Kofe Al
  • Üzvlərimiz
  • Bloq
  • FAQ
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
  • Daxil ol Qeydiyyat
Kofe Al
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский

Sevdiyin işlə məşğul ol, izləyicilərindən dəstək qazan!

  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
    • Üzvlərimiz
    • Bloq
    • FAQ
Daxil ol Qeydiyyat
Bizi izləyin
Coşqun Kərimov
  • Bir CEO-nun Kitabçası nə deyir?
    Coşqun Kərimov
  • 17 Baxış
  • 09.11.2025
  • 3 dəq oxuma

Bir CEO-nun Kitabçası nə deyir?

Dünyanın ən çox baxılan podcastlarından birini aparan Stiven Bartlett nəhayət ki, saatlarla dinlədiyi insanların ötürdüyü hikməyi qablaşdırıb bizə təqdim etdi. 33 qayda ilə tanış ola bilərsiniz. Sizə yaxın olan qaydalar bir ömürlük xəritənizdir.

Bir CEO-nun Kitabçası nə deyir?
33 Qaydası olan kitabça nədən bəhs edir?

Podcast deyəndə ağlıma Stiven gəlir onun əvvəl minlərlə, indi də milyonlarla izlənən vaxtından dəyişməyən bir şey, "qubka" kimi dinləyə bilməsi və sualı nə zaman verməli olduğunu hiss edə bilməsidir. Dünən onun kitabını almışdım. İlk səhifəsində o da qeyd etdi ki, izahat sadə olmalıdır. Kitabda qonaqlardan və təcrübələrindən öyrəndiyi 33 qanunu bölüşür:  

1. Həyatın sənin üzərində deyil, sənin tərəfindən baş verir. Narrativi özün yarat. 

2. İnsanlar sənə dediklərinə görə yox, dözdüyünə görə necə davranmalı olduqlarını öyrənirlər. 

3. Enerji diqqətin getdiyi yerə axır — diqqətini daralt, nəticəni böyüt. 

4. Böyük nəticələr böyük sıçrayışlarla deyil, ardıcıl olan kiçik addımlarla yaranır. 

5. Şəxsi inkişaf uyğun olmayan mühitdə mümkün deyil. 

6. Keçmişindən qaçma; onu qəbul et, adını de və ona sahib çıx. 

7. Reaksiya verməzdən əvvəl nəfəs al — emosiyasını idarə etməyən öz həyatını idarə edə bilmir. 

8. Real azadlıq intizama tabelikdən yaranır, özbaşınalıqdan yox. 

9. Xırda vərdişlər uzunmüddətli hekayənin gizli memarlarıdır. 

10. Rahatsız olsa belə, həqiqət sənin ən dəyərli alətindir. 

11. Bəzi şeyləri itirmək yerdəyişmə deyil, yüksəlişdir. 

12. Hər “bəli”nin bir gizli “özünə yox” olduğunu unutma. 

13. Motivasiya səni başlada bilər, mənalı missiya isə səni dayanmadan aparır. 

14. Nəticə səni kor edirsə, ambisiya sağlam deyil. 

15. Nə etdiyin kim olduğunun təzahürüdür. Kimliyi dəyişmədən davranış dəyişmir. 

16. İnsan son məhsul deyil — davamlı təkmilləşən layihədir. 

17. Hər gün 1% irəliləyiş illər sonra səni fərqli bir kainata aparır. 

18. Həll edilməmiş duyğular gələcək münasibətlərin üstündə faizlə böyüyən borclara çevrilir. 

19. Dərs alınmayan travmalar həyatında təkrarlanan nümunələr yaradır. 

20. Sərhədlər sevginin yox, özünə hörmətin göstəricisidir. 

21. Hər qələbə səs-küylə qazanılmaz — sakitlik ən güclü dominantlıq formasıdır. 

22. Mükafat görən davranış təkrar edilməyə meyillidir. 

23. Həqiqi güvən ədalətli, aydın və dürüst kommunikasiya tələb edir. 

24. Tənqid hücum deyil; yaxşı kalibrlənmiş tənqid güc mənbəyidir. 

25. Qorxuların əksəriyyəti reallıqdan deyil, səhnələşdirilmiş təsəvvürdən yaranır. 

26. Daha çox resurs yox, daha ağıllı bölüşdürülmüş resurs qələbə gətirir. 

27. Hər məsələ vaxt problemi deyil — enerji problemidir. 

28. Ən çox çətinlik hiss etdiyin məqam inkişafın sərhəd zolağında yaranır.  

29. Daxili elastiklik xarici xaosa qalib gəlir. 

30. Özünə qarşı birmənalı dürüstlük həyatının bütün sistemlərini kalibrasiya edir. 

31. Ətrafındakı insanlar sənin gələcəyinin inşaatçısıdır — komandanı ağıllı seç. 

32. Bir qərar həyatında gözlənilməz domino effekti yarada bilər. 

33. Ən sonda iz qoyan qazanc yox, təsirdir — hər gün mirasını yazırsan.Mən 3, 6, 9, 17 və 33-ü özümə çox doğma bilirəm.

Digər məqalələr

Qırmızı Günəşin Ölkəsi

Qırmızı Günəşin Ölkəsi

  • 76 Baxış
  • 09.10.2025
  • 1 dəq oxuma
Əgər mən bu həyata yenidən gəlsəydim, körpə gözlərimi məhz orada açardım. Hətta iddia edə bilərəm ki, daha öncə yaşadığım paralel bir dünyanın tarixin ...
Hər kəs
Daha çox
Bir salatın hekayəsi

Bir salatın hekayəsi

  • 250 Baxış
  • 02.09.2025
  • 6 dəq oxuma
Bəzən istədiyimiz kimi başlaya bilmirik. Düşünürük ki, şansımız əldən getdi. Amma həyat surpriz hadisələr, insanlar və şanslarla doludur. 23 illik yaş ...
Hər kəs
Daha çox
kofe.al

Biz hər zaman istedadlı və yaradıcı insanların axtarışındayıq. Özünüzü tanıtmaqdan çəkinməyin!

Xüsusiyyətlər
  • Destek
  • Abunəlik
  • Mağaza
  • QR kodlar
  • Patreon Alternativi
İnteqrasiyalar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Haqqımızda
  • Qaydalar
  • Məxfilik

Copyright © 2025 BONPARA layihəsi. Bütün hüquqlar qorunur.