Do what you love, gain support from your audience!
Rəqəmsal marketinq üzrə təlimçi kimi fəaliyyət göstərirəm və müasir marketinq strategiyalarını praktiki yanaşma ilə öyrətməyə fokuslanıram. Təlimlərimdə iştirakçılara yalnız nəzəri biliklər deyil, eyni zamanda real biznes nümunələri üzərindən tətbiq edilə bilən bacarıqlar qazandırıram.Bəzən gənclərin karyera imkanlarına çatması üçün kiçik bir dəstəyə, bir "təkan"a ehtiyacı olur. kofe.al vasitəsilə topladığım bütün dəstəyi birbaşa gənclərin təhsilinə, onların rəqəmsal marketinq sahəsində peşəkar inkişafı üçün lazım olan resurslara yönəldəcəyəm.
Sənin mənə ismarlayacağınız bir fincan kofe, əslində bir gəncin gələcəyi üçün qoyulan kiçik bir kərpic, bir təhsil materialı və ya bir kurs imkanı deməkdir. Gəlin, gənclərimizin daha savadlı və parlaq gələcəyi üçün bu yolu birlikdə addımlayaq.
Hər bir dəstəyiniz bir uğur hekayəsinin başlanğıcı ola bilər. İndidən təşəkkür edirəm!
Copyright © 2026 Sabir Camal. All rights reserved.