Kofe Al
  • Üzvlərimiz
  • Bloq
  • FAQ
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
  • Daxil ol Qeydiyyat
Kofe Al
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский

Sevdiyin işlə məşğul ol, izləyicilərindən dəstək qazan!

  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
    • Üzvlərimiz
    • Bloq
    • FAQ
Daxil ol Qeydiyyat
Bizi izləyin
Coşqun Kərimov
  • Redaktorun KVAN hissi
    Coşqun Kərimov
  • 53 Baxış
  • 01.06.2026
  • 7 dəq oxuma

Redaktorun KVAN hissi

Fürsət bilib etiraf etmək istəyirəm ki, şəxsi inkişafla bağlı “ağıl verən” kitabları oxumağa hövsələm olmayıb. Nəinki hövsələm olmayıb, bu məzmunda olan ədəbiyyatları heç ciddi qəbul etməmişəm.  Ona görə də 10 il əvvəl “KVAN”ın redaktəsi ilə bağlı təklif gələndə ürəyimdə demişdim: “Ay aman, bircə qorxduğum başıma gəlməsin!”

Redaktorun KVAN hissi

“KVAN” – mənə redaktə prosesini öyrədən, müəllifin ruhuna toxunmağı, bəzən ona yön verməyi, bəzən onunla birlikdə yön almağı göstərən ilk kitab. Hamının arzuladığı hiss. Mənimsə müəllimim...

Həyat yolumda küçəni keçərkən işıqforda mənə “yaşıl işıq” yandıran “qırmızı”. 10 il sonra səni vərəqlədikcə xatirələr barmaqlarımın arasından süzülür. Avtobusda pəncərə kənarında səni redaktə edə-edə qurduğum xəyallar qədər doğmasan mənə. Şəhərin neçə-neçə küçəsinə paylanan, neçə-neçə insanın pəncərədəki əksinə hopan, neçə-neçə dayanacaqda düşüb gedən xəyallarımın ayaq izlərində sən də varsan. Hamının arzuladığı hiss. Mənimsə yol yoldaşım... 

2015-ci il. Dolların məzənnəsi 79 qəpikdən 1 manat 5 qəpiyə qalxanda, Azərbaycan Birinci Avropa Oyunlarına ev sahibliyi edəndə, ölkə “Günəşli” yatağında və Binəqədidə baş vermiş dəhşətli yanğınlarla sarsılanda “KVAN” ilə yollarımız kəsişdi. Sosial şəbəkələrdə və müxtəlif tədbirlərdə tez-tez ünsiyyətdə olduğum, bir çox mövzuda məsləhət aldığım dostum, peşəkar kouç Leyla Surxayzadə sayəsində.

Həmin ərəfələrdə dissertasiya işimi yekunlaşdırmalı və qısa zamanda kafedra müzakirəsinə hazırlaşmalıydım. Həftəsonu kitabxanada sonlanır, həftəiçi isə səhər saat 9-da başlayıb, bitməyən qrafiklə fəaliyyət göstərən reklam şirkətində uçub gedirdi. Haradan bilərdim ki, məni “KVAN” ilə eyni masa ətrafında əyləşdirən Coşqun nəinki o zaman, elə sonrakı illərdə də həyatımın ayrı-ayrı səhifələrinə toxunacaq. Mən onun yazılarını “doğradıqca”, o mənim qarma-qarışıq düşüncələrimdə “daşı daş üstünə qoyacaq”.

Yadımdadır, kitabın redaktoru olmaqla bağlı təklif qarşısında çox həyəcanlanmışdım. Redaktor kimi heç bir təcrübəm yox idi. Birinin düşüncələrinə toxunmaq, “olar” və “olmaz”ları müəyyənləşdirmək olduqca riskli idi, cəsarət tələb edirdi. Mənə elə gəlirdi ki, sanki başqasının məhrəminə əl uzadıram. Coşqun isə mükəmməl natiqlik bacarığı sayəsində məni inandırmışdı. Mən də inanmışdım. Mükəmməlin heç vaxt olmayacağına, nə qədər həssas və diqqətlə yanaşsam da, mütləq hansısa səhvin çıxacağına, eyni səhifələr üzərində çox qalanda baxışlarımın sətirlərin arası ilə əzbərdən qaçacağına əmin olmuşdum. Həyat da belədir, yox?! Bildiyimiz neçə “əzbər” həqiqət, atdığımız neçə “əmin” addımımız səhvlərlə dolu olub. Nə qədər “ütülü” yaşamağa çalışsaq da. “KVAN” kitabı “ütülü” fikirlərimə qırışlar salıb, qırış düşmüş bəzi düşüncələrimi isə ütüləyib. Hamının arzuladığı hiss mənim üçün həyatın özünə çevrilib.  

Fürsət bilib etiraf etmək istəyirəm ki, şəxsi inkişafla bağlı “ağıl verən” kitabları oxumağa hövsələm olmayıb. Nəinki hövsələm olmayıb, bu məzmunda olan ədəbiyyatları heç ciddi qəbul etməmişəm.  Ona görə də 10 il əvvəl “KVAN”ın redaktəsi ilə bağlı təklif gələndə ürəyimdə demişdim: “Ay aman, bircə qorxduğum başıma gəlməsin!”. Axı oxucunun bir-iki dəfə oxuyub kənara qoyacağı kitabı mən dönə-dönə vərəqləyəcəkdim. Yaxşı ki ürəyimin səsinə qulaq asmadım (gülür). Beləcə, qorxduğumuzun başımıza gəlməsinin heç də hər zaman qorxulu olmadığını anladım. 

“KVAN” göstərdi ki, o, şəxsi inkişaf haqqında kitab deyil. Gecənin istənilən saatında onu narahat edəcəyini düşünmədən vərəqləyə-vərəqləyə dərdləşəcəyin dostundur. Hər hansı bir işə başlayanda tərəddüdlər içində boğularkən sənə uzadılan əldir. Bəzən isə əksinə, hərəkətə keçməyin, özünə inanmağın, qorxularını boğmağın üçün səni hovuza tullayan səbəblərindir. Qorxmadan səsləndirdiyin suallara axtardığın cavablarındır.  

10 il əvvəl Coşqunun həyat hekayələrini oxuya-oxuya dissertasiya işimi tamamlamışdım, ilkin müzakirəmi uğurla başa vurmuşdum, mənim üçün tamamilə yeni bir sahədə – idman marketinqində özümü sınamışdım və nəticədə, 8 illik təcrübə toplamışdım. O zaman “KVAN” mənə çox kömək olmuşdu.

Bəs indi, 10 il sonra 38 yaşlı Nərminin vərəqlədiyi “KVAN” onun üçün nə ifadə edir? “KVAN”ı redaktə etdiyim il atam tibb işçilərinin sertifikasiya imtahanına hazırlaşırdı. Bir evdə eyni masanı paylaşırdıq; o öz ixtisası ilə bağlı kitabları vərəqləyir, mən isə ucadan oxuya-oxuya redaktə edirdim. Atam elə ciddiyyətlə imtahana hazırlaşırdı ki, ucadan oxumağım belə ona mane olmurdu. Daha doğrusu, məni eşitmədiyini düşünürdüm. Ta ki... Bir dəfə atam başını önündəki kitabdan qaldırıb eynəyinin üstündən gözünü mənə zilləyərək dedi: “Coşqun gərək Azercell-də qalıb işləyərdi, asan deyil e iş tapmaq. Ailəsi də var”. Sən demə, atam mənimlə birlikdə kitabı “vərəqləyirmiş”. 

10 il sonra gözlərimi yumub “KVAN”ı düşünəndə beynimdə yalnız həmin səhnə canlanır: stolun bir küncündə “qızaran” “KVAN”, digər küncündə nəfəsi ilə sol tərəfimi isidən atam... İndi stol öz yerindədir, “KVAN” stolun bir küncündədir. Atam isə... “KVAN” mənim üçün “saudade”dir. Heç vaxt görməyəcəyimi, toxuna bilməyəcəyimi, səsini eşitməyəcəyimi bilə-bilə yenə də çox darıxdığım, həsrətini çəkdiyim, axtardığım, bir gözümdə yaş, bir gözümdə təbəssümlə, ürəyimdə sonsuz sevgi ilə xatırladığım, amma eyni zamanda boğazıma yığılan qəhərin içində boğulduğum qarışıq bir duyğudur... 

O vaxt ağlıma belə gəlməzdi ki, “KVAN” ilə çıxdığım bu yolda Coşqunun 5 kitabının redaktoru olacam. Dantenin “İlahi komediya”sını xatırladan “Alamo 13” (2016), Coşqunun uşaqlıqdan bu yana topladığı xatirələrindən bəhs edən “Ubuntu” (2016), yazıçının müxtəlif mövzularda fərdi yanaşmasının əks olunduğu “Lamartin” (2019) və oxuculara təqdim etdiyi sonuncu kitab... 2016-cı ildə əsgərlikdə başına gələn hadisələrdən, darvazanın o tayı ilə bu tayı arasında qalan filankəsovlardan birinin hekayəsindən bəhs edən – “Filankəsov” (2021). “Alamo 13” kitabının redaktəsi zamanı maraqlı bir hadisə yaşamışdım. Əsəri oxuyanlar bilir ki, müəllif təxəyyülünü işə salaraq real qəhrəmanı Alamo qalasında müxtəlif tarixi şəxsiyyətlərlə görüşdürür, onlar arasında dialoq isə qəhrəmanın növbəti qərarlarına təsir edir. Maraqlıdır ki, kitabı redaktə edərkən ABŞ-də, Texasda idim. Alamo qalasının isə Texasda, San-Antonioda olduğunu biləndə çox təəccüblənmişdim.

Belə... Coşqun, hər dəfə sənin yaradıcılığına yol yoldaşı olmaq, sətirlərində addımlamaq, düşüncələrini vərəqləmək, fikirlərinə toxunmaq sanki yeni bir qəhrəmana birlikdə həyat verib, onun taleyini birlikdə həll edirmişik kimi qəribə bir hissi yaşadır mənə. Bəlkə də, bu hamının axtardığı hissdir – “kvan”dır. Yeni yollarda, yeni kitablarda, yeni hekayələrdə və həyatlarda görüşmək ümidilə... 

 

Digər məqalələr

Oxucuya Məktub

Oxucuya Məktub

  • 38 Baxış
  • 29.05.2026
  • 3 dəq oxuma
Təbii ki, 50 yaş daha cəzbedici görünür. Amma 14 yaşında yazan Tolstoy mənim üçün daha dəyərlidir. İnsan qocalanda cəsarətli olmur. İnsan qocaldıqca ö ...
Hər kəs
Daha çox
Acaruli Kafesi

Acaruli Kafesi

  • 61 Baxış
  • 27.05.2026
  • 3 dəq oxuma
Necəsə olmuşdu ki, Rəcəblidən Nərimanova kimi sürətlə getmək fikrimi yarıda qoyub bu hissəyə sığınmışdım. 6-cı hissim məni fəlakətdən xilas etmişdi. M ...
Hər kəs
Daha çox
kofe.al

Biz hər zaman istedadlı və yaradıcı insanların axtarışındayıq. Özünüzü tanıtmaqdan çəkinməyin!

Xüsusiyyətlər
  • Dəstək
  • Abunəlik
  • Mağaza
  • QR kodlar
  • Patreon Alternativi
İnteqrasiyalar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Haqqımızda
  • Qaydalar
  • Məxfilik

Copyright © 2026 BONPARA layihəsi. Bütün hüquqlar qorunur.