İnsan Tipləri haqqında 20 fikir1. Ünsiyyət zamanı yaşadığımız konfliktin kökündə fərqlərimizin olduğunu dərk edə bilməmək dayanır. Bizim eqolar maşın mühərriki kimi 24/7 dayanmadan bir X-i istəyir. Başqaları həmin X-i verməyən zaman və ya onun tərsinə gedəndə dağılırıq. (Əsəb, gərginlik və ya xəstəlik deyək.) 2. Özünüdərk üçün onlarla alət və test var. (DİSC, Mayers-Bricks, Enneaqram, Belbin, Human Design və daha nələr. Mütləq şəkildə araşdırıb baxın. 3. Dərslərimdə, təlimlərimdə, iş mühitində müşahidə etdiyim insan tiplərini paylaşıram. Bunları Çin və Hind mədəniyyətlərində təsnif ediblər. Mən loru dildə edəcəyəm. 4. MƏN insanları. Bu insanlar üçün dünya MƏN sözündən ibarətdir və o MƏNİ reallaşdırmaq missiyası ilə yaşayırlar. Onlara nəsə öyrətmək mənasızdır. Özləri yolunu bilir və yolunu tapır. Amma çox dirəşən, vuruşan və debatlaşan tiplərdir. Güclü enerjiləri və səhnə sevgiləri var. Onlar lider, öndər və insanlara rəhbər olmaq üçün gəliblər. Uşaqlıqdan komandir kimi olurlar və ya hara getsələr parlayırlar. 5. NİYƏ insanları. Bu insanların həyatı bu sualdan ibarətdir. Onlar daim soruşur və sorğulayır. Buna görə də hər şeyi mürəkkəbləşdirmiş olurlar. Onlar üçün insan və münasibətlər çox böyük əhəmiyyət daşıyır. Məhz buna görə də ən böyük problemləri məhz insanlardan və münasibətlərdən yaranır. Onların empatiya şkalası yüksəkdir və başqasını görə, hiss edə və ya dərindən anlaya bilirlər. Konsert, kamp və ya təlim fərq etmir bu insanlar üçün başqa insanlarla olmaq daim yaxşıdır və vacibdir. Amma gec-tez özlərini psixoloji kitabları oxuyarkən tapırlar. Bəzən anlamağa çalışmaq əvəzinə qəbul etmək kifayətdir. 6. BİLİRƏM insanları. Elə insanlar var ki, çox ağıllıdır və bu onları geriyə salır. Hamıdan çox bilsələr belə həyatlarında çox çətin anlar yaşayırlar. Onlar üçün dünya Ədalətsiz bir yerdir. Onlardan soruşsan onların bildiyinin 10%-ni bilməyənlər daha uğurludur və dünyanın hər yerində at oynadırlar. Bu bilənlər isə divanda oturub növbəti videoya baxıb ağır köks ötürürlər. Bilmək yaxşıdır əgər bilənin özünə və ətrafına fayda verirsə. Bəzən bilmək əvəzinə inanmaq da lazımdır. Cəsarət rəis, cəsarət. Cahil cəsarəti deyirlər. 7. Vəzir insanlar. Bu şirkətlərdə və cəmiyyətlərdə idarəçilər var. Eyni zamanda kölgədə qalmağı sevən, bacaran kəslər olur. Vəzirlər hədəf insanlarıdır. Onlar üçün hərkəs resursdur və hərkəs onlara nə zamansa lazım olacaq. Hədəfləri bitmir. Everestə çıxır və dərhal növbəti yüksəkliyi axtarır. Ay bacı, ay qardaş arada nəfəs al və camaata az balıq ver. Arada balıq tutmağı da öyrət. Bir də içində olan dürüstlük düyməsini arada söndür. Harada və necə gəldi ürəyindən keçənləri demək məqsədəuyğun deyil. Başına çox iş açırsan. Bəli, sənin həyatın krizis və problem sözlərindən ibarətdir. Sən bu iki söz olmasa mənliyini itirirsən. Adətən bu ikisini elə özün yaradırsan. Yenilik bunu tələb edir. Arada çay iç. Soyutmadan iç. 8. İş adamları. Bu adamlar üçün AZADLIQ sözü prioritetdir. Amma problem də odur ki, əksəriyyətinin üstündə müdir var. Bu müdirlər də bu tiplərdən çəkinir. Aralarında qara buludlar var. Bu adamların beynində alqoritmik dünya var və onlar addımları düzgün şəkildə hesablaya bilir. Ünsiyyət və satış bacarığı elə bil anadan verilən kodlarıdır. Amma bir dənə dirəşməsinlər. Arada oturub Cim Kerrinin YES filminə baxsınlar. Beyinlərindən ibarətdirlər. Halbuki insanın bədəni də var. Onlara layihə verin və kənara çəkilin. Amma insanlarla insan kimi rəftarı da öyrənsinlər. Arada hal-xətir soruşsunlar. Düzələcək. Bir də az məşq etsinlər. Çıxış varsa 50 dəfə məşq etməsinlər. Onsuz da öz bildiklərini edəcəklər. :)9. Rahatlıq insanları. Həyatında rahatlıq axtaran bu insanlar üçün kreslo, iri maşın, yaxşı geyim və təmiz hava sadəcə söz yığını deyil. Onlar üçün bədənləri və mədələri çox böyük əhəmiyyət daşıyır. Hər şeydən həzz ala bilirlər və dünyaya kayf üçün gəliblər. Sevgi və ailə üçün gəliblər. Amma limitin nə olduğunu və iş bitirməyi öyrənmək onlara lazım olan dərmandır. Bu insanları demək olarki hamı sevir amma yoldaşları məsuliyyətsizlikdən şikayət edə bilər. Kreativ, lyuks, ətirlər və ömürlük ziyafətlər. Salamatı elə turizm, zinyət əşyaları və ya restoran biznesinə girməkdir. Bu insanlar çox gözəl olur və bəzənməyi bacarır. Onlar stilin ata və analarıdır. Qaldı disiplinin ata və anası olmaq. 10. Varoluş insanları. Bu insanlar ömürlük dərviş və səyyahdır. Onlar araşdırmacı alimdir. Onlar üçün kitablar və ya nəzəriyyə boş şeylərdir. Onlar üçün kəşflər və real təcrübə var. Onlar üçün uzun yollar, dağlar, daşlar, müxtəlif mədəniyyətlər, sənət və şamanlar var. Onlar üçün daim hərəkət var. İmkanları olsa Everestə ayaqyalın çıxarlar. Təqdimata gələndə bir gün super bir gün isə "bu kimdir" səviyyəsində danışırlar. Atlar və itlər onları çox qəribə şəkildə sevir. Bədən və enerji qardaşları-bacıları kimidirlər. Dahidirlər amma başqa planetdən gəldikləri üçün ünsiyyətlərin xaotiklik çoxdur. 11. Pul və kontrol insanları. Bu insanlar pulu, uğuru iyindən tanıyır. İstəyirlər ki, aylıq 10-15 min dollar avtomatda gəlsin özləri də Monako-da dincəlsinlər. Amma ömürləri elə hey iş masası arxasında və ya istehsalatda keçir. İş görməsələr dünyaları dağılır. Keyfiyyət müfəttişidirlər. Onlar üçün keyfiyyət bir dindir. Sizə bunu hiss etdirəcəklər. Uğurlu və uğursuz insanlar kateqoriyaları var. "-suz" kateqoriyasına düşdün sənin eşşəyin öldü. Onların yanında sadəcə oturmaq biraz çətindir. Mütləq nəsə etmək lazımdır. Son günlərində belə çadırda oturanlara nəsə elətdirib sonra vəda edəcəklər. :) 12. Cəngavərlər. Bu insanlar dünyaya performans üçün gəliblər. Mühəndis və cərrah kimi iş bitirə bilirlər. Amma daxili dünyalarında türk serialı gedir. Gazinoya gəlib rakı sifariş ediblər və içəcəklər. Niyə? Çünki filankəs onlara nəyisə birtəhər deyib və ya edib. İnsan və münasibətlər bu adamları da yaman dağıdır. Kruq adamlarıdır. Kruqu super oldu uçdu olmadı yolun kənarında olan uçuruma düşdü. Adamlar universaldır amma özlərini tapa bilmirlər. Hərşeyi yaxşı bacaran insanlar üçün həmin işi tapmaq çox çətindir. Onlar üçün böyük işlər görmək çörək almaq kimidir amma qədirlərini bilənə. Bədənləri hormonlarla və enerjiylə doludur və bu enerji necəsə çıxmalıdır. Cəngavər başqalarını xilas etməyi sevir və bacarır amma bəzən diqqətlə baxsan özünü xilas edən lazımdır. İnsanlara faydalı olmaq üçün bəzən fasilə etsəniz yaxşıdır. 13. Bunları niyə yazıram. Çünki, hər gün bu insanları və onların mexanikasını görürəm. Əsas da başqalarıyla ünsiyyət qurmaq yolları maraqlı gəlir. Maraqlıdır siz oxuyan zaman hansı tip "elə bu mənəm ki" dedizdirdi?14. Yaxşı indi nə edək? Biz ona görə fərqliyik ki dünyaya fərqli dəyərlər qataq. Hər bir insan konkret bir X-i öyrətmək və ya göstərmək üçün gəlib. 15. Filankəs sizi niyə qıcıqlandırır?Bu sualı dərindən analiz edin. Baxın görün sizi kimi qıcıqlandırır və bu adamdan nəyi öyrənməlisiniz? Çünki öyrənmədikcə eqonuza ağır gələcək. 16. Sizin hekayəniz unikaldır. Bəli, sizin bura qədər gəlib çıxma yolunuz sırf sizə məxsusdur amma yenə də görürsünüz ki, kateqoriyalardan birinə rahatlıqla düşürsünüz. Ağır səslənsə də biz fərqli yolları ona görə gedirik ki, eyni yerə çataq. Bunu da "Tanrının Yumor Hissi" kimi qəbul edin. 17. Biraz fasilə edin bu qədər oxumaq və özünü dərk etməyə çalışmaq ziyandır. :) 18. İnsan tipləri haqqında maraqlı kitablardan biri də Eriksonun "Surrounded by İdiots" kitabıdır. Orada 4 rəngdən bəhs edir. Bizim daxilimizdə 4 rəng çaları var və onlardan birinin şkalası yüksəkdir deyə temperamentimizə təsir edir. 19. Bu qədər testlər və alətlər bizə demək istəyir ki, biz insanlar 3 qəbiləni təmsil edirik. 1. İdeya qəbiləsi2. İcra qəbiləsi3. İnsan qəbiləsiBütün alətlərin məğzi bizə bu qəbilələrdən birində özümüzü reallaşdırmaq üçün vasitəçi olmaqdır. 20. Qısa yazsam insan tipdir. Tərsdir. :)