“Red Bull Qaçaqaç” 2025 sadəcə xizək və ya snoubordla yarışmaq deyil, həm də səni qanadlandıran bir adrenalin və xoş təəssüratlar yarışıdır. Bundan öncə sən hələ xizək və ya snouborduna doğru bütün iştirakçılarla birgə qaçmalı və hamını keçərək daha tez alətinə çatmalısan. İşi daha da çətinləşdirən ən əsas amillər qaçarkən əynində olan geyim və qarlı yerdir.