Kofe Al
  • Üzvlərimiz
  • Bloq
  • FAQ
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
  • Daxil ol Qeydiyyat
Kofe Al
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский

Sevdiyin işlə məşğul ol, izləyicilərindən dəstək qazan!

  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
    • Üzvlərimiz
    • Bloq
    • FAQ
Daxil ol Qeydiyyat
Bizi izləyin
Coşqun Kərimov
  • Mükəmməl Günlər Haqqında
    Coşqun Kərimov
  • 849 Baxış
  • 18.05.2024
  • 1 dəq oxuma

Mükəmməl Günlər Haqqında

Hekayə bizə bir-birinə yad olmuş insanları göstərir. Hər bir insanın uzaqda, ayrılıqda, öz içində və yerin dibində xilas axtardığını görürük.

Mükəmməl Günlər Haqqında

"Mükəmməl günlər necə keçməlidir?"

Hərəmizin bir cavabı var. Hirayama adlı personaj da öz cavabını axtarır. Tokyonun tualetlərini təmizləyən bu kişi stoik kimi yaşayır amma musiqisindən, kitabından, ağaclarından, isti hamamımdan qalmır. Az danışır. Çox işləyir və oyanan kimi ayağa durur. Gündəlik həyatını çarx kimi izləyirik. Qarşısına çıxan insanlar onun daxili dünyasını bizim üçün açmış olur. Kaset musiqi seçimi və onun üz ifadələri çox gözəl seçilib. Hirayama dünyanın içində öz dünyasını yaratmağa nail olub.

Yazılarımdan birində tualet təmizləyən xanıma gizli şəkildə məktub yazan biri haqqında yazmışdım. Bu hekayədə Hirayama və naməlum biri sıra ilə "krestik-nolik" oynayır.

Hekayə bizə bir-birinə yad olmuş insanları göstərir. Hər bir insanın uzaqda, ayrılıqda, öz içində və yerin dibində xilas axtardığını görürük.

Filmdə olan sakitlik və hüzur paxıllıq hissi yaşadır. Onu qınamaq istəyirsən. Axı bu qədər mürəkkəb bir həyatda necə belə bir oazis yaradıb? Sonra da görürsən ki, tənhadır.

Başqa insanlarla alınmır. Eyni zamanda başqa insanlar olmadan da dadı olmur.

Səbri olanlar baxa bilər. Səbri olmayanlar üçün yaxşı trenajordur.

Musiqilər isə ayrı bir mövzudur. Sonuncu musiqi isə Hirayamanın üzüylə vəhdət təşkil edir.

Anlayırsan ki, mükəmməl günün içində acı da var, ağrı da var, sakitlik də, sülh də, sevinc də, həsrət də, sevgi də, qayğı da, həvəs də, hirs də, biganəlik də, həmrəylik də...sonda hamı həmin günəşi görmək istəyir.

Günəş isə beton şəhərdən uzaqdadır.

Digər məqalələr

Sözlərin İziylə Gedənlər

Sözlərin İziylə Gedənlər

  • 51 Baxış
  • 30.06.2026
  • 2 dəq oxuma
Bəzən bir insanın bütün həyatı bir neçə cümlənin içində gizlənir. Son 10 il ərzində qarşıma çıxan insanlardan, şahidi olduğum talelərdən, verdiyim tə ...
Hər kəs
Daha çox
Altıncı Yuxu - Bütün Kişilərin Arzusu

Altıncı Yuxu - Bütün Kişilərin

  • 58 Baxış
  • 28.06.2026
  • 11 dəq oxuma
“Ağıllı qadın öpür, amma sevmir, qulaq asır, amma inanmır, tərk edilməzdən öncə özü tərk edir”. (Merilin Monro) ...
Hər kəs
Daha çox

© 2026 BONPARA MMC. Bütün hüquqlar qorunur.

  • Haqqımızda
  • Qaydalar
  • Məxfilik