Kofe Al
  • Üzvlərimiz
  • Bloq
  • FAQ
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
  • Daxil ol Qeydiyyat
Kofe Al
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский

Sevdiyin işlə məşğul ol, izləyicilərindən dəstək qazan!

  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
    • Üzvlərimiz
    • Bloq
    • FAQ
Daxil ol Qeydiyyat
Bizi izləyin
Coşqun Kərimov
  • Sakit Şənbə Günüm
    Coşqun Kərimov
  • 18 Baxış
  • 03.05.2026
  • 5 dəq oxuma

Sakit Şənbə Günüm

Bildiyim odur ki, mən də bir yol gedirəm. Hərdən elə gəlir ki, tək gedirəm. Hərdən onun səsi eşidilir. Halıma gülürmü, yanırmı deyə bilmərəm. Amma ona, ona şikayət etməyə, şükür etməyə, onunla danışmağa, onunla dalaşmağa öyrəşmişəm. O da məni tanıyır. Bilir ki, mən Coşqun Kərimovam və dünyadan bir daha başqa bir Coşqun Kərimov keçməyəcək.

Sakit Şənbə Günüm

Sakit şənbə günüdür. Hyatt Regency tərəfdən üzü Caspian tərəfə gedirəm. İlk görüşüm bitib. Şirkət rəhbərlərindən biri ilə çıxışını işləmişəm. Beynimi defraqmentasiya etmək üçün piyada yol gedirəm. Avtobus dayanacağına çatıb 2 ya da 14-ü gözləyirəm. Əllərim cibimdədir. Bakı küləyi üzümdədir. Fikirlərim yolda şütüyən sürücülərdədir. Yanımda bir oğlan dayanıb. Səliqəli geyinib. Hiss edirsən ki, biraz da səliqəli geyinsə istirahət edən məmura bənzəyəcək. Oğlan mənə baxıb bir qədər fikrə gedir. Ekranına baxır və sonra yenə mənə baxır. Ürəyimdə yaranan 6-cı hiss deyir ki, indi yaxınlaşıb, adımı deyib həmin uzun monoloqlardan birini deyəcək. Əllərim hələ də ciblərimdədir. Külək hələ də üzümdədir. Amma fikrim 10 il əvvəldədir. Həmin Coşqunu danlayıram. Gərək yazmazdın deyirəm o Coşquna. Hətta yazsan belə paylaşmazdın. "Bağışlayın siz....?"

"Bəli. Mənəm."

"Məni tanımırsız. Bu normaldır. Sizi ilk dəfə Formula 1 könülləri ilə təlimdə görmüşdüm. Daha sonra kitabınızla tanış olub oxumuşdum. Və bu 6 dəqiqəlik monoloqu 2 dəqiqəyə sığdırmağa nail olur."

Oğlana baxıb susuram. Danışmaq istəmirəm. Həm də istəyirəm. Xeyr, qudurmamışam. Yorulmuşam. Tanrının yumor hissindən yorulmuşam. Hər zaman elə bir momentə salır ki, bu monoloqları. Sanki, özü hesablayır və tam lazımı anda start düyməsini basır. Oğlana yadımda qalmayan bir-neçə məqamı deyirəm. Sonra deyirəm ki, KVANın yubiley nəşri çıxacaq. Orada uşaqlarıma yazdığım məktub yenidir. Yeni sonluq var. Rəylər də var.

Avtobus gəlir. İçəridəyəm. Müəllif deyiləm. Sərnişinəm. Növbəti tələbəmlə görüşə gedirəm. Ən qocaman tələbələrimdən biridir. 4 ildir ki, layihələri və çıxışları ilə bağlı kömək edirəm. Avtobusdan enib o oğlana tərəf qaçıb onun yaxasından yapışıram. "Heç bilirsən ki, bu tələbəmin mənə 4 il ərzində etdiyi ödənişlər. 10 illik KVAN kitablarımın qonararlarından daha çoxdur. Sadəcə 1 tələbəmin sadə tələbə olmadığını bilirəm. Amma həqiqətin sadə olduğu açıq aydındır. Sonda nə qalır? Heçnə! Mən də gülürəm. Bu yumor hissi olan Yaradanın yaratdığı biri olaraq yaranan mənzərəyə gülürəm. Oğlan yaxasını düzəldir. Narahat olmayın hələ də avtobusdayam. Özümdəyəm. Van Qoq kimi dəli olmaq fikrim yoxdur. Uşaqlarım var. Təlim və dərslərim var. Yazaraq yaşamaq fikrini ürəyimdə bir rəfə qoyuram. Bəlkə bu il nəsə dəyişər fikrini də həmin rəfin yanında olan digər rəfə qoyuram. Tələbəmi görürəm. Masaya əyləşirik. Ortaya bir yasəmənli çay qoyulur. Onun da yanına tiramisu qoyurlar. Tiramisunun ilk qaşığı məni çaşdırır. Kofenin tozunu bol ediblər. İnsafsızlar. Öskürsəm tələbəmin üzü kofe olacaq. Çayı içirəm ki, boğulmayım. İkimiz də gülürük. O da qaşıqlayır. Növbəti mövzusunu işləyirik. Axşam olanda dinc durmayan Tanrı mənə Gulli Boy (Ranvir Singh) dili ilə "etdiklərimin kimin üçünsə bir əhəmiyyəti var" deyəcək. "Məndən sonra bu dəyər qalacaq" deyir Ranvir. Ranvirə deyirəm ki, mənim Tanrım mənə Azərbaycanda KVAN yazdırdı. Sənin Tanrın isə Durandar filmində son səhnəni yaşatdı. Ailənə yaxın gedə bilmədin. Bütün Hindistanı xilas etdin amma sənin üçün bütün Hindistan olan o 3-5 adamı qucaqlaya bilmədin. Axşam əlimə Xalid Hüseyninin 3-cü kitabını götürdüm. Yenə iri media orqanları onu tərifləyib Dikkens kimi təhkiyyəçi deyirdi. Üz qabığında 40 milyon nüsxə satılıb yazılmışdı. İnsanın kədərli taleyi kimi satıla biləcək hansı ikinci məhsul var ki? Elə mən də tənbəllik etməyib Əfqan kəndlərindən birinin qumlu küçəsinə daxil oldum. Həmin küçədə Abdulla və Pəri adlı qardaş bacı yaşayırdı. Bir-birini sevən bu uşaqları ayıran Tanrının yumor hissi ilə tanış olacaqdım. Uşaqlardan biri Parisə digəri isə ABŞ-a yol gedəcəkdi. Amma Xalidin anlamadığı bir şey var. Onu oxuyanlar Parisə, Amerikaya getmək istəmir. Biz həmin Əfqan kəndlərində qalmaq və həmin qumu-torpağı udmaq istəyirik. Kədər bizim üçün doğmadır. Sevinc hissini isə yad bir hiss kimi görürük. 

Bu qədər yol gedib oxudunuz. Bəlkə də yoruldunuz. Bəlkə də bu cümlələr sizin üçün yazılmışdı. Bəlkə də əhəmiyyəti var bu sözlərin. Bilmirəm. Bildiyim odur ki, mən də bir yol gedirəm. Hərdən elə gəlir ki, tək gedirəm. Hərdən onun səsi eşidilir. Halıma gülürmü, yanırmı deyə bilmərəm. Amma ona, ona şikayət etməyə, şükür etməyə, onunla danışmağa, onunla dalaşmağa öyrəşmişəm. O da məni tanıyır. Bilir ki, mən Coşqun Kərimovam və dünyadan bir daha başqa bir Coşqun Kərimov keçməyəcək. (Chatgpt, Claude və s bir hoqqa verə bilər. Amma onları hansısa avtobus dayanacağında saxlayıb gördükləri işlə bağlı 6, 3, 2 dəqiqəlik monoloqlar deməyəcəklər.) Tanrının indidən güldüyünü görürəm. Ona da bir çarə tapar. 🙂

Digər məqalələr

Guilt of Reading

Guilt of Reading

  • 56 Baxış
  • 24.04.2026
  • 2 dəq oxuma
I prefer the other type of guilt. Guilt of enjoying the book too much. Almost to a point where you know that author will not deliver for this long. Or ...
Hər kəs
Daha çox
Cavidin Qeydləri (Roman)

Cavidin Qeydləri (Roman)

  • 70 Baxış
  • 20.04.2026
  • 2 dəq oxuma
Bu roman məni illərlə təqib edir. Arada yanıma oturub "yaz" deyə pıçıldayır. Arada isə səssiz-soraqsız qeybə çəkilib izini təmizləyir. Belə baxırsan k ...
Hər kəs
Daha çox
kofe.al

Biz hər zaman istedadlı və yaradıcı insanların axtarışındayıq. Özünüzü tanıtmaqdan çəkinməyin!

Xüsusiyyətlər
  • Dəstək
  • Abunəlik
  • Mağaza
  • QR kodlar
  • Patreon Alternativi
İnteqrasiyalar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Haqqımızda
  • Qaydalar
  • Məxfilik

Copyright © 2026 BONPARA layihəsi. Bütün hüquqlar qorunur.