Kofe Al
  • Üzvlərimiz
  • Bloq
  • FAQ
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
  • Daxil ol Qeydiyyat
Kofe Al
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский

Sevdiyin işlə məşğul ol, izləyicilərindən dəstək qazan!

  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
    • Üzvlərimiz
    • Bloq
    • FAQ
Daxil ol Qeydiyyat
Bizi izləyin
Asim Hasanov
  • Hansı kursu seçim?
    Asim Hasanov
  • 69 Baxış
  • 27.12.2024
  • 2 dəq oxuma

Hansı kursu seçim?

Təlim keçmək və kurs açmaq:

Hansı kursu seçim?

Pul qazanmaq yoxsa dəyər yaratmaq?Son zamanlar təlim keçmək və kurs açmaq asan pul qazanmaq vasitəsinə çevrilib. İnsanlar çox vaxt deyirlər: “Bu açarsa, mən də açaram!” Belə bir yanaşma təəssüf ki, sağlam rəqabət deyil və nəticədə yalnız iştirakçılar əziyyət çəkir. Hər kəs təlim verib, öz kursunu tərifləyir, lakin real bacarıqlar qazandırmaq əvəzinə boş sertifikat paylamaqla kifayətlənir. 

Əsl rəqabət kursların keyfiyyətini artırmalı, insanlara əsl bilik və təcrübə verməlidir. Amma hazırkı vəziyyətdə təlimlər məqsəd deyil, sadəcə gəlir mənbəyi kimi görünür. Nəticədə kurs iştirakçıları vaxt və pul itirərək əldə etdikləri sertifikatın işə yaramadığını anlayırlar.

Kurs seçərkən bunlara diqqət edin,Boş sertifikat almaq istəmirsinizsə, aşağıdakı addımları nəzərə alın: 

 Təlimçilərin təcrübəsini yoxlayın: Təlimçini tanıyın – onun peşəkar uğurları və bu sahədəki real təcrübəsi varmı? 

 Məzunları tapıb soruşun: Kursdan məzun olan insanlarla əlaqə saxlayın və təcrübələrini öyrənin. Onlar kursun dəyəri barədə daha dürüst məlumat verə bilərlər. 

 Məzunların işlə təmin edilib-edilmədiyini soruşun: Kurs yalnız bilik verməklə məhdudlaşmamalı, həm də iş tapmaqda dəstək olmalıdır. 

 Real dərs prosesi necə olub? Təlimçilərin özünü tərifləməsinə çox da aldanmayın. Real dərs mühiti və tədrisin keyfiyyəti haqqında məzunlardan soruşun. 

 Proqramın istifadəyə yararlılığı: Öyrənəcəyiniz biliklər və bacarıqlar gündəlik həyatda və iş mühitində tətbiq edilə bilərmi?Yekunda,Kurs seçmək təkcə tədris proqramı ilə bağlı deyil, eyni zamanda nəticələrlə də bağlıdır. Təlimçilərin sözlərinə deyil, real nəticələrə güvənin. Sertifikat deyil, bilik və bacarıq qazandığınızdan əmin olun.

Digər məqalələr

Hansı bürcü işə götürmək olar

Hansı bürcü işə götürmək olar

  • 121 Baxış
  • 06.01.2025
  • 1 dəq oxuma
Bürcünüz yalnız xarakterinizi deyil, işə yanaşmanızı da təsir edir. Hər bürcün özünə uyğun iş tərzi və güclü tərəfləri var. ...
Hər kəs
Daha çox
Bu gün ofisdə tamamilə gözlənilməz bir hadisə baş verdi!

Bu gün ofisdə tamamilə gözləni

  • 134 Baxış
  • 29.12.2024
  • 1 dəq oxuma
Müsahibə üçün namizədi gözləyirdim, amma iclas otağının qapısı açıldı və ...
Hər kəs
Daha çox
kofe.al

Biz hər zaman istedadlı və yaradıcı insanların axtarışındayıq. Özünüzü tanıtmaqdan çəkinməyin!

Xüsusiyyətlər
  • Destek
  • Abunəlik
  • Mağaza
  • QR kodlar
  • Patreon Alternativi
İnteqrasiyalar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Haqqımızda
  • Qaydalar
  • Məxfilik

Copyright © 2025 BONPARA layihəsi. Bütün hüquqlar qorunur.