Kofe Al
  • Üzvlərimiz
  • Bloq
  • FAQ
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
  • Daxil ol Qeydiyyat
Kofe Al
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский

Sevdiyin işlə məşğul ol, izləyicilərindən dəstək qazan!

  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
    • Üzvlərimiz
    • Bloq
    • FAQ
Daxil ol Qeydiyyat
Bizi izləyin
Urbanblogaz
  • İnkişaf etmiş şəhər necə olmalıdır?
    Urbanblogaz
  • 5 Baxış
  • 12.11.2025
  • 2 dəq oxuma

İnkişaf etmiş şəhər necə olmalıdır?

"İnkişaf etmiş şəhər kasıbların maşın sürdüyü deyil, varlıların ictimai nəqliyyatadan istifadə etdiyi şəhərdir" - bu sözləri Enrike Penyalosa Boqota şəhərinin keçmiş meri söyləyib.

İnkişaf etmiş şəhər necə olmalıdır?

"İnkişaf etmiş şəhər kasıbların maşın sürdüyü deyil, varlıların ictimai nəqliyyatadan istifadə etdiyi şəhərdir" - bu sözləri Enrike Penyalosa Boqota şəhərinin keçmiş meri söyləyib. 

🇨🇴Boqotanın keçmiş meri, kolumbiyalı siyasətçi və urbanist Enrike Penyalosa əmindir ki, bu gün şəhərlər zəngin insanlar üçün nəzərdə tutulub. Belə adamın maşını var və o, avtomobili ilə rahat yaşamaq üçün şəhərdə yer tələb edir: parkinq, tıxacsız geniş yol, istədiyi yerdə rahat parkinq və hər döngədə xidmət. 

Enrikenin fikrincə, yaxşı şəhərin əsas ideyası piyadalar üçün məkana üstünlük vermək və şəxsi avtomobillərdən istifadəni azaltmaqdır. 

“Şəhər maşınlar üçün deyil, insanlar üçün yaradılıb və meriyanın vəzifəsi insanların özlərini rahat hiss etməsidir. Buna ancaq avtomobillərin piyadaların hərəkətinə mane olan yerlərdən uzaqlaşdırılması ilə nail olmaq olar.  Avtomobilçilərin xoşuna gəlmirsə, bu, onların problemidir. Onlar soyuducu alıb yeni mənzil tələb edə bilərlər, çünki köhnə mənzildə soyuducuya yer yoxdur. Absurd. Ancaq bəzi ölkələrdə şəhərlər hələ də varlı adamın avtomobil sürməsi üçün tikilir. Onun xatirinə milyonlarla insanı metroya salırlar. Belə qərarlarda nə azadlıq, nə də sağlam düşüncə yoxdur. " - Enrike Penyalosa. 

- Evdən uzaqda dayanacaq; 

- Yerüstü nəqliyyat üçün uzun müddət gözləmək və işə gec getmək; 

- Nəqliyyatın iş saatları gecə vaxtı tətbiq edilmir; 

- Avtobusların/trolleybusların/metro vaqonlarının və qatarlarının keyfiyyətinin yüksəldilməsi çox arzuolunandır. 

Bütün bunları bir anda insanların və ictimai nəqliyyatın xeyrinə bir sadə qərarla düzəltmək olar. 

Niyə inkişaf etmiş şəhər hətta zənginlərin belə ictimai nəqliyyatı seçdiyi yerdir? Hər şey çox sadədir: nəqliyyat müasir, geniş, sürətli olarsa və yalnız onun üçün ayrılmış zolaqla hərəkət edərsə, o, avtomatik olaraq bir nömrəli seçimə çevrilir. Çünki sakinlər üçün faydalıdır və maşına vaxt/pul/əsəb sərf etməyə ehtiyac yoxdur. Postsovet məkanında adətən belə hesab edilir ki ki, avtomobil dəbdəbəli əşyadır. Amma ictimai nəqliyyat dəbdəbəli olarsa, bundan hamı faydalanacaq. 

Digər məqalələr

Yollarda sıfır ölüm və buna necə nail olmaq olar

Yollarda sıfır ölüm və buna ne

  • 110 Baxış
  • 19.08.2025
  • 13 dəq oxuma
Yollarda sıfır ölüm və buna necə nail olmaq olar, bu barədə ətraflı bloqda oxuya bilərsiniz ...
Hər kəs
Daha çox
kofe.al

Biz hər zaman istedadlı və yaradıcı insanların axtarışındayıq. Özünüzü tanıtmaqdan çəkinməyin!

Xüsusiyyətlər
  • Destek
  • Abunəlik
  • Mağaza
  • QR kodlar
  • Patreon Alternativi
İnteqrasiyalar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Haqqımızda
  • Qaydalar
  • Məxfilik

Copyright © 2025 BONPARA layihəsi. Bütün hüquqlar qorunur.