Salam əziz dəstəkçilərim, bu kofe.al platformasında artıq 2.blogumdur. Əminəm ki, nə vaxtsa çoxunuz bu mövzu ilə maraqlanmısız. Və əksəriniz gündəlik yaşamında sarı yoxsa ağ işıq lampasından istifadə edimmi deyə düşünüb. Təbii ki, bu individual seçimdir. Bəzi insanlar oxumaq üçün sarı işıq lampalarını seçir, bəziləri daha optimal varinat olaraq ağ işıq lampalarına üstünlük verir. Uzun illərdir ki, aparılmış araşdırmalara görə, alimlər gecə saatlarında sarı rəngli işıq lampalarından istifadənin gözlər üçün daha faydalı olacağını qeyd edirlər. Sadəcə,bir şeyi unutmamalıyıq. Biz gündəlik həyatımızda təkcə ağ və sarı işıq şüalarına məruz qalmırıq. 1) Təbii işıq faktoru və mavi işıq şüaları günlük həyatımızda böyük rol oynayır. Və bunu qeyd etməliyəm ki, təbii işıq yəni günəş işığı süni işıqdan daha səmərəlidir. Mütləq formada gündə ən azı 25-30 dəqiqə açıq havada vaxt keçirin,çünki təbii işıq D vitaminin və serotoninin sintezini stimullaşdıracaq. Bununla biz stress və depressiya ilə mübarizəmizi asanlaşdıra bilərik. D vitamini isə dayaq hərəkət aparatımızın mühüm tərkib hissəsi olan sümükləri gücləndirəcək,həmçinin görmə qabiliyyətini yüksəldəcək.
2) Sarı işıq- Çox güman fikir vermisiz, yeni model mobil telefonların əksərində axşam saatlarında sarı işıq moduna keçmək üçün seçim mövcuddur. Rahat istirahət etmək, yuxu normasını tənzimləmək üçün bu ideal seçimdir. Həmçinin sarı işıq zehni əmək tələb edən fəaliyyətlər zamanı optimal variantdır. Digər tərəfdən bunu da unutmamalıyıq ki, sarı işıq lampaları orqanizmimizdə melatonin sintezinə zərər vermir.Qısaca belə deyim, baş ucunuza,özünüzü rahat hiss etdiyiniz məkanlara rahatlıqla sarı işıq lampaları qoya bilərsiz.
3) Ağ işıq- araşdırmalara görə, ağ işıq lampaları gün ərzində konsentrasiya bacarığımızı yüksəldir, diqqətimizi daha çox toplamağımıza faydalı olur. Bunun üçün iş adamları, ticarət obyektləri üçün ağ işıq lampaları əla seçimdir. Biz nəzərdən qaçırmamalıyıq ki, ağ işığa bütün gün ərzində məruz qalsaz gün sonunda özünüzü yorğun,əsəbi hiss edə bilərsiz. Bu səbəbdən, ağ işıq lampalarından, LED-işıqlardan sadəcə az müddət təsir qaldığımız yerlərdə (ofis,dəhliz, mətbəx və s.) kimi yerlərdə istifadə edə bilərsiz.
4) Bəs mavi işıq şüaları ilə harada rastlaşırıq? Televizor ekranları, maksimal rəng temperaturu 6500 K olan, monitorlar vasitəsilə həddindən artıq mavi işıq şüalarına məruz qalırıq. Biz gecə 00:00 dan sonra 1 saat belə mavi işıq və ya ağ işığa məruz qalarsaq, o zaman melatonin istehsalı azalacaq. Mavi işıq şüaları gözlərimiz üçün də zərərlidir.
İşıq seçiminizi düzgün etməsəz, görmə zəifliyi,xroniki yorğunluq və yaxud digər görmə qabiliyyəti ilə bağlı problemlərlə qarşılaşa bilərsiz.Sağlamlığınızın qayğısına qalın! Ümid edirəm ki, bu blogum sizlər üçün faydalı olar. Diqqətiniz üçün təşəkkürlər.
Vugar Aliyev