İngilis dilini necə öyrənmək olar?
İngilis dili (ing. English, English language) — Hind-Avropa dillərinin german dillərinə aiddir. Doğma dil kimi 410 milyon insan daşıyıcısıdır. İkinci dil kimi 1 milyard insan danışır (2007). (Wikipedia)
İlk olaraq, bunu başa düşmək lazımdır ki, hər bir insan üçün ingilis dilini öyrənməkdə fərqli metodlar vardır. Yəni bir şəxs bu dili filmlər izləyərək öyrənərkən, digər bir şəxs isə bu dili kurslara gedərək öyrənə bilər. Bu hər bir fərdin mövzunu tez/gec dərketmə qabiliyyətindən, səy göstərməsindən, əzmindən və hər gün dissiplinli bir şəkildə dil öyrənmək üçün kiçik belə olsa bir şey etməsindən asılıdır.
"Language is the road map of a culture. It tells you where its people come from and where they are going." Rita Mae Brown
Ümumiyyətlə, dörd illik universitet həyatımın 1-ci kursundan etibarən bu günə kimi hesablayacaq olsaq, 6 ildir ki, bu dil mənim həyatımdadır və demək olar ki, hər yerdə bu dil mənim işimə yaramışdır. İstər iş həyatımda, istərsə də şəxsi həyatımda bu günə qədər ingilis dilinin mənə verdiyi faydanı çoxluğu səbəbilə saymağa belə dəyməz deyə düşünürəm (Təbii ki, həyatımda necə işə yaradığını bilmək və ya maraqlanmaq istəsəniz, istədiyiniz zaman mənimlə LinkedIn vasitəsilə əlaqəyə keçə bilərsiniz).
Mənim metodum:
Bu metodu əslində, universitetin üçüncü kursunun sonlarında, pandemiyanın başladığı vaxtlarda kəşf etdim və demək olar ki, bu gün səlis, qorxmadan asanlıqla istədiyim şəxslə ünsiyyətə girə bilməyimin səbəbi deyə bilərəm ki, bu metoddur. Amma yuxarıda da qeyd etdiyim kimi, bu metodu hərkəs sevməyə bilər, bu metod bəlkə də hərkəsdə işə yaramaya bilər, çünki hər bir insanın özünün öyrənmə bacarığı, öyrənmə sürəti mövcuddur. Buna görə də istəsəniz, aşağıda yazacağım metodu ingilis dilini və ya hər hansı başqa bir xarici dili öyrənmək üçün cəhd edə və işə yarayıb-yaramadığını öyrənə bilərsiniz. Onu da demək istəyirəm ki, cəhd edənlərin bir çoxunda (dost və yaxınlara bu metodu tövsiyyə edirəm) bu metod effektiv bir şəkildə işə yaramışdır.
Shadowing technique (Kölgələmə taktikası)
İngilis dilində ümumilikdə iki müxtəlif kursa və müxtəlif online kurslara qatılmışam, bu kurslardan əldə etdiyim təcrübələrə əsasən deyə bilərəm ki, kursların əksəriyyəti orta səviyyə xarici dil biliyi olan insanlara belə qrammatikanı ingilis dilinin əvəzedilməz bir hissəsi kimi izah etməyə çalışır. Mənim fikrimcə, bu həm doğru, həm də yanlış yanaşmadır.
Doğru yanaşmadır, çünki, qrammatika cümlənin strukturunu qurmada, daha mədəni və daha düzgün cümlələr qurmada bizə kömək edir
Yanlış yanaşmadır, çünki orta səviyyəli, qrammatika biliyinə malik və kursa sadəcə danışmaq məqsədi üçün gələn şəxs üçün qrammatika əvəzedilməz deyil.
Bu taktika necə tətbiq olunur?Shadowing (kölgələmə) taktikası da məhz burada bizim köməyimizə gəlir, necə tətbiq etmək sualına isə, aşağıdakı ardıcıllıqla cavabını vermək istərdim:
- Sevdiyiniz bir YouTube kanalı tapırıq - kanalın sevdiyiniz və ya xoşunuza gələn olması ilk başlarda vacibdir, çünki, sevmədiyimiz bir şeyə ilk başlarda oturub baxsaq, bu bir müddət sonra zəncirin qırılmasına və davam etməməyimizə gətirib çıxaracaq;
- Bu kanalın hər hansısa bir videosunu açırıq və altyazını aktiv edirik;
- Videonu başlatdığımız zaman, video ilə eyni tempdə, eyni sürətlə altyazını SƏSLİ OLARAQ təkrarlamağa başlayırıq, məhz buna görə də bu metoda bir çox zaman “papuqay metodu” belə deyirlər;
- Əgər bu metoda yeni başlayan biriyiksə, bəzi zamanlar, hətta ilk başlarda bu metod bizi sıxa bilər, əgər ilk başlarda sıxılırıqsa;
- Videoda hər bir cümlə deyildikdən sonra, videonu saxlamaq və cümlələri təkrarlamaq olar,
- Əgər videodakı YouTuber-in sürətinə çata bilmiriksə, videonun sürətini azalda və özümüzə uyğun sürətə gətirə bilərik.
- İlk başlarda gündəlik hədəf olaraq, 1 video edin, birdən birə 3-4 video etmək, həmçinin zehni cəhətdən yorğunluğa belə səbəb ola bilər.
- Əgər necə tətbiq olunduğunu bilmək istəyirsinizsə, sevdiyim YouTuber olan Hadar Shamesh-in videosuna baxmağınızı tövsiyyə edirəm: (https://hadarshemesh.com/magazine/shadowing-in-english/)
Shadowing, or echoing, is an imitation technique where one is imitating another speaker, or certain aspects or elements of someone else's speech. Shadowing in English is one of the best ways to improve your English speaking skills as it helps improve pronunciation, intonation, and vocabulary.
Kölgələmə (təkrarlama) metodunun faydaları:
Bu metodla gün ərzində bir video tətbiq etməklə;
- CONFIDENCE - Altyazını səsli olaraq, (İÇDƏN YOX, SƏSLİ OLARAQ) təkrarladığımız üçün bizdə başqa insanların yanında danışmaq üçün confidency (rahatlıq, güvən) yaranır və başqa insanların yanında da çəkinmədən, daha cəsur bir şəkildə danışa bilirik. Təkrar edirəm, yenə də təkrar edirəm, bu metodun məqsədi altyazını səsli olaraq, (içdən yox) səsli olaraq təkrar etməkdir.
- READING SPEED - Altyazını hər videoda biz oxuduğumuz zaman, oxuma sürətimiz artır və hər bir yazını biz bir müddət sonra asanlıqla, səhv etmədən oxumağa başlayırıq,
- VOCABULARY SKILLS - Altyazıları oxuduğumuz zaman biz orada bilmədiyimiz sözlərlə qarşılaşırıq və istər-istəməz o sözlərin mənasını bilməyə cəhd göstəririk, bunun üçün bu metod eyni zamanda bizim söz ehtiyatımızın artmasına gətirib çıxarır.
- IMPROVEMENT AND SPEAK EASILY - Bu metoda artıq öyrəşdikdən sonra, özümüzü daha rahat hiss etdiyimiz zaman artıq biraz “leveli” artıra və altyazını bağlayaraq YouTuber-in ağzına baxaraq təqlid edə bilərsiniz, və beləcə siz qarşınızdakı hər hansı bir şəxsi dinlədiyiniz zaman istənilən insanın tələffüzünü (aksent) rahatlıqla anlaya biləcəksiniz.
Son qeydlər:
Qeyd 1: Ümumiyyətlə, ingilis dilini öyrənmə metodları müxtəlifdir, bu mənim tətbiq etdiyim və yaxın ətrafıma və həmçinin məndən maraqlanan şəxslərə məsləhət olaraq verdiyim metoddur və demək olar ki, bir çox şəxsdə işə yarayır, sizdə işə yaramaya bilər təbii ki, bu normal haldır, hər bir insan müxtəlifdir.
Qeyd 2: Əgər bu metod işə yaramasa, yaxın qaradaşım və dostum, ingilis dili üzrə artıq illərdir ki, məşğul olan, bir çox metodlara hakim və ingilis dili üzrə incalcutor olan Ruslan Aslanov ilə əlaqə saxlaya (https://www.linkedin.com/in/ruslanaslanov/) bilərsiniz.
Qeyd 3: İngilis dilində YouTube-da baxmağa və ya abunə olmağa kanal tapa bilmirsinizsə, mənimlə LinkedIn üzərindən əlaqə saxlaya (https://www.linkedin.com/in/farman-mikayilzada/) və özüm hazırladığım 70+ YouTube kanalına baxa və istədiyiniz kanallara abunə ola bilərsiniz.
Bu postu sona kimi oxuduğunuz və dəyərli vaxtınızı ayırdığınız üçün səmimi qəlbimlə sizə təşəkkürümü bildirirəm.
Yazı çox xoşunuza gəldisə, bu yazını paylaşa və ya 1 kofe alaraq mənə dəstək ola bilərsiniz
Növbəti yazılarda görüşənədək!
Sevgilərlə,
Fərman Mikayılzadə