Kitabıstan

Kitabıstan

Kitab nəşri, səfirlərlə müsahibələr, konfranslar
  • 4 Supporter
Buy qələm for Kitabıstan
Make this message private
Kitabıstan
Kitab nəşri, səfirlərlə müsahibələr, konfranslar

Dəyərli dostlar,

Kitabıstan 2016-cı ildən maarifçilik fəaliyyəti ilə məşğuldur. Biz kitablar tərcümə və nəşr edir, maarifləndirici araşdırma videoları hazırlayır, inkişaf etmiş ölkələrin Azərbaycandakı səfirlərindən müsahibələr alır, inkişaf etmiş ölkələrdən olan ekspertlərin, professorların iştirakı ilə konfranslar təşkil edir və müsahibələr alır, bir çox digər layihələr həyata keçiririk. Əsasən, maarifçilik, oxumanın təşviqi, gender bərabərliyi, innovasiya, sülh quruculuğu, iqlim dəyişikliyi ilə mübarizə və məlumatlılığın artırılması istiqamətində fəaliyyət göstərir və bunların əhəmiyyətini, elm və təhsilin önəmini anladırıq. 

Məqsədimiz bəşəri dəyərləri Azərbaycan ictimaiyyətinə tədqiqatlar, müsahibələr, konfranslar və kitab vasitəsilə təqdim etmək, uğurlu inkişaf modellərini və təcrübələri təqdim etməklə cəmiyyətdəki bir sıra problemlərə həll yolları göstərmək, qadınların cəmiyyətin inkişafındakı rolunu vurğulamaq və onları daha yaxşı bir cəmiyyət qurulması işinə cəlb etmək, gənclərin maarifləndirilməsi, cəmiyyətdə pozitiv inkişafa stimul yaratmaqdır.

Gördüyümüz işlər əmək, əzm və resurs tələb edir. 

Bu səbəbdən və gördüyümüz işləri daha effektiv hala gətirməkdən ötrü “Kofe al” platforması vasitəsilə sizə müraciət etməyə qərar verdik.

“Kofe al” bizə izləyicilərimizin könüllü dəstəyi sayəsində işlərimizi davam etdirmək, daha effektiv çalışmaq üçün imkan tanıyır. Sizin dəstəyinizlə biz daha çox və daha keyfiyyətli kontent yaradacaq, sizin maarifpərvər addımızla daha çox insana çata biləcəyik.

Bu addımızın könüllülük əsasında olduğunu unutmayın.

Aydınlıq qalib gəlsin!