![İşə qəbul zamanı müsahibə növləri](https://kofe.al/storage/images/users_posts/i7t6dO0ciVAPyD0wKjfe78l22kii2SYaZvxPX6vS.png)
Bugün Sizlərə bəzi Müsahibə formaları haqqında məlumat vermək istəyirəm.
1) Panel müsahibə- Panel müsahibə zamanı namizəd bir neçə mütəxəssis tərəfindən qiymətləndirilir. Bu müsahibə növünün əsas məqsədi subyektivliyi aşağı salmaqdır. Kollektiv şəkildə qərar qəbul edilir və panelin hər bir üzvü işçiyə suallar verə bilər. Suallar verilərkən panel üzvlərindən biri qeydlər götürə, digəri isə namizədin bədən dili davranışlarını izləmə imkanı əldə edə bilir.
2) Üzbəüz müsahibə- Bu zaman namizədlər təşkilatın 1 nümayəndəsi tərəfindən üzbəüz görüşə çağırılır və müsahibə adətən sahə üzrə menecerlər tərəfindən aparılır. Belə ki, işçi birbaşa kimlə işləyəcəksə, menecer həmin işçini özü qiymətləndirir.
3) Davranış müsahibə- Davranış müsahibələrinin əsas məqsədi namizədin gələcək performansının yoxlanılmasıdır. Bu üzbəüz müsahibədir və keçmişdə baş vermiş hadisələrlə bağlı suallar verilir. Namizədin əsas üstün cəhətləri liderlik, şəxsi keyfiyyət və stress altında işləmə bacarıqları yoxlanılır.
4) Keys (Case) müsahibə- Bu müsahibə növündə müsahibə götürən namizədi hər hansı bir situasiya qarşısında qoyur. Namizəd situasiyanı görür və bunu həll etmək üçün həll yolu göstərir. Keys müsahibəsi namizədlərin analitik, riyazi, biznes bilik və bacarıqlarını inkişaf etdirir.
5) Səriştə müsahibə- Səriştə müsahibələrində namizədin iş ilə əlaqəli texniki/funksional bacarıqları yoxlanılır. Nümunə olaraq, tərcüməçi alman dili vakansiyası üçün müsahibə edilirsə, onu alman dilində müsahib etmək və ya müsahibə zamanı tərcümə etməsi üçün qısa məqalə vermək mümkündür.
6) Telefon müsahibə- Adətən ilkin seçim müsahibələridir. Telefon müsahibələri ilə namizədlərin təhsil, təcrübə və ya ünsiyyət bacarıqları yoxlanıla bilir. Telefon müsahibələri az xərc tələb edən metoddur. Həmçinin təşkilatın müsahibə üçün daha az zaman xərcləməsinə vasitəçilik edir və bu zaman telefon müsahibələri ilə ilkin seçimdə namizədlərin ələnməsi həyata keçirilir. Üstün cəhəti budur ki, namizəd telefon müsahibəsi zamanı özünü üzbəüz müsahibə ilə müqayisədə daha yaxşı ifadə edə bilir.
7) Stress müsahibə- Namizədlərin stress zamanında özlərini necə idarəetmələrini ortaya çıxarmaq üçün təşkil edilir. Hazırda çox az tətbiq edilən metoddur və bir neçə üsulla həyata keçirilir. Belə ki, namizədi praktiki olaraq, stressli situasiyada yoxlamaq olur. Həmçinin namizədlərə davamı suallar verərək, onların az bir zamanda düşünmə bacarıqlarını yoxlamaq mümkündür. Belə müsahibə növü ilə stressə tab gətirən ən yaxşı namizədləri seçmək mümkün olur. Mənfi cəhəti odur ki, bu növ müsahibə bütün vəzifələrə şamil edilmir. Nümunə olaraq, qaynaqçının stress vəziyyətdə işləməsinin yoxlanılması əhəmiyyət kəsb etmir.