Kofe Al
  • Üzvlərimiz
  • Bloq
  • FAQ
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
  • Daxil ol Qeydiyyat
Kofe Al
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский

Sevdiyin işlə məşğul ol, izləyicilərindən dəstək qazan!

  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
    • Üzvlərimiz
    • Bloq
    • FAQ
Daxil ol Qeydiyyat
Bizi izləyin
Ceyhun Fikrət
  • Zülmətin İçində İşıq
    Ceyhun Fikrət
  • 6 Baxış
  • 31.12.2025
  • 2 dəq oxuma

Zülmətin İçində İşıq

Zülmətin İçində İşıq

Zülmətin İçində İşıq

O, sanki nə edəcəyini bilmirdi. Bəlkə də bu yolu səhv seçmişdi. Amma geri qayıtmaq artıq mümkün deyildi. Öz-özünə pıçıldadı: “Mən mütləq bacaracağam.”Uşaq idi, amma dərdləri onu böyütmüşdü. Qaranlıq küçənin sonuna qədər getməliydi. Çünki axtarışdaydı – işıq axtarırdı.Düşüncələrinin dərinliyində bir parıltı yanıb-sönürdü. Hər addımında ona doğru yaxınlaşırdı. Lakin dar və sonsuz görünən küçənin qaranlığı qorxusunu böyüdürdü. O, işıqla bərabər özünü də axtarırdı. İçindən bir səs deyirdi: “Hər zülmətin içində gizli bir nur var.”Yol ağırlaşdıqca, içindəki inam da böyüyürdü. Birdən dayanıb səssizliyə qulaq verdi. Heç kəs yox idi. “Bəs işıq?” – deyə düşündü. “Bəlkə o da yoxdur?”Göy üzünə baxdı. Qara buludlar yavaş-yavaş sürünərək sanki onu qorxutmaq istəyirdi. Səssizlik qəlbinə soyuq əl kimi toxundu. Gözlərinə qaranlıq vahiməli göründü. Geri çevrilib uzanan küçəyə baxdı və əzmlə dedi:“Artıq geri dönə bilmərəm. Mən bu zülmətdən çıxacağam.”Yenidən addımlamağa başladı. Yolun nə qədər uzun olduğunu bilmirdi, yalnız yorğunluğunu hiss edirdi. Dayandı. Ətrafına boylandı, heç nə görmədi. Gözlərini göyə dikib astaca pıçıldadı: “Mən bacarmıram…” və dizlərinin üstünə çökdü.Zülmət bütün varlığını bürümüşdü. Əlləri, ayaqları, sanki özü də qaranlığın bir parçasına çevrilmişdi. O an ümidini itirirdi.Lakin qəlbinin dərinliyində bir səs yüksəldi: “Mən səndən başqa heç kimi istəmirəm.” Bu sözlərlə hər şey dəyişdi. Qara buludlar aralandı, qəlbinə işıq doldu. O an başa düşdü ki, axtardığı nur əslində onun içindəymiş.Ətraf birdən-birə işıqlanmağa başladı. Küçənin qaranlıq divarları sanki heyranlıqla ona tamaşa edirdi. Artıq qorxu yox olmuşdu. O, üzündə təbəssümlə pıçıldadı:— Mən qaranlıq küçələri işıqlandıran bir nuram.4 oktyabr 2025 ci il

Digər məqalələr

kofe.al

Biz hər zaman istedadlı və yaradıcı insanların axtarışındayıq. Özünüzü tanıtmaqdan çəkinməyin!

Xüsusiyyətlər
  • Destek
  • Abunəlik
  • Mağaza
  • QR kodlar
  • Patreon Alternativi
İnteqrasiyalar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Haqqımızda
  • Qaydalar
  • Məxfilik

Copyright © 2026 BONPARA layihəsi. Bütün hüquqlar qorunur.