Do what you love, gain support from your audience!
Yazıçı, biznes kouç və təlimçi Elçin Əzimli 1975-ci ildə Oğuz şəhərində anadan olub. İstanbul Universitetinin Politologiya fakültəsinin məzunudur.
“Dan ulduzu” adlı ilk romanı 2019-cu ildə TEAS Press Nəşriyyat evi tərəfindən nəşr olunub və dəfələrlə ölkəmizdə ən çox satılan kitabların siyahısına düşməyi bacarıb. “Çağrı” adlı ikinci romanı 2023-cü ildə TEAS Press tərəfindən nəşr olunub.
Kanadanın Adler Kouçinq Məktəbini bitirib. Beynəlxalq Kouçinq Federasiyası tərəfindən akkreditasiya olunan Professional Certified Coach® və Mentor Coach dərəcələrinə sahibdir. Emosional intellekt sahəsində beynəlxalq sertifikasiyalara sahib mütəxəssisdir.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 26 iyul 2019-cu il tarixində təsis olunan “Yüksəliş” müsabiqəsinin baş qiymətləndirici eksperti qismində fəaliyyət göstərir.
Dövlət və özəl sektorda 22 illik iş təcrübəsinə malikdir. 2011-ci ildən etibarən biznes təlimçilik fəaliyyəti ilə məşğul olur. Ölkəmizin bir sıra şirkət və təşkilatlarının rəhbər heyətlərinə idarəçilik, liderlik və emosional intellekt mövzularında çoxsaylı təlimlər keçib.
Elçin Əzimli müsbət düşüncənin gücünə inanır və deyir ki, xoşbəxtlik xoş düşüncələrlə başlayır. O, indiyə qədər keçirdiyi yüzlərlə təlim və seminarda insanları bu fəlsəfəyə dəvət edib.
Veb: www.elchinazimli.com
Copyright © 2024 Elçin Əzimli. All rights reserved.