Mən evsiz qalmış bir Azərbaycan oğluyam. Müharibəyə getməzdən əvvəl öz sənətimlə yaşayan, işləyən, çalışan və arzularının arxasınca gedən aşpaz idim. Əməyimlə kafe-restoran açmış, Azərbaycanda Amerika küçə mətbəxinin dadını öz mətbəximizlə birləşdirərək, Azərbaycan əti ilə burger mədəniyyətinə öz töhfəmi vermişdim.
Əgər müharibə olmasaydı, bu gün bəlkə də işləyir, yeni məkanlar açır, evlər tikdirirdim. Amma müharibə məni məndən aldı, sağlamlığımı və əvvəlki həyatımı əlimdən aldı.
Bu gün bir körpə balam var. Ən böyük istəyim özüm üçün yox, onun üçün bir ev sahibi olmaqdır. Onu öz evimizdə böyütmək istəyirəm.
Hikmət Mirzəyevin Şuşa fatehlərinə dediyi kimi, biz Azərbaycanın qeyrətini geri qaytardıq. İndi sizdən bir xahişim var: bir Azərbaycan oğlunun ailəsinə sahib çıxın. Mən özüm üçün yox, balam üçün ev istəyirəm.