Kofe Al
  • Creators
  • Blog
  • FAQ
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
  • Sign in Join now
Kofe Al
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский

Do what you love, gain support from your audience!

  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
    • Creators
    • Blog
    • FAQ
Sign in Join now
Follow us
Abbas Axundzadə
  • Hacı Şahinin Xatirəsinə (3)
    Abbas Axundzadə
  • 392 Views
  • 30.07.2023
  • 1 min read

Hacı Şahinin Xatirəsinə (3)

Bəlkə tıxac da, yol da bəhanə, Bəlkə tələsirsən başqa görüşlərə?

Hacı Şahinin Xatirəsinə (3)

Gəlmişəm həmənki görüş yerimizə, 

Ağaclar eynidi, divarlar eyni, 

Dəftər həmən dəftər, yazılar fərqli. 

Bura hər dəfə görüşməkçün gələn,

Simalar eynidi, qəlblərdə 

Eyni intizar.

 

Sənin xəyalınla gəldim bura, 

İnsanlar daim mümkünsüzü gözləyirlər. 

Artıq sən ayrı, mən ayrı dünyaların adamı, 

Bilirəm, olduğun yerdə səni daha çox istəyirlər.

 

Necə də qəribədi, necə də qəliz, 

Hər dəfə görüşdüyümüz bu yerdə, 

Sən danışardın mən dinləyərdim, 

İndi eyni yerdə eşidirəm fərqli səsləri, 

Büküb boynumu susuram kefsiz

 

Mən həmənki görüş yerindəyəm, həmənki saat, 

Axşamdan bir qədər keçib. 

O gəlmiyəcək deyən hamıya cavabım, 

"Yəqin ki, yenə tıxacda qalıb, gecikib"

 

İndi şəhər boşdu, yollar da boş, 

Gəl, baxım qəmi gizlədən gülüşlərə. 

Bəlkə tıxac da, yol da bəhanə, 

Bəlkə tələsirsən başqa görüşlərə?

Other posts

İlahi

İlahi

  • 266 Views
  • 25.02.2024
  • 1 min read
Dostlar vəfasız, sevgilər itmiş Bəxtimin harda başı batmış ilahi. ...
Public
More
Öləcək

Öləcək

  • 263 Views
  • 25.02.2024
  • 1 min read
Çox qəlbini sıxma, ölüm də öləcək, Necə ki içimdə dünya öləcək bu gecə. ...
Public
More
kofe.al

We are always looking for talented and creative people. Don not hesitate to introduce yourself!

Features
  • Donations
  • Membership
  • Shop
  • QR codes
  • Integrations
Integrations
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • About us
  • Terms
  • Privacy policy

Copyright © 2025 a BONPARA project. All rights reserved.