Do what you love, gain support from your audience!
Solo səyahətdən meditasiya müəllimliyi, mentorluğa qədər keçdiyim uzun yolda topladığım bilik və təcrübələrimi insanlarla bölüşürəm. YouTube kanalımda şəxsi inkişaf, tək səyahət etmək haqda danışıram, eləcə də, Azərbaycan dilində evdə edilə biləcək meditasiya və nəfəs praktikaları paylaşıram. Bundan başqa, karyerada irəliləmə, spiritual inkişaf və bir çox digər faydalı mövzularda məzmun yaradıram.
Məqsədim, psixoloji sağlamlığın insan həyatındakı vacib roluna diqqət çəkərək - xüsusilə Azərbaycan kimi konservativ bir cəmiyyətdə - fərqindəlik yaratmaq, insanlar arasında terapiyanın əhəmiyyətini aşılamaqdır. Eyni zamanda, insanlarla 14 illik karyera və şəxsi inkişaf yolumda öyrəndiklərimi paylaşaraq onların da bu məlumatlarla, post larla öz həyatlarında pozitiv dəyişiklik yarada bilmələrinə töhvə vermək niyyətindəyəm.
2023-cü ildə dövlət sektorundakı işimdən uzaqlaşıb Maitri Meditasiya Studiyasını yaratdım. Burada insanlarla fərdi və qrup seansları formatında işləyirəm, onların özlərini tapmalarına və ən yaxşı versiyalarına dönüşmələrinə bələdçilik edirəm.
Mənə “bir kofe alaraq” kanalımı daha da inkişaf etdirməyimə və daha keyfiyyətli, faydalı məzmun yaratmağıma kömək etmiş olarsınız.
Öncədən təşəkkür edirəm.
Sevgi ilə qalın,
Sona
Copyright © 2025 Sona Şıxməmmədova. All rights reserved.