Kofe Al
  • Üzvlərimiz
  • Bloq
  • FAQ
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
  • Daxil ol Qeydiyyat
Kofe Al
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский

Sevdiyin işlə məşğul ol, izləyicilərindən dəstək qazan!

  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
    • Üzvlərimiz
    • Bloq
    • FAQ
Daxil ol Qeydiyyat
Bizi izləyin
Asim Hasanov
  • İstedad Ovçusu
    Asim Hasanov
  • 63 Baxış
  • 27.12.2024
  • 2 dəq oxuma

İstedad Ovçusu

İş həyatımın böyük bir hissəsini istedadları kəşf etməyə həsr etmiş biri olaraq deyə bilərəm ki, bu müddət ərzində psixologiyamda müəyyən dəyişikliklər müşahidə etmişəm:

İstedad Ovçusu

 

  1. Sürətli dəyərləndirmək bacarığı: çoxlu müsahibələrə qatılmaqla insanları qısa zamanda dəyərləndirməyi öyrənmişəm. Bu, həm iş həyatımda həm də şəxsi münasibətlərdə sürətli qərarlar verə bilməyimə gətirib çıxardıb. 🤔
  2. Empatiya və anlama duyğusu: işə müraciət edənlərin müxtəlif həyat təcrübələri və hekayələri ilə qarşılaşmaq empatiya hissimi artırdı. İndi insanların arzularını, qorxularını və güclü tərəflərini asanlıqla hiss edirəm. 💡
  3. Sosial yorğunluq: daim insanlarla işləmək və müxtəlif xarakterlərlə qarşılaşmaq, zamanla sosial yorğunluq hissi yarada bilir. Enerjimi bərpa etmək üçün bəzən işdən kənarda daha çox yalnız qalmağa və ailəmlə zaman keçirməyə üstünlük verirəm, həyat rutinim məni daha ailəcanlı elədi. 🫂
  4. Stresə dayanıqlılıq: rekrutment proseslərinin çox gərgin və vaxt məhdudiyyətli olması stressin məndə normal bir hiss kimi qəbul edilməsinə gətirib çıxarıb. Adi günlər isə artıq mənə çox maraqsız gəlir. 💪
  5. Detallara həddindən artıq diqqət: hər detalın vacib olduğunu bilmək işdən kənarda da bu vərdişi gündəlik həyata tətbiq etməyimə səbəb oldu. Bütün xırdalıqlara həddindən artıq fokuslanmaq isə mənim qədim vərdişimdir. 🔍
  6. Yüksək ideallarla müşayiət edilən məyusluq: işçiləri şirkətə uyğunlaşdırmaq üçün yüksək standartlara malik olmaq bəzən insanların və ya sistemin gözləntilərini doğrultmadığı hallarda məndə də məyusluqlar müşayiət oluna bilir. Amma mənim məyus olmağa zamanım yoxdur bu mənə anında toparlanmağı öyrətdi. 💔
  7. Tələbkarlıq və səbr: layiqli namizəd tapa bilmək üçün səbrli olmaq məcburiyyətindəyəm. Bu tələbkarlıq istəyim eyni zamanda həm özümə həm də başqalarına qarşıdır. Tələbkarlıq mənə ədalətli olmağı tövsiyyə etdi. 🕰️
  8. Yeniliklərə açıq olmaq: hər zaman gündəmdəki dəyişiklikləri izləmək və yeni trendlərlə ayaqlaşmaq ehtiyacı məni yeni biliklər əldə etməyə təşviq edir və mən sevərək bu zövqü yaşayıram. Axı yeniliklərə açıq olmaq mənim cavan qalmağıma səbəb olur. 📚

İşçi seçimi, istedad cəlb edilməsi, talantların idarəsi yalnız bir peşə deyil həm də insanın həyatını formalaşdıran bir yoldur. Bütün bunları düşünərək balansı qorumaq isə ən vacib faktordur.

Digər məqalələr

Hansı bürcü işə götürmək olar

Hansı bürcü işə götürmək olar

  • 121 Baxış
  • 06.01.2025
  • 1 dəq oxuma
Bürcünüz yalnız xarakterinizi deyil, işə yanaşmanızı da təsir edir. Hər bürcün özünə uyğun iş tərzi və güclü tərəfləri var. ...
Hər kəs
Daha çox
Bu gün ofisdə tamamilə gözlənilməz bir hadisə baş verdi!

Bu gün ofisdə tamamilə gözləni

  • 134 Baxış
  • 29.12.2024
  • 1 dəq oxuma
Müsahibə üçün namizədi gözləyirdim, amma iclas otağının qapısı açıldı və ...
Hər kəs
Daha çox
kofe.al

Biz hər zaman istedadlı və yaradıcı insanların axtarışındayıq. Özünüzü tanıtmaqdan çəkinməyin!

Xüsusiyyətlər
  • Destek
  • Abunəlik
  • Mağaza
  • QR kodlar
  • Patreon Alternativi
İnteqrasiyalar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Haqqımızda
  • Qaydalar
  • Məxfilik

Copyright © 2025 BONPARA layihəsi. Bütün hüquqlar qorunur.