Kofe Al
  • Creators
  • Blog
  • FAQ
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
  • Sign in Join now
Kofe Al
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский

Do what you love, gain support from your audience!

  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
    • Creators
    • Blog
    • FAQ
Sign in Join now
Follow us
Abbas Axundzadə
  • Oxucuyla Tanışlıq (islamdanqabaq)
    Abbas Axundzadə
  • 319 Views
  • 30.07.2023
  • 2 min read

Oxucuyla Tanışlıq (islamdanqabaq)

...Sizlər, şeir adıyla həmahəng sözləri satın alırsız, Mən yazdığım bu sətirlərlə bütünləşirəm...

Oxucuyla Tanışlıq (islamdanqabaq)

Sən gedəndə canlanacaq bu solan güllər,

Sən gedəndə mən çıxacam bu ölümsüzlükdən, tapacam həyatı,

Yağışları küləyinə qarışıb itəcək əbədi bu şəhərin,

Artıq şəhər sözü də iyrəndirir adamı,

Bakı kimsəsiz bir diyarıdı, şəhər deyil axı?

 

Sən gedəndə qaçıb gedəcəm bu diyardan,

Axtaracaqlar məni, “hanı bu şəhərin qəmli övladı?”

Bakı özü məni arayacaq,

Mən qaçdıqca, boynumdakı maqnitli xalta qaytaracaq bura.

Həmin xaltanın qabaq gözündə sən yazılıb.

Hələ də mənim daxilim səsliyir ölümə,

Elə indi də xarici qüvvələrin hesabına yaşayıram.

Dirilib ölürəm hər gün.

Hər kədər dahiliyə açılan qapıdır,

Tanrı özü belə kədərin övladıdır

Məni də tanrı öz sifətlərindən yaradıb,

Sən gedəndə, tanrı da bədənimdən gedəcək,

Xoşbəxt olacam,

Ardınca güləcəm son dəfə,

Bütün kədərlərə yad olacam,

Sən bir ömür qalsan mənimlə,

Üstümdəki bu kədərlə şad olacam.

 

Mənim kədərim bilirsən nədir?

Səhərdən gecəyə, gecədən səhərə qədər bu ağrıların içində boğulmaq.

Nəfəs çatışmır,

Elə çatışmasa yaxşıdı,

Bir günün içində bir ömürlük rəng dəyişirəm,

Gün keçdikcə tündləşirəm.

Sizlər, şeir adıyla həmahəng sözləri satın alırsız,

Mən yazdığım bu sətirlərlə bütünləşirəm,

Bax qıraqdakı şairlərə,

Yazdığı hər şeirlərlə necə  də qürrələnirlər,

Mən yazdığım hər sətirdə şeiriyyatın ölümünü dadıram.

Mən şair deyiləm, mən kədərin nəsri-nəzm formasıyam,

Qaranlıqda, şəhərin bütün günahlarına kül səpən vulkanam,

İçi cəhalətlə dolu düha torbası,

Xəlifəsiyəm, komamın içində yaratdığım dünyanın

Mənim halım, qara və boz rənglərindən savayı heç nəyi olmayan buqələmun,

Bir də palçıq var bir az hisslərimdə,

Ruhumu məhv edən də bu palçıqdır.

Mənim varlığım sənin yoxluğuna çevrilməməlidir,

Anlamadın.

Təkliyin özü də bir zibil deyil,

Yarım-yarımçıq sözlər də deyil dərman.

Günah səndə də deyil

Mənim kədər tanrım verib mənə bu fərmanı

Other posts

İlahi

İlahi

  • 266 Views
  • 25.02.2024
  • 1 min read
Dostlar vəfasız, sevgilər itmiş Bəxtimin harda başı batmış ilahi. ...
Public
More
Öləcək

Öləcək

  • 263 Views
  • 25.02.2024
  • 1 min read
Çox qəlbini sıxma, ölüm də öləcək, Necə ki içimdə dünya öləcək bu gecə. ...
Public
More
kofe.al

We are always looking for talented and creative people. Don not hesitate to introduce yourself!

Features
  • Donations
  • Membership
  • Shop
  • QR codes
  • Integrations
Integrations
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • About us
  • Terms
  • Privacy policy

Copyright © 2025 a BONPARA project. All rights reserved.