Kofe Al
  • Üzvlərimiz
  • Bloq
  • FAQ
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
  • Daxil ol Qeydiyyat
Kofe Al
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский

Sevdiyin işlə məşğul ol, izləyicilərindən dəstək qazan!

  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
    • Üzvlərimiz
    • Bloq
    • FAQ
Daxil ol Qeydiyyat
Bizi izləyin
Zaur Bünyadzadə
  • Həyat bəzən millimetrik fərqlərdən və inadkarlıqdan ibarətdir
    Zaur Bünyadzadə
  • 426 Baxış
  • 17.03.2024
  • 2 dəq oxuma

Həyat bəzən millimetrik fərqlərdən və inadkarlıqdan ibarətdir

Fərqli həyatlar, oxşar hekayələr...

Həyat bəzən millimetrik fərqlərdən və inadkarlıqdan ibarətdir

3 düym fərq

Ziko hər iki ayağından məharətlə istifadə edən və cərimə zərbələrinin ustası olan bir futbolçu idi. O, 1983-cü ildə İtaliyanın "Udineze" klubuna transfer olur. Ziko yeni klubuna keçəndən sonra məşq zamanı cərimə zərbələri ilə bağlı bir sıra çətinliklər yaşamağa başlayır. Qəribədir, amma qapı dirəyində problem var idi. Ziko əməkdaşlara qapı dirəyinin hündürlüyünün düzgün olmadığını bildirir. Təbii ki, ona belə bir şeyin mümkün olmadığını deyirlər. Ziko israr edir: “Xeyr, qapının ölçüsü qaydalara uyğun deyil, çünki mən zərbə zamanı həmişə üst dirəyi bələdçi kimi götürürəm...” – deyə cavab verir. Qapını ölçürlər. Ziko haqlıdır.

Divar yerindən oynadı

1984-cü il mövsümünün doqquzuncu yarışı olan Dallas Qran prisi Amerikada Detroitdən sonra ikinci dayanacaq idi. Havanın temperaturunu yarış üçün təhlükəli saymaq olardı. Vəziyyət o qədər pis idi ki, yarışdan əvvəl Alen Prost və Niki Lauda yarışı boykot etmək istəyirdilər. Lakin onların boykotları nəticə vermədi. 26 maşından səkkizi yarışı bitirə bildi. Yarışı bitirə bilməyən 18 maşından 14-ü divara dəydikdən sonra yarışdan kənarda qalmışdı. Bu 14 nəfər arasında Alen Prost, Niki Lauda, ​​Ayrton Senna və Nelson Pike yer alırdı. Sennanın unudulmaz “Divar yerindən oynadı” hekayəsi də bu yarışın bir hissəsi idi.

 

Senna 47-ci dövrədə divara çırpılaraq yarışı tərk eləmişdi. Lakin onun fikrincə, bu qəza baş verməməli idi. Pitə qayıdanda yarış mühəndisinin yanına getdi və dedi: “Bu qəzanın necə baş verdiyini anlaya bilmirəm. Çünki döngələrə həmişəki kimi girirdim. Divar yerindən tərpənib”. Təbii ki, heç kim ona inanmadı və hətta ələ saldılar. Senna inad etdi. Yarışdan sonra qəzaya uğradığı baryerə baxdılar. O, haqlı idi. Həqiqətən də baryer yerindən tərpənmiş, əvvəlki qəzalara görə 4-10 mm irəli çıxmışdı. 

Digər məqalələr

"Eyes Wide Shut" və Kubrikin təyyarə qorxusu

"Eyes Wide Shut" və Kubrikin t

  • 182 Baxış
  • 19.03.2025
  • 1 dəq oxuma
Aerofobiyanın filmlərdəki vizual təzahürləri ...
Hər kəs
Daha çox
"Mickey 17" – absurd və əyləncəli alleqoriya

"Mickey 17" – absurd və əylənc

  • 235 Baxış
  • 10.03.2025
  • 2 dəq oxuma
"Oscar"dan sonra gələn elmi-fantastik komediya ...
Hər kəs
Daha çox
kofe.al

Biz hər zaman istedadlı və yaradıcı insanların axtarışındayıq. Özünüzü tanıtmaqdan çəkinməyin!

Xüsusiyyətlər
  • Destek
  • Abunəlik
  • Mağaza
  • QR kodlar
  • Patreon Alternativi
İnteqrasiyalar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Haqqımızda
  • Qaydalar
  • Məxfilik

Copyright © 2025 BONPARA layihəsi. Bütün hüquqlar qorunur.