Xoşbəxt bədbəxtlər

Xoşbəxt bədbəxtlər həyatda hər şeyə sahib olan,ancaq özünə sahib olmayan insanlardı !


599 baxış
23.12.2024
1 dəq oxuma

Nə hər  şey göründüyü kimidir, nə də görünən hər şey yaşanmış kimidir. Görünən,var olan, gerçək olan nədir? hardadır? deyə soruşsan ,deyəcək tək bir cavab vardır. Birini ən yaxşı kim taniya bilər? Kim bütün həqiqətləri, yaşananları, yaşatdıqlarını,hiss etdiklərini olduğu kimi, olması gərəkən kimi deyə bilər?

 "SƏN" yalnız "SƏN" Hər şeyi  bilən təkcə sənsən.Hər şey sənin qəlbində gizlidir . Gerçək həyat ordadır. Yaşananlar,yaşanmışlar , yaşatdıqların orda başlayır və bitir.Görünənə deyil,var olana baxacaqsan.Bu dünyada hər şey yoxdan var oldu.Var olan dəyişmədi,dəyişən sadəcə seçim oldu . Seçdiyin yolda ya var oldun,ya da var olmuş kimi  yaşadın. Xoşbəxtsən amma bədbəxtsən. Xoşbəxt bədbəxtlər həyatda hər şeyə sahib olan,ancaq özlərinə sahib ola bilməyən insanlardır. İndi sən düşün “Hər şeydən xəbərdar olub  özündən xəbərsiz yaşamaq bədbəxtlik deyilmi?!”