Kofe Al
  • Üzvlərimiz
  • Bloq
  • FAQ
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
  • Daxil ol Qeydiyyat
Kofe Al
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский

Sevdiyin işlə məşğul ol, izləyicilərindən dəstək qazan!

  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
    • Üzvlərimiz
    • Bloq
    • FAQ
Daxil ol Qeydiyyat
Bizi izləyin
Amin Salim
  • Qorxuya dair və H. P. Lovecraft ədəbiyyatı
    Amin Salim
  • 68 Baxış
  • 22.03.2025
  • 5 dəq oxuma

Qorxuya dair və H. P. Lovecraft ədəbiyyatı

Lovecraft ədəbiyyatında qorxu motivləri.

Qorxuya dair və H. P. Lovecraft ədəbiyyatı

QORXUYA DAİR

 

“Bəşəriyyətin ən qədim və güclü duyğusu qorxudur, qorxunun ən qədim və güclü növü isə bilinməzə duyulan qorxusudur.”

-H.P. Lovecraft

 

Qorxu və Onun Təkamülü

 

Qorxu, canlı varlıqların həyatda qalmaq uğrunda mübarizəsi zamanı formalaşan və təkamül keçən ən önəmli və funksional duyğulardan biridir. Təməldə iki qrupa ayıra biləcəyimiz (cari və ya gözlənilən təhlükəyə duyulan) qorxu günümüzdə müasir həyat disiplinləri ilə birgə yeni forma almışdır. Nəticədə, istisna insan qrupları xaric bizlər artıq nə mağaralarda, nə də ağac çətirlərində yaşamırıq.

Öncə qorxu ədəbiyyatının ortaya çıxması, ardınca isə filmin icadı ilə birgə (həmçinin də bu kontekstdə qorxu filmləri) insanlar bu hissi əyləncə ünsürünə çevirdi. Digər yandan isə “təhlükəsiz” müasir həyatımızda qarşılaşdığımız travmatik hadisələrdən sonra ortaya çıxan patoloji qorxular da mövcuddur. Lakin biz bu məqalədə Howard Phillips Lovecraftın timsalında ədəbiyyatda qorxu mövzusuna nəzər yetirəcəyik.

 

H.P. Lovecraft: Qorxunun Ustası

 

ABŞ-nin Rod-Aylend ştatında, Providens şəhərində anadan olan Lovecraft (20 avqust 1890 – 15 mart 1937) istər travmatik uşaqlığı, istərsə də bu uşaqlığın uzantısı kimi inkişaf göstərən depressiv-asosial şəxsiyyəti ilə diqqət çəkmişdir. Onu ədəbiyyat tarixinə yazdıran əsas amil şəxsi fobiyalarından qaynaqlanan ədəbi əsərləridir. O, xüsusilə kosmik qorxu (cosmic horror) və elmi-fantastik qorxu (science-fantasy horror) janrlarının əsasını qoymuşdur.

 

Travmatik Uşaqlıq və Ədəbi Formalaşması

 

Atası Winfield Scott Lovecraft uğurlu tacir olsa da, 1893-cü ildə ani yaşadığı psixoloji atakdan sonra ömrünün son beş ilini “Butler xəstəxanası”nda keçirdi. Bunun ardınca anası Sarah ilə birgə ana babası Whipple himayəsində yaşamağa başladılar.

Üç yaşından etibarən oxuyub-yazmağı bacaran Lovecraft babasının təşviqi ilə ingilis ədəbiyyatına yönəldi. Səhhətinin qeyri-stabilliyi səbəbindən mütəmadi təhsil ala bilməsə də, öyrənməyə həvəsi sonsuz idi. O, Edgar Allan Poe, Lord Dunsany, Ann Radcliffe və Arthur Machen kimi yazarlardan təsirlənmişdir.

 

Qorxular, Kabuslar və İlk Əsərlər

 

Beş yaşından etibarən kabuslar görən Lovecraft ilk ədəbi mətnlərini yeddi yaşında qələmə aldı. Səkkiz yaşından etibarən elmə, xüsusilə astronomiya və kimyaya marağı artdı. Lakin gələcəkdə maraq dairəsinə simya, astrologiya, magiya və şərq mistizmi kimi fərqli mövzular da daxil olacaqdı.

Ailə kitabxanasında yer alan və yaşına görə olduqca ağır sayılan bir çox elmi və ədəbi əsəri oxudu. Beş yaşından etibarən Tanrının mif olduğu inancına qapılan Lovecraft şəxsi fobiyalarını, həyata baxış fəlsəfəsini və astroloji biliklərini sintezləyərək Cthulhu mifini və Qədim Tanrılar panteonunu (Nyarlathotep, Azathoth və s.) yaratdı.

Lovecraftın Qorxu Konsepti və Mifologiyası

 

Lovecraftın “kosmik qorxu” anlayışı ekzistensial səciyyə daşıyıb kainatın sonsuzluğu və qaranlıq bilinməzliyi önündə sonlu bizlərin ağuşuna düşdüyü fobiyanın təzahürüdür. Bu, həmçinin insanın öz varlığının mənasını və ölüm qarşısındakı acizliyini düşünərək yaşadığı qorxunu da ehtiva edir.

Bütün bunların fonunda yadlara bəslədiyi qorxu (bəzən irqçi görüşləri) və dəniz varlıqlarından diksintisi onun yaratdığı ikonik obrazlarda öz əksini tapdı. Belə ki, ən məşhur obrazı Cthulhu, okeanın və ya kosmosun dərinliklərindən gələn (yad), qanadlı və osminoq başlı (dəniz canlısı) tanrı idi.

 

Asosial Şəxsiyyət və Ədəbi Üslub

 

Müəllifin demək olar ki, dialoqsuz yazılan külliyatı onun asosial şəxsiyyətini də ələ verir. Əsasən güclü ədəbi təsvirlər, psixoloji dərin fobiyaların dəqiq təhlili və tərənnümü ilə ön plana çıxır. Belə ki, bu mətnlərdə müasir elmin psixotik pozğunluq və şizofreniya adlandırdığı xəstəliklərin izləri görünməkdədir.

 

Lovecraftın qorxu panteonuna daxil olan mifoloji varlıqlar (qədim tanrılar) Carl Gustav Jungun arxetiplər nəzəriyyəsinin qaranlıq perspektivindən çıxış edir. Demək olar ki hər bir əsərində ekzistensial suallar və bərabərində formalaşan tərifi mümkünsüz şiddətli qorxulara şahid oluruq. Bu da personajların daxili mübarizəsini dərinləşdirib, səhifələr boyu sürən güclü monoloqlarda Erik Eriksonun “psixoloji inkişaf” nəzəriyyəsində yer alan identik böhranı gözlər önünə sərir.

 

İrqçilik və Sosial Qərəzlər

 

Lovecraftın qorxularının bir parçasını təşkil edən irqçilik və sosial qərəzlər isə yaşadığı dönəmin cəmiyyətinin dünyagörüşü və şəxsi travmaları nəzərə alındıqda təəccüb doğurmur. Buna baxmayaraq, o, yadlara bəslədiyi paranoyak duyğularını və qorxularını açıq şəkildə sərgiləyirdi.

 

Lovecraftın Əsərləri və Mirası

 

Sağlığında Lovecraftın əsərləri xüsusi diqqət görməmişdir. Ömrü boyunca cəmi bir kitabı – “İnssmout üzərində kölgə” (“The Shadow Over Innsmouth”, 1936, 400 tiraj) nəşr edilsə də, müəllif mətnin redaktəsindən narazı idi.

Ömrünün sonlarında yetərsiz qidalanma səbəbi ilə bağırsaq xərçənginə tutuldu. 15 mart 1937-ci ildə vəfatına qədər böyük fiziki ağrılar yaşadı. Fiziki olaraq əlləri qələm tutmayacaq hala gələnə qədər isə xəstəliyi haqqında gündəlik tutdu.

Günümüzdə ədəbiyyat, qrafik sənət, film və oyun sənayesi daxil olmaqla bir çox yaradıcı sahəyə ilham mənbəyi olan Lovecraftın ən məşhur əsərləri arasında:

“The Dunwich Horror”

“The Call of Cthulhu”

“The Colour Out of Space”

“At the Mountains of Madness”

kimi əsərlər yer alır. Onun yaratdığı qorxu konsepti və Cthulhu mifologiyası bu gün də qorxu janrının ayrılmaz hissəsidir.

 

 

Digər məqalələr

kofe.al

Biz hər zaman istedadlı və yaradıcı insanların axtarışındayıq. Özünüzü tanıtmaqdan çəkinməyin!

Xüsusiyyətlər
  • Destek
  • Abunəlik
  • Mağaza
  • QR kodlar
  • Patreon Alternativi
İnteqrasiyalar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Haqqımızda
  • Qaydalar
  • Məxfilik

Copyright © 2025 BONPARA layihəsi. Bütün hüquqlar qorunur.