Kofe Al
  • Üzvlərimiz
  • Bloq
  • FAQ
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
  • Daxil ol Qeydiyyat
Kofe Al
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский

Sevdiyin işlə məşğul ol, izləyicilərindən dəstək qazan!

  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
    • Üzvlərimiz
    • Bloq
    • FAQ
Daxil ol Qeydiyyat
Bizi izləyin
Emin Əlizadə
  • “Susdum”
    Emin Əlizadə
  • 248 Baxış
  • 20.06.2024
  • 1 dəq oxuma

“Susdum”

“Susdum” kitabından

“Susdum”

anamla sözüm çəp gəldi, üstünə qışqırıb evdən çıxdım. Amma yol boyu düşünürdüm, görəsən, anam ağlamadı ki? Özümü söyə-söyə dayanacağa çatdım. Avtobusa mindim.

avtobusu vəhşi kimi sürən sürücüdən tutmuş, sərnişinlərə "tələsin, gecikirik" deyə qışqıran pul yığana kimi susdum.

işə çatana kimi dörd-beş qaqaş yaxınlaşdı, siqaret istədi, verdim, pul istədi, verdim. Susdum.

qızlara sataşan, söz atan, arxasınca düşən gədələri gördüm, susdum.

işə çatdım. Mənə iki fəhlənin işini gördürüb 250 manat maaş verən müdirin gəlib üstümə qışqırmağına susdum.

işdən çıxmağıma az qalmışdı. Zəng gəldi ki, işıq da, qaz da kəsilib. Evə çatdım. İşıq idarəsinə zəng vurdum, dedilər təmir gedir. Qaz idarəsinə zəng vurdum, dedilər müvəqqətidir. Susdum.

evə gələndə metronun başında 50 qəpiyə limon satan bibini polislər qovdu oradan. Baxdım, baxdım, susdum.

evə gəldim. Anam səssiz-səmirsiz süfrəni hazırladı. Yeməyimi yedim. Qalxdım, anamın yanına gəlib dedim ki, qurban olum, bağışla, duxum çatmır küçədə, işdə, orda-burda kiməsə səsimi qaldırmağa, sözümü deməyə, haqqımı tələb etməyə. Gücüm sənə çatır. Sən məni nə işdən çıxaracaqsan, nə tutub polisə aparacaqsan, nə şərləyib iş verəcəksən, nə də üstümə adam gətirib döydürəcəksən. Nə olar, bağışla!

Digər məqalələr

kofe.al

Biz hər zaman istedadlı və yaradıcı insanların axtarışındayıq. Özünüzü tanıtmaqdan çəkinməyin!

Xüsusiyyətlər
  • Destek
  • Abunəlik
  • Mağaza
  • QR kodlar
  • Patreon Alternativi
İnteqrasiyalar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Haqqımızda
  • Qaydalar
  • Məxfilik

Copyright © 2025 BONPARA layihəsi. Bütün hüquqlar qorunur.