təbiətinə uyğun davam edəcəkdir. Sən neçə faiz itaət etməyi, neçə faiz üsyan etməyi düşünürsən? Bunu edərkən balansı pozmayacağını necə ölçəcəksən? Və bu kimi yüzlərlə ortaya suallar çıxır. Bu dəfə Niyə? Necə? Suallarının kölgəsində qalmaq yerinə bu keçidi özünün etməyini istəyəcəm. Unutma cavablar da sual yaradır, sualların cavablar yaratdığı kimi..❤️