Kofe Al
  • Creators
  • Blog
  • FAQ
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
  • Sign in Join now
Kofe Al
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский

Do what you love, gain support from your audience!

  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
    • Creators
    • Blog
    • FAQ
Sign in Join now
Follow us
Abbas Axundzadə
  • Park (İslamdanqabaq)
    Abbas Axundzadə
  • 310 Views
  • 30.07.2023
  • 1 min read

Park (İslamdanqabaq)

Məktəbin yanında yarısı uçuq daxma, Xatirələr axır qırağından...

Park (İslamdanqabaq)

Qaçıb həyatın dərdlərindən, yüklərindən,

Bir dünya yaratdım özümə-fəlsəfə,

Orda tək dayağım kitablar,

Onlarla üzbəüz qaldıqda

sanki bitir ağrılar,

Çantanın qabaq közündə

yarım-yarımçıq dəftərlər,

Arxasında hisslərim kimi

yarımçıq cızıq xətlər - qaralama

Siqaretin tüstüsünü basıram arada

məlhəm kimi yaralara,

Arada qanadıram onları,

bir ömür mənimlə qalsın deyə,

Ürəyimin qırıq hissəsində tanrı gizlənir,

Nəsə danışır orda məndən nələrisə istəyir.

Bir də parkım var mənim,

adına kədər parkı deyirəm mən,

Qarşısında məhkəmə, ağ qara xatirələr,

Bir də yandıranım var, at şəkilli,

adını unutduğum kimdənsə yadigar,

Üstündə qan izi olan bıçaq,

onu da keçən ay tullamışam,

Neçə milyard illik həyat kitabında mən,

Qəhrəman olacaqdım,

epizodik rol kimi qıraqda qalmışam,

Bir də şeirlərim var,

yaralarım qaşındıqda,

Qan əvəzinə axırlar,

Məktəbin yanında yarısı uçuq daxma,

Xatirələr axır qırağından,

İxtisar olunan sətirlər…

Yanımda, öz həyatına hakim olmayan adamlar siyasətdən danışır,

Mənsə əlimdə kitab,

dodaqların arasında sıxılan siqaret,

başım təkliyimə necə də qarışıb

Other posts

İlahi

İlahi

  • 266 Views
  • 25.02.2024
  • 1 min read
Dostlar vəfasız, sevgilər itmiş Bəxtimin harda başı batmış ilahi. ...
Public
More
Öləcək

Öləcək

  • 263 Views
  • 25.02.2024
  • 1 min read
Çox qəlbini sıxma, ölüm də öləcək, Necə ki içimdə dünya öləcək bu gecə. ...
Public
More
kofe.al

We are always looking for talented and creative people. Don not hesitate to introduce yourself!

Features
  • Donations
  • Membership
  • Shop
  • QR codes
  • Integrations
Integrations
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • About us
  • Terms
  • Privacy policy

Copyright © 2025 a BONPARA project. All rights reserved.