Kofe Al
  • Üzvlərimiz
  • Bloq
  • FAQ
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
  • Daxil ol Qeydiyyat
Kofe Al
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский

Sevdiyin işlə məşğul ol, izləyicilərindən dəstək qazan!

  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
    • Üzvlərimiz
    • Bloq
    • FAQ
Daxil ol Qeydiyyat
Bizi izləyin
Coşqun Kərimov
  • İlk Futbol Forması
    Coşqun Kərimov
  • 3 Baxış
  • 15.04.2026
  • 4 dəq oxuma

İlk Futbol Forması

Sizin ilk futbol forması hansı komandaya məxsus olub? Kimin adını geyinmisiniz?

İlk Futbol Forması

Futbol Forması 

Oyun bitdi. Oğlum bir şey demədən digər otağa keçdi. Onun ıçqırıq səsləri gəlməyə başladı. Pəncərədən kənara baxaraq ağlayırdı. Həyatın nə qədər ədalətsiz olduğunu öyrənən növbəti oğlan uşağına çevrilmişdi. 

Eyni halları 1998-ci ildə Braziliya-Fransa oyununda yaşayan atası onun halını çox gözəl anlayırdı. Həmin gecə atası otaqda yatanlar oyanmasın deyə içində ağlayırdı. İndi düşünürəm ki, mənim atam da bunu edib. Yəqin ki, babam da belə bir göz yaşı töküb. 

Bu futbol dərsi çox ağırdır. Sən oynayırsan amma digər komanda qalib gəlir. Dünyanın bugün olan vəziyyətinin qısa məzmunu da belədir. 99% əhali işləyir amma 1% əhali qazanır. Yazıçı olursan. Yazırsan və səndən başqa hamı qazanır. Bir sözlə bu ədalətsizlik mexanizmi o qədər qədimi və möhkəmdir ki, onu sındırmaq mümkün deyil. Cəmiyyət də bu mümkünsüzlüyü qəbullanaraq dığırlanır. Axı bircə Bil Geyts xoşbəxt ola bilsin deyə milyonlarla fermer əziyyət çəkməlidir. Və ya bir neçə idarəçi sevinsin deyə minlərlə insan tələf edilməlidir. 

Ədalət sözünü eşidəndə ürəyim bulanır. Necə də hörmətsiz bir sözə çevrilib. Sanki kimsə acıq vermək və ya bizimlə məzələnmək üçün belə bir söz ərsəyə gətirib. 

Oğlumla biraz danışıb onu sakitləşdirməyə çalışdım. Su içib yerinə uzandı. 

Sakitlikdə bir qədər oturub ilk geyindiyim futbol formamı yad elədim. Qırmızı və sarı rəngdə idi. Üstündə 1 və 0 rəqəmləri, H, A, G və İ hərfləri yazılmışdı. Həmin 4 hərf mənim üçün bir oyun fəlsəfəsi idi. Həmin oyun fəlsəfəsi daha sonra həyatımın da fəlsəfəsi olacaqdı. Qaçmağa ehtiyac yoxdur elə uzaqdan da vurmaq olar. Düzgün yerdən düz vursan düzələr. Bu formanı geyinən zaman məhəllə meydanımızın ortasından belə rahatlıqla vura bilirdim. Yazıçı olmaq da bu deyilmi?! (İnsanların illərlə deməyə çalışdığını bir cümlə ilə 9-luğa göndərə bilmək.) 

İkinci formam isə alman yığmasına aid idi. Ağ və qara, xəttlərlə olan səliqəli bir forma deyək. İki rəng və sadə gözəllik simvolu idi. Bu formanı sırf estetik görünüşünə görə seçmişdim. Çox səliqəli saxlayırdım. Üstündə əsirdim. Sonra bir gün Alman yığmasının sevdiyim bir komandaya qarşı haqsız hərəkəti məni özümdən çıxardı. Dözə bilməyib şkafıma tərəf qaçıb həmin formanı çıxarıb cırdım. Anam məni belə bir halda görməmişdi. Ədalətsizliklə nə etməli olduğumu öyrənməmişdim. Hələ bilmirdim ki, insan istənilən halda ancaq özünə zülm etmiş olur. Amma sakit də qala bilmirdim. Mütləq bir şey etməli idim. Ondan sonra bir də futbol forması almadım. Basketbol, beysbol formalarım oldu amma əlimi heç bir futbol formasına vurmadım. 

1999-cu ildə hip-hop dünyasının bir parçası oldum və 2004-cü ildə Amerikadan gələn məşhur breakdance komandası HaviKoro mənə öz formalarını verdi. O forma ilə çox başqa bir dövrü qeyd etdim. Həqiqətən də dünyada bir ədalət formasını tapmışdım. Rəqs meydanında hərkəs bərabər idi. Hərkəs nə qədər işləyirdisə o qədər də qalib gələ bilirdi. İstedad və əzm qarşısında hərkəs aciz qalırdı. Ta ki, bu vəziyyət də dəyişənə kimi düşünürdüm ki, breakdance battle-lar dünyası idealdır. Sonradan orada da eyni ədalətsizlik küləkləri əsməyə başladı. Başa düşdüm ki, qulaqlarını tutsan belə səsini eşidəcəyin şeylərə görə üzülmək mənasızdır.

İndi evdə iki uşağımın 10-a yaxın forması var. Qızım Osimeni geyinib oynayır. Oğlum da Messi geyinib top qovur. Onlarla oynayıb uşaqlaşan zaman özümə bir forma istəyirəm. Zlatan deyirəm. Amma oyun bitir və işlər bu fikri unutdurur. 

Kitablarım da futbol formalarına bənzəyir. Hər biri bir oyunçunu təmsil edir. Hər biri müəyyən bir eranın əsəridir. Hər birinin rəqəmi və hərfləri var. Bəzi uşaqlar üçün bu rəqəmlər və hərflər bir məna kəsb edir. 

İlk kitabım da ilk formam kimi 4 hərflidir. K, V, A və N hərfləri bir fəlsəfədir. Düzgün yerdə, düzgün şəkildə etsən alınacaq deyir. Amma düzələcək vədini vermir. Çünki düzəlsə hekayə bitər. 

Digər məqalələr

Hamının Arzuladığı Hissin 10 yaşı oldu!

Hamının Arzuladığı Hissin 10 y

  • 47 Baxış
  • 03.04.2026
  • 1 dəq oxuma
Kitabım özünün 10-cu ilini qeyd edir! KVAN bir mesajdır. "Oyan" siqnalıdır. Həyatını daxilində basdırılmış olan hisslərlə yaşayan nə qədər insan üçün ...
Hər kəs
Daha çox
Qayçılanmış Güllər

Qayçılanmış Güllər

  • 114 Baxış
  • 06.03.2026
  • 7 dəq oxuma
Ən qırmızı olanı, ən ləçəklisi, ən qızılgüləm deyəni seçirdim. Sonra satıcı oğlan bu gülü masaya uzadıb qayçılayırdı. Biraz da deyirdim. Hündürlükdən ...
Hər kəs
Daha çox
kofe.al

Biz hər zaman istedadlı və yaradıcı insanların axtarışındayıq. Özünüzü tanıtmaqdan çəkinməyin!

Xüsusiyyətlər
  • Dəstək
  • Abunəlik
  • Mağaza
  • QR kodlar
  • Patreon Alternativi
İnteqrasiyalar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Haqqımızda
  • Qaydalar
  • Məxfilik

Copyright © 2026 BONPARA layihəsi. Bütün hüquqlar qorunur.