Kofe Al
  • Üzvlərimiz
  • Bloq
  • FAQ
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
  • Daxil ol Qeydiyyat
Kofe Al
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский

Sevdiyin işlə məşğul ol, izləyicilərindən dəstək qazan!

  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
    • Üzvlərimiz
    • Bloq
    • FAQ
Daxil ol Qeydiyyat
Bizi izləyin
Məhəbbət Babayeva
  • Your front-end journey. Day 2.
    Məhəbbət Babayeva
  • 414 Baxış
  • 01.08.2023
  • 2 dəq oxuma

Your front-end journey. Day 2.

Front-end təcrübələrimi paylaşaraq, bu yolda irəliləmək istəyənlərə addım-addım nə etməli olduqlarını izah edəcəm

Your front-end journey. Day 2.

Salamlar, davam edirik. 

Əgər işləyəcəyiniz İDE-ni yüklədinizsə bir az onun necə işlədiyini öyrənmək vaxtıdır. Youtube-dan işləyəcəyiniz İDE-nin konfiqurasiyasını,hansı extensionların yüklənəcəyini öyrəndikdən sonra keçirik cədvəlimizə (əvvəlki postda nümunə cədvəl verilmişdir) uyğun ilk dərsi mənimsəməyə. 

Mən  html öyrənərkən belə sistem qurmuşdum,hazırda həmin sistemi də mentorluq etdiyim insanlara təklif edirəm. Html-i 2 part halında öyrənmək. Cədvəlimizə görə bu cəmi 1 həftə çəkəcək. 2 gün yeni dərs, 4 gün öyrəndiklərimizin praktikası,1 gün təkrar və interview sualları. 

Html

Youtube-da həm Azərbaycan dilində, həm də türkcə yetərincə video var. Bəs hansılar sınaqdan çıxıb? 

  1. Sadık Turan 
  2. Zamansız eğitimler 
  3. Yazılım bilimi 
  4. Prototürk  
  5. Web odası
  6. Enes Bayram və s.    

Nə edəcəyik? 

  1. Yuxarıdan seçdiyiniz( hansı müəllifin dili sizə daha yaxındırsa) kanallardan biri ilə başlayırsız. Heç bir halda bir kanalın dərsləriniz bitirmədən yarımçıq qoyaraq digər kanala keçməyin. 
  2. Html- i  2 hissə  halında öyrənəcəyiniz üçün videoları 2 hissəyə bölün. Məsələn, 50 video varsa,cədvəlinizə uyğun olaraq 1 gün 25 video-dərsləri mənimsəyin. Daha sonra 3 gün həmin dərslərə aid not tutun,praktika edin,kodlar yazın. 
  3. İrəliləmənizi mütləq qeyd edin. Məsələn, qısa halda bu gün nələr öyrəndim və öyrəndiklərimi kiməsə öyrədə bilərəmmi? Bununla həm də geriyə döndüyünüzdə nə qədər yol qət etdiyinizi görüb yarımçıq qoymaq istəməyəcəksiz. 
  4. Özünüzə sizinlə birlikdə irəliləmək üçün yoldaşlar tapın. Kodlarınızı bir biriniz ilə paylaşın. Bu sizə həm də başqasının kodunu oxuya bilmə vərdişini qazandıracaq.
  5. Videolarla yanaşı article (yalnız ingiliscə) oxuyun. Mənbə çoxdur, hamısından yarımçıq istifadə etməyin. Yeni başlayanlara w3schools-u məsləhət görürəm. Videolardakı başlıqlara uyğun olaraq saytdan (w3schools) axtarış edin və öyrənin. 

Bu arada dərsləri mənimsəmək 1 gün içində olmur. Təyin etdiyiniz günlər sizin deadline günlərinizdir. Yəni sizin dərsləri mənimsəmək üçün ən azı 3 gün vaxtınız olur. Növbəti 4cu gün isə artıq köhnə dərsləri təhvil verib, yeni dərslərə başlamaq vaxtıdır.

Davamı olacaq…

Digər məqalələr

forEach-də döngünü qıra bilərik?

forEach-də döngünü qıra biləri

  • 286 Baxış
  • 23.02.2024
  • 1 dəq oxuma
Bildiyimiz kimi forEach metodu javascriptdə massivlər üzərində iterasiya etmək üçün ən çox istifadə olunan metoddur.forEach massivdəki hər element üçü ...
Hər kəs
Daha çox
RabbitMQ

RabbitMQ

  • 283 Baxış
  • 24.12.2023
  • 4 dəq oxuma
RabbitMQ mesaj brokeri haqqında ...
Hər kəs
Daha çox
kofe.al

Biz hər zaman istedadlı və yaradıcı insanların axtarışındayıq. Özünüzü tanıtmaqdan çəkinməyin!

Xüsusiyyətlər
  • Destek
  • Abunəlik
  • Mağaza
  • QR kodlar
  • Patreon Alternativi
İnteqrasiyalar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Haqqımızda
  • Qaydalar
  • Məxfilik

Copyright © 2025 BONPARA layihəsi. Bütün hüquqlar qorunur.