Kofe Al
  • Üzvlərimiz
  • Bloq
  • FAQ
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
  • Daxil ol Qeydiyyat
Kofe Al
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский

Sevdiyin işlə məşğul ol, izləyicilərindən dəstək qazan!

  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
    • Üzvlərimiz
    • Bloq
    • FAQ
Daxil ol Qeydiyyat
Bizi izləyin
Coşqun Kərimov
  • Kassir Qadının Hekayəsi
    Coşqun Kərimov
  • 22 Baxış
  • 14.07.2025
  • 3 dəq oxuma

Kassir Qadının Hekayəsi

Personajlar necə yaranır? Kassada dayanan bir qadın sizin kitabın baş qəhrəmanı ola bilər. Bunun baş tutması üçün onun sadəcə "Dayanın qəbzinizi verim!" deməsi kifayətdir.

Kassir Qadının Hekayəsi

“Dayanın qəbzinizi verim!” 

Səmayə özünü tanıya bilmirdi. Müştərisinə bu qədər ucadan səslənə biləcəyinə çaşdı. Əslində onun qəbz vermək kimi bir vərdişi yox idi. Hətta bəzi müştərilərini bacardıqca tez yola salmağa çalışırdı. Əsas da ancaq siqaret və enerji içkisi alanlar onu bezdirmişdi. Hər biri onunla danışmaq istəyirdi. Yersiz zarafatlar və atmacalar onu sıxırdı. Bir də çantasının içindən pul çıxarmağa çalışanlar olurdu. Onlar okean dərinliklərində Titanik qalıqlarını axtaran kimi axtarıb həmin pulu tapmağa cəhd edirdi. Səmayəni maaşı da həyatı kimi kiçik və tez əriyən idi. Günü səhər tezdən başlayır və axşam 8-ə kimi davam edirdi. Gəlib-gedən müştərilərin bir çoxunu əzbərə tanıyır və hətta onların alacağı şeyləri onların özündən daha yaxşı tanıyırdı. 

“Dayanın qəbzinizi verim!”

Cavid bəy (əraziyə yenicə köçmüş müştəri) qayıdıb əlini Səmayənin tutduğu qəbzə uzadır. Səmayənin barmaqları Cavid bəyin barmaqlarına dəyən kimi onun bədəninə xoş bir hərarət gəlir. Barmaqları daha uzun müddət belə bir vəziyyətdə saxlamaq istəyi onu tərk etmir. İstək düşüncələr toplusuna çevrilir. 

Bura marketdir və müştərinin öz həyatı var. Gedənin arxasınca baxarkən Səmayə qəribə bir şəkildə darıxmağa, eyni zamanda sabah olacaq növbəti görüşün həyəcanını yaşamağa başlayır. O, əmindir ki, Cavid bəy adət etdiyi kimi gəlib 1 paçka Cənnət sosiskasını, yarım kilo Pepe kolbasasını, Yurdum qaymaq və şorunun plastik stəkana yığılmış versiyasını, pişik yemini və iki uşağı üçün ayran alacaq. Və ya ancaq dilimli çörəklə salfet alıb çıxıb gedəcək. 

Səmayənin dili dinc dura bilmədiyi üçün həmin anda “nəsə bugün həmişə etdiyiniz alış-verişi etməmisiniz” deyəcək. 

Özünü saxlaya bilməməsinin dərin səbəbləri olan və səbəblərdən xəbərdar olmayan kassır qadın getdikcə dəyişməyə başlayır. Gün keçdikcə saçlarını daha daranmış və səliqəli edir. Xüsusi ətir vurur. Həmişə adət etdiyi kimi 3 dəfə sıxmaq əvəzinə 2 əlavə kontrol sıxışı edir. Bir də əllərini daha da baxımlı və yumşaq edir. Çünki onun əllərinə təmas etmək bəlkə də gününün ən gözəl anıdır. Səmayə bu qədər dəyişdiyini bilməyir. İşçi yoldaşları onu məsxərəyə qoyur “köhnə Səmayə haradadır” deyirlər. 

Cavid bəy onun diqqətini daha da artan templə hiss etməyə başlayır. Kampaniyalar haqqında məlumat, bonus kartını məsləhət görməklər bəlkə də Səmayənin vəzifə borcu idi. Amma kateqorik şəkildə bu kampaniyalarla maraqlanmayan və ya bonus kartı istəməyən Cavid bəy onlar barəsində yenidən eşitməli olur. Cavid bəy anlamır ki, qadın onunla daha çox danışmaq istəyir.

Qəbzi alandan sonra Səmayəyə baxmadan, onun təbəssüm və baxışlarına cavab vermədən oranı tərk edir. Amma Səmayə də, mən də , siz də bilirsiniz ki… 

Digər məqalələr

KVAN yaşamaq istəyən sürücü

KVAN yaşamaq istəyən sürücü

  • 35 Baxış
  • 18.07.2025
  • 4 dəq oxuma
F1 filmi barəsində düşüncələrimi paylaşmaq istədim. So ...
Hər kəs
Daha çox
İstəyən Edir, İstəməyən Gedir

İstəyən Edir, İstəməyən Gedir

  • 19 Baxış
  • 16.07.2025
  • 2 dəq oxuma
Dünyaca məşhur Brayan Treysidən kitabım üçün rəyi necə aldım? ...
Hər kəs
Daha çox
kofe.al

Biz hər zaman istedadlı və yaradıcı insanların axtarışındayıq. Özünüzü tanıtmaqdan çəkinməyin!

Xüsusiyyətlər
  • Destek
  • Abunəlik
  • Mağaza
  • QR kodlar
  • Patreon Alternativi
İnteqrasiyalar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Haqqımızda
  • Qaydalar
  • Məxfilik

Copyright © 2025 BONPARA layihəsi. Bütün hüquqlar qorunur.