Kofe Al
  • Üzvlərimiz
  • Bloq
  • FAQ
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
  • Daxil ol Qeydiyyat
Kofe Al
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский

Sevdiyin işlə məşğul ol, izləyicilərindən dəstək qazan!

  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
    • Üzvlərimiz
    • Bloq
    • FAQ
Daxil ol Qeydiyyat
Bizi izləyin
Ulduzlu Yol
  • Tülkü və Hacıleylək nağılı dinlə - Azərbaycan dilində uşaq kanalı @Ulduzluyol
    Ulduzlu Yol
  • 365 Baxış
  • 30.04.2024
  • 3 dəq oxuma

Tülkü və Hacıleylək nağılı dinlə - Azərbaycan dilində uşaq kanalı @Ulduzluyol

Başlıq: Tülkü və Hacıleylək nağılı | Nağıllar | Azərbaycan xalq nağılları

Başlıq: Tülkü və Hacıleylək nağılı | Nağıllar | Azərbaycan xalq nağılları

 

Azerbaycan dilinde cizgi filmleri / Nagil / Hekaye / Nağıl / Hekayə / Öyrədici / Oyrədici / Usaq kanali / Uşaq kanalı / Tulku ve hacileylek / Tulku ve leylekEtiketlər: Azerbaycan sesli nagillar, nagil, guzgu nagili, dovsan ve guzgu, ayna nagili, ayna, nagillar alemi, usaqlar ucun, ushaqlar ucun nagillar,  nağıl, nağıllar, nagil, nagillar Azərbaycan dilində nağıllar, Azerbaycan dilinde nagillar, öyrədici uşaq kanalı, oyredici usaq kanalı, Azerbaycan masalları, Azərbaycan nağılları,

Tülkü və hacıleylək

Keçmiş zamanlarda bir tülkü, bir də bir hacıleylək var idi. Bunlar tənhalıqdan darıxmamaq üçün qardaş olmuşdular. Bir gün tülkü hacıleyləyi qonaq çağırdı. Bir qazan ayranlı şorba bişirdi, bir siniyə tökdü, gətirib süfrəyə qoydu. Yeməyə başladılar.

 

Qab dayaz idi. Hacıleyləyin dimdiyinə bir düyü də gəlmirdi. Amma tülkü hər dəfə dilini uzadanda şorbanın bir tərəfini yalayıb qurtarırdı. Belə-belə hacıleylək bir neçə düyü götürənə qədər tülkü ayranlı şorbanı yalayıb qurtardı. Hacıleylək ac qaldı. Qalxıb deyinə-deyinə evinə getdi. O gecə səhərə kimi qarnının qurultusundan yata bilmədi.

 

Bu əhvalatdan bir neçə gün keçdi, tülkü yenə də hacıleyləyi qonaq çağırdı. Hacıleylək üzüyumşaq bir quş idi. Ürəyində nə var idi, hamısını unutdu, yenə də tülküyə qonaq getdi. Tülkü bu dəfə də şorba bişirdi, siniyə tökdü, gətirib süfrəyə qoydu. Yenə hacıleylək dimdiyilə iki düyü götürməmiş, tülkü şorbanı yalayıb qurtardı. Hacıleylək yenə də ac qaldı, ürəyində dedi: “Yaxşı, tülkü, sənlə mənimki qalsın. Bu hayıfı yerdə qoymaram”. Hacıleylək özünü şad göstərdi, tülküyə dedi:

– Qardaş, çox sağ ol, mənə xəcalət verdin. Xəcalətindən çıxaram. Gəl bir seyrə çıxaq könlümüz açılsın.

Tülkü dedi:

– Elə mənim könlüm seyrə çıxmaq istəyirdi. Çox sağ ol, ürəyimdən xəbər verdin. Hacıleylək dedi:

– Gəl çıx qanadlarımın üstünə, qalxaq göyə.

Tülkü hacıleyləyin qanadının üstünə mindi. Hacıleylək göyə qalxdı. Bir az uçandan sonra hacıleylək tülküyə dedi:

– Qardaş, bax, gör yer nə təhər görünür?

Tülkü dedi:

– Bir xırman boyda görünür.

Hacıleylək bir az da yuxarı qalxıb dedi:

– Qardaş, indi bax, gör nə təhər görünür?

Tülkü baxıb dedi:

– Heç nə görünmür.

Hacıleylək bir az da yuxarı uçub dedi:

– Qardaş, tay qanadım ağrıyır, yorulmuşam. Düş aşağı, bir az dincimi alım.

Tülkü dedi:

– Ay qardaş, başına dönüm, qurban olum, mən bu göyün üzündə haraya düşüm? Nə təhər düşüm? Məni aşağı endir.

Hacıleylək dedi:

– Yox, qanadlarım ağrıyır, düşməsən özüm salacağam. Özün bil.

Tülkü hacıleyləyin toruna düşdüyünü bilib, yalvarmağa başladı:

– Qardaş, bir qələtdi eləmişəm, yamanlığa yaxşılıq deyiblər. Gəl bu dəfə günahımdan keç, ölüncə sənə xidmət edərəm.

Hacıleylək onun sözünü qəbul eləməyib dedi:

– Yox, yaxşılığa yaxşılıq, yamanlığa yamanlıq deyiblər. Nə əkərsən, onu biçərsən, mən sənə borclu idim, borcunu verirəm.

 

Çox yalvar-yaxardan sonra hacıleyləyin ürəyi yumşaldı, tülküyə yazığı gəldi.  Göydən aşağı endi, yerə çatmağa beş-on arşın qalmış – “Al gəldi!” – deyib tülkünü qanadının üstündən tulladı. Hiyləgər tülkünün qol-qabırğası elə əzildi ki, düz bir ay yerindən tərpənə bilmədi. Həmin gündən hacıleyləklə tülkünün dostluğu sona çatdı. Bu yerdə atalar yaxşı deyiblər ki, taylı tayın tapmasa, günü ah-vayla keçər.

Digər məqalələr

🐝"Arıların qəzəbi" nağılı Azərbaycan dilində cizgi filmi

🐝"Arıların qəzəbi" nağılı Azər

  • 276 Baxış
  • 17.01.2025
  • 4 dəq oxuma
Başlıq: Arıların qəzəbi nağılı | O. Hüseynov | Nağıllar və Hekayələr Müəllif: O. Hüseynov Azerbaycan dilinde cizgi filmleri / Nagil / Hekaye / N ...
Hər kəs
Daha çox
Tülkü və Qarışqa nağılı - Azərbaycan dilində cizgi filmi

Tülkü və Qarışqa nağılı - A

  • 234 Baxış
  • 17.01.2025
  • 4 dəq oxuma
Başlıq: Tülkü və Qarışqa nağılı | Qırğız xalq nağılı | Xalq Nağılları Müəllif: Qırğız xalq nağılı Kanaldakı digər çizgi filmləri izlə: • 🎞️ Azə ...
Hər kəs
Daha çox
kofe.al

Biz hər zaman istedadlı və yaradıcı insanların axtarışındayıq. Özünüzü tanıtmaqdan çəkinməyin!

Xüsusiyyətlər
  • Destek
  • Abunəlik
  • Mağaza
  • QR kodlar
  • Patreon Alternativi
İnteqrasiyalar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Haqqımızda
  • Qaydalar
  • Məxfilik

Copyright © 2025 BONPARA layihəsi. Bütün hüquqlar qorunur.