Bu yazımı sadəcə keyfiyyətli insanlar sona kimi oxusun!
Başladım!
Mənim həyat haqqında fərqindəliyim artıqca, indiyə kimi, öz-özümə "uy da nə qədər yanlışlar etmişəm" deyirəm.
Bunlardan biri də "Qoyulan hədəflərə daha tez necə çatmaq olar" mövzusunda qazandığım fərqindəlik oldu.
Deməli mənim özüməməxsus bir həyat fəlsəfəm var.
Adı ALVER.
Bu fəlsəfəmdə həyata aid ən önəmli inanc belədir:
- Fayda əldə etməyin bədəlini ödəməyə hazır olmayanlara faydalı ola bilməzsən.
- Hər şeyin bir bədəli var və bədəl ödənmədən əldə edilən şeylər dəyərsizdir.
- Bədəl ödəməyən qədir bilməz.
Yəni qısacası ALVER. Əvvəlcə bədəl ödət, yəni AL, daha sonra da VER.
Mən bir müddətlik (2 il) yutubda "Elm, inkişaf və fərqindəlik" konseptində videolar paylaşırdım. Niyə? İnsanlığa töhfə vermək və bunu edərkən də özümü inkişaf etdirmək üçün. Paylaşdığım videolardan bəziləri başlı-başına bir təlim mahiyyətində idi. Və belə videolara baxanların, təəssüf ki, çox azından geri dönüşlər ala bilirdim.
Hətta videolarımdan birində anlatdıqlarımın eynisini ödənişli təlim kimi keçdim. "Vau" effekti yarandı. Bir səhifəlik feedback yazanlar belə oldu. Bu vaxt, sözün əsil mənasında mən də "Vau" dedim.
Onun üçün özümə söz verməyə çalışıram ki, daha heç kimə bədəlsiz nəsə verməyim. Son 3-4 aydır bunu tətbiq edərkən ikinci bir "Vau" yaşadım. İnsanlar sənə pul(bədəl) ödəyib səndən bir məhsul və yaxud da xidmət alır. Keyfiyyətli xidmət və məhsulu aldıqdan sonra da sənə "nə yaxşı ki, bunu mənə satdın" deyə dualar etməyə başlayır. Prosesin sonunda həm mənəvi, həm də maddi qazanc əldə edirsən.
Və fərqinə varırsan ki, bir insanın ödənişli kontentləri ödənişsizə nisbətən daha da faydalı olurmuş.
Onda belə çıxır ki, heç kəs ödənişsiz heç nə paylaşmasın. Xeyr, paylaşsın! Amma paylaşdıqlarının qarşılığında insanları maddi və mənəvi olaraq bədəl ödəməyə təşviq və dəvət etsin.
Bu çox önəmli bir dəyərdir.
Belə bir dəyərin ölkəmizdə də formalaşması üçün mən də bu gün önəmli bir addım atıram. Müəyyən bir aradan sonra instagram və tiktok platformasında nizamlı olaraq "Uzun bir yol" adlı spesifik və lokanik video məzmunlar tərtib etməyə başladım. İlk videom 24 saat keçməmişdi ki, toplam 10.000-ə yaxın izləmə, 700-ə yaxın bəyənmə aldı. Şəxsi inkişaf konseptində bir videonun belə bir nəticə göstərməsi çıxdığım bu yeni yolun çox uğurlu olacağına məni inandırdı.
Videonun növbəti hissəsi isə artıq montajdadır. Və yaxın günlərdə paylaşılacaq. Digər hissələrinin isə ssenariləri yazılır.
Bildiyiniz kimi video çəkmək vaxt yemək kimi bor şeydir. Çünki vaxt lazımdır yazmağa, vaxt lazımdı çəkməyə, vaxt lazımdı montaj etməyə...
Onun üçün də "Uzun bir yol" adlı video məzmunlarımı izləyən və izləyəcək olanları KofeAL platformasına daxil olub bədəl ödəməyə həm təşviq edirəm, həm də dəvət edirəm.
Platformaya daxil olub bədəl ödəyən ilk 20 nəfərə isə 100₼ qiymətində olan 10 saatlıq video dərslərdən ibarət "ALVER Şəxsi İnkişaf" proqramımı hədiyyə edəcəm.
Təbii ki, oradakı ödəyəcəyiniz bədəl miqdarı simvolikdir. Önəmli olan ALVER-i həyatımıza tətbiq etməkdir.
Elə indicə bura daxil olub bədəl ödəyin: https://kofe.al/@bimamverdi