Kofe Al
  • Üzvlərimiz
  • Bloq
  • FAQ
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
  • Daxil ol Qeydiyyat
Kofe Al
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский

Sevdiyin işlə məşğul ol, izləyicilərindən dəstək qazan!

  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
    • Üzvlərimiz
    • Bloq
    • FAQ
Daxil ol Qeydiyyat
Bizi izləyin
Farida Fatali
  • Java nədir?
    Farida Fatali
  • 483 Baxış
  • 26.07.2023
  • 2 dəq oxuma

Java nədir?

Java proqramlaşdırma dilinin tarixi

Java nədir?

Ceyms Qoslinqin yaradıcısı olduğu Java – obyektyönümlü bir proqramlaşdırma dili olub, ilk dəfə 1995-ci ildə “Sun Microsystems” şirkəti tərəfindən təqdim olunub. Bu layihə 1991-ci ildə “Yaşıl Komanda” (Green team) tərəfindən başladılmışdır. Komandada Ceyms Qoslinqdən əlavə Mayk Şeridan, Patrik Noton da yer alırdı. Ceyms bu layihəni “Yaşıl söhbət” (Green talk) adlandırmışdır, hansı ki, sonradan adı dəyişilərək “Oak” (palıd) oldu. Oak – gücün simvolu idi və bir çox ölkələrin ağacı mənasını verirdi. Bu, ilk olaraq məişət cihazlarının proqramlaşdırılması üçün yaradılmışdır. Daha sonra 1995-ci ildə “Oak” adı “Java” olaraq dəyişdirildi və server proqram təminatının yazılması üçün istifadə olunmağa başlandı. Bu dil, sintaksis baxımından C/C++ dillərindən ilhamlanaraq, orada müəyyən dəyişikliklər edilərək və optimallaşdırılaraq, daha bəsit olması üçün yaradılmışdır.

 

Java – İndoneziyada bir adadır, harada ki, bir qəhvə növü ilk dəfə orada istehsal edilib. Bu, espresso dənəsinin bir növüdür. Ceyms Qoslinq ofisi yaxınlığında qəhvə içərkən bu adı seçmişdi. Ona görə də Java proqramlaşdırma dilinin simvolu məhz qəhvə fincanıdır. Java-nın ilk ictimai buraxılışı 1995-ci ildə Sun Microsystems tərəfindən Ceyms Qoslinqin rəhbərliyi altında oldu. Java – 1995-ci ildə ilin 10 ən yaxşı məhsulundan biri seçilmişdir. Java – bir məqsədlə yazılmışdı, bir dəfə yaz və hər yerdə işlə (Write once, run everywhere – WORA). 2006-cı ildə Java Ümumi İctimai Lisenziya (GNU – General Public Licence) şərtləri altında pulsuz və açıq mənbəli proqram təminatı olaraq buraxıldı. “Sun Microsystems” şirkətinin vitse-prezidenti olmuş Ceyms Qoslinq, şirkəti "Oracle" korporasiyası tərəfindən alındıqdan sonra 2 aprel 2010-cu il tarixində şirkəti tərk etdi. 2011-ci ilin 28 martından Ceyms Qoslinq "Google" şirkətində işləməyə başladı. Bu kompaniyada az müddət işləsə də, bir neçə layihəyə imza atdı. Həmin ilin avqustundan etibarən isə "Liquid Robotics" şirkətində çalışmağa başladı. Hal-hazırda Java Oracle-a məxsusdur və 3 milyarddan çox cihaz Java ilə işləyir. Java – Windows, Mac OS və UNIX-in fərqli versiyaları kimi müxtəlif platformalarda işləyir. Java-dan Mobil proqramlar, Veb proqramlar, Masaüstü proqramlar, Oyunlar və daha çox şeylər hazırlamaq üçün istifadə olunur. Dünyaca məşhur Google, Microsoft, Facebook, IBM, Amazon, Netflix, Pinterest, Uber, JetBrains kimi böyük şirkətlər də Java proqramlaşdırma dilindən istifadə edirlər.

Digər məqalələr

Özünü analiz etmə üsulu

Özünü analiz etmə üsulu

  • 270 Baxış
  • 17.12.2024
  • 1 dəq oxuma
Özünü daha yaxşı tanımaq üçün bu üsulu istifadə et. ...
Hər kəs
Daha çox
Səni özünə gətirəcək bir neçə cümlə

Səni özünə gətirəcək bir neçə

  • 294 Baxış
  • 14.12.2024
  • 1 dəq oxuma
Bu fikirləti oxu və bir yerə qeyd et... ...
Hər kəs
Daha çox
kofe.al

Biz hər zaman istedadlı və yaradıcı insanların axtarışındayıq. Özünüzü tanıtmaqdan çəkinməyin!

Xüsusiyyətlər
  • Destek
  • Abunəlik
  • Mağaza
  • QR kodlar
  • Patreon Alternativi
İnteqrasiyalar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Haqqımızda
  • Qaydalar
  • Məxfilik

Copyright © 2025 BONPARA layihəsi. Bütün hüquqlar qorunur.