Klaviaturada CTRL qısayolları

🚀 Kompüter istifadəçiləri üçün vaxta qənaət edən Ctrl qısayolları:


800 baxış
25.07.2023
2 dəq oxuma

🚀 Kompüter istifadəçiləri üçün vaxta qənaət edən Ctrl qısayolları:

  • Ctrl + A   Bütün mətni seçir, həmçinin, bir qovluğun içində olduğunuz zaman oradakı bütün faylları seçir.
  • Ctrl + B   İşarələdiyiniz yazını qalınlaşdırıb "bold" tərzinə çevirir.
  • Ctrl + C   Yazıda işarələdiyiniz hissəni, hansısa qovluqda isə seçdiyiniz faylı kopyalayır.
  • Ctrl + D   Font menyusu olan pəncərəni açır.
  • Ctrl + E   Kursoru səhifənin mərkəzinə çəkir. Əgər yazını seçsəniz, onu səhifənin mərkəzinə çəkəcək.
  • Ctrl + F   Lazım olan sözü yaxud simvolu tapmaq üçün axtarış paneli açılır.
  • Ctrl + G   İstədiyiniz səhifəyə keçid etmək üçündür.
  • Ctrl + H   Bir sözü bir neçə yerdə səhv yazmısınızsa, sənəddə onların hamısını bir-bir axtarıb düzətmək yerinə, bu komandadan istifadə edərək, açılan menyuya artıq yazılmış sözü və onun doğru versiyasını yazın, avtomatik hamısını dəyişəcək.
  • Ctrl + I   İşarələnmiş yazını maili, yəni italic edir.
  • Ctrl + J   İşarələnmiş yazını səhifə boyunca sətir sonlarında boşluq qoymadan yazır (kitab səhifəsi kimi).
  • Ctrl + L   Yazını səhifənin sol tərəfinə çəkir.
  • Ctrl + N   Bununla Word-də yeni sənəd yaradır.
  • Ctrl + O   Yaradılmış ən sonuncu sənədləri açır.
  • Ctrl + P   Qeyd olunan sənədi çap etmək üçün istifadə edilir.
  • Ctrl + R   Yazını səhifənin sağ tərəfinə çəkir.
  • Ctrl + S   Yaradılmış sənədi yaddaşda saxlayır.
  • Ctrl + U   İşarələnmiş yazının altından xətt çəkir.
  • Ctrl + W   Bu, olduğunuz səhifəni bağlamaq üçün istifadə edilir.
  • Ctrl + V   Kopyalanmış yazını, həmçinin, hansısa qovluqda kopyalanmış faylı yapışdırmaq üçündür. (Faylı yaxud yazını seçirsiniz, Ctrl + C sıxıb, daha sonra yerləşdirmək istədiyiniz yerə Ctrl + V etsəniz, Copy-Paste edəcək.)
  • Ctrl + X   Seçdiyiniz yazını yaxud faylı kəsmək üçündür. Daha sonra onu da Ctrl + V ilə istəriyiniz yerə yerləşdirə bilərsiniz (Cut-Paste edir).
  • Ctrl + Z   Son etdiyiniz addımı geri qaytarmaq üçündür, ən son etdiyiniz dəyişikliyi ləğv edir, bir öncəki halına qaytarır.
  • Ctrl + Y   Ctrl + Z ilə ləğv etdiyiniz addımı geri qaytarıb bərpa edir.
  • Ctrl + BACKSPACE   Kursordan əvvəl gələn sözü silir.
  • Ctrl + DELETE   Kursordan sonra gələn sözü silir.
  • Ctrl + HOME   Kursoru mətnin əvvəlinə yerləşdirir.
  • Ctrl + END   Kursoru mətnin sonuna yerləşdirir.