Kofe Al
  • Üzvlərimiz
  • Bloq
  • FAQ
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
  • Daxil ol Qeydiyyat
Kofe Al
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский

Sevdiyin işlə məşğul ol, izləyicilərindən dəstək qazan!

  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
    • Üzvlərimiz
    • Bloq
    • FAQ
Daxil ol Qeydiyyat
Bizi izləyin
Coşqun Kərimov
  • İstəyən Edir, İstəməyən Gedir
    Coşqun Kərimov
  • 55 Baxış
  • 16.07.2025
  • 2 dəq oxuma

İstəyən Edir, İstəməyən Gedir

Dünyaca məşhur Brayan Treysidən kitabım üçün rəyi necə aldım?

İstəyən Edir, İstəməyən Gedir

"Həqiqətən istəyən edir." Bir yolunu tapır və ya həmin yol tapılana kimi aktiv şəkildə hərəkət edir. Hələ KVAN çap edilməmişdi və mən bu işə böyük başlamaq istəyirdim. Düşünürdüm ki, 2014cu ildə şəxsən görüşdüyüm və "Səninlə birgə mütləq nəsə edək" deyən Brayan Treysinin cümlələrini reallığa çevirim. Mən ona kitaba rəy verməsi üçün təklif email-i yazanda 2015-ci il idi. Brayan dünya turuna çıxmışdı. Mən isə Memarda oturub əlyazmanın üstündə əlləşirdim. Düşündüm ki, ona yazım və Azərbaycan insanı üçün böyük bir stimul yaradacaq addım ataq. Asan olmadı. İlk emaillarıma reaksiya gəlmədi. Bu hissədə onun sözləri yadıma düşdü. Mənə gələn emailları silirəm. Əgər həqiqətən vacibdirsə adamlar yenidən göndərir. Düşündüm ki, Santa Barbaranın vaxtıyla səhər və axşam ona məktub göndərim. Assistenti Mişel yazdı ki, Coşqun sənin məktubları almışıq. Brayan turda qayıdan zaman kitabının ilk 3 fəslini oxumaq və qərar vermək istəyir. Elə də oldu. Ondan gələn mesaja olan reaksiyamı bir özüm bir də Allah gördü. Maraqlıdır amma bucür işlərdə sadə qayda var. "Alınmasa nə itirirəm? Alınsa nə qazanıram?" Qayda hər dəfə böyük bir iş çevirmək istəyən zaman bu iki sualı soruşmaqdır. Hər gün 5 dəqiqəmi sərf edib o emailləri göndərmək mənim çəkimi azaltmadı. Amma əvəzində illərlə kitabın üstündə olan həmin rəyi oxudular:"Bu kitab sizi daha böyük hədəflər təyin etməyə, maneələri dəf etməyə və mümkün olmadığını düşündüyünüz nailiyyətləri əldə etməyə ruhlandıracaq."Satı təlimlərini və kitablarını bir sözlə ifadə etsəydim belə deyərdim:"Həqiqətən istəyən edir, istəməyən isə mütləq bir bəhanə tapır."Qeyd: Ondan aldığım bu vizit kartı isə mənim fəalliyətimi yaxından izləyən oxuculardan birinə tərəfimdən hədiyyə edilib. Teleqram kanalım isə budur:https://lnkd.in/eehPe8NM

Digər məqalələr

Bizim Müsibət Payımız Nədir?

Bizim Müsibət Payımız Nədir?

  • 118 Baxış
  • 18.08.2025
  • 6 dəq oxuma
Pis şeylər nə üçün baş verir və bu olmasın deyə nə edə bilərik? Mark Tven nə üçün İstanbulda çiy köfte satmağa başlayır? ...
Hər kəs
Daha çox
Həqiqət və Arzu

Həqiqət və Arzu

  • 26 Baxış
  • 16.08.2025
  • 8 dəq oxuma
Vaxtıyla belə bir roman yazmaq istəyirdim. Bir insanın həyatında olan iki qadın haqqında idi. Bir qadın həqiqi dünyanı digər qadın isə arzu olunan dün ...
Hər kəs
Daha çox
kofe.al

Biz hər zaman istedadlı və yaradıcı insanların axtarışındayıq. Özünüzü tanıtmaqdan çəkinməyin!

Xüsusiyyətlər
  • Destek
  • Abunəlik
  • Mağaza
  • QR kodlar
  • Patreon Alternativi
İnteqrasiyalar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Haqqımızda
  • Qaydalar
  • Məxfilik

Copyright © 2025 BONPARA layihəsi. Bütün hüquqlar qorunur.