Elnara Safarova

Elnara Safarova

Personal Branding & Soft Skills
  • 3 Supporter
Buy kofe for Elnara Safarova
Make this message private
Elnara Safarova
Personal Branding & Soft Skills

Mənim adım Elnarədir, azərbaycanlıyam və 36 yaşım var. Son bir neçə ildir mən mənəvi inkişafla məşğulam və bir az vaxtdır ki, hər kəsin sehrli və mistik adlandırdığı Bali adasına köçmüşəm.Mənim üçün Bali mənəvi və maddi həyatın tarazlığı üçün ideal yerdir. Adanın gözəlliyini və yerli adət-ənənələrin mədəniyyətini kəşf etməyə davam edirəm. Ümumiyyətlə, burada yaşadığım bir neçə il ərzində mən o qədər bu məkana öyrəşmişəm ki, artıq adanın qonaqlarına istənilən növ və fərqli büdcəyə uyğun tətilin təşkilində köməklik edirəm.(Konsyerj xidməti üçün şəxsi mesajlara yazaraq əlaqə saxlayın)

Əsas fəaliyyətim mentorluqdur. Mən bir neçə ildir ki, onlayn proqramlarımın iştirakçıları ilə kayf kouçinq və şəxsi inkişafı təlimləri ilə məşğul oluram və kurslarımı keçən hər kəs əla nəticələrə çatıb.Daim psixologiyanı öyrənərək və müxtəlif biohacking metodları tətbiq etməklə, müraciət edənlərin istəkləri ilə daha məhsuldar işləmək bacarıqlarımı inkişaf etdirirəm.

Mən qəti şəkildə inanıram ki, hər bir insanın özünəməxsus istedadları var, sadəcə bu istedadları üzə çıxarmaq lazımdır. Bəzən özünüz edə bilərsiniz, bəzən isə bir mütəxəssisin köməyinə ehtiyacınız var.Axı, SİZİN işinizdə uğur qazanmaq üçün ilk növbədə SİZİN nədə yaxşı olduğunuzu və ən çox nədən həzz aldığınızı dəqiq öyrənməlisiniz. Şəxsi keyfiyyətlərimizi və bacarıqlarımızı bilmək həyatı çox asanlaşdırır.Bu bacarıqların bəziləri bizə sabit gəlir gətirir, bəziləri işimizi asanlaşdırır, eləcə da yaradıcılığa vaxt qalır.  Mən mentorluqla ona görə məşğul olmağa başladım ki, insanları çox gözəl hiss edirəm və xaosda olan hər şeyi qaydasına salmağı xoşlayıram. Özümü məhv etməkdən başlayaraq özümü inkişafa doğru uzun bir yol qət edərək, məsuliyyətlə deyə bilərəm ki, dünyada mümkün olmayan heç nə yoxdur. Xüsusilə də, hərəkət etməyə hazır olanlar üçün! 

Artıq bir neçə ildir ki, mən həyatın bütün sahələrinə təsir edən, sağlam və uğurlu təməl üçün ən vacib olanı özündə cəmləşdirən "Daxili Sistem" adlı özünüinkişaf proqramının müəllifiyəm. Proqramda boş nəzəriyyə deyil, çoxlu praktiki və nəticəyə köklənmiş çoxlu tapşırıqlar var. Mən təbiətcə metodist və praktikəm. Və təlimlərimi keçən 18-60 yaş aralığında hər kəsin nəticələri sübut edir ki, seçdiyim hərəkətlər alqoritmi hamı üçün eyni dərəcədə yaxşı işləyir.