Əslində xırda və konkret məqsədlərlə öyrənməyə başlamaq və addım-addım irəli getmək mümkündür. Bu addımları sürətləndirmək üçün isə bəzi şeyləri nəzərə almaq mütləqdir.
“Sürətli yolla bu sahəni öyrənmək üçün atılmalı addımlar var…”
- Hardan başlamaq lazımdır?
Ən başdan başla. Araşdır proqramlaşdırmanın kökü nədir?Bu çox vacib məqamdır. Çünki əlifbanı bilmədən ədəbiyyatı oxumaq mümkün deyil !Aşağıdakı link sizi proqramlaşdırmanın əlifbasına aparacaq.Əlifbaya keçid))2. Xırda məqsədlər qoy və nəyin bahasına olursa olsun o məqsədlərə çat.
Əslində böyük məqsəd qoymaq olar. Misal üçün Yaxşı Proqramçı olmaq ! Yalnız bu böyük məqsəd öz daxilində çoxlu kiçik məqsədlər daşıyır. Bu məqsədləri özün üçün ən asandan çətinə doğru sırala, ağlında yox, qeyd dəftərində və ya Trelloda qeyd elə. Hansı məqsədinə çatdın qeyd elə.Trello ya keçid 3. Özünü eyni məqsədli insanlarla əhatələ.
Əhatə vacib rol oynayır. İlk növbədə sosial media hesabından başlaya bilərsən. Misal üçün, Facebook hesabında proqramçıların olduğu qruplar tap o qruplara üzv ol. Bunu etdinsə, təbriklər artıq sən proqramçı əhatəni formalaşdırmağa başladın!4. Kömək istəməyə utanma !!!
Bu sahə daima öyrənmək tələb edən, heç vaxt hər şeyi bilməyəcəyin bir sahənin olduğunu nəzərə alsaq, dərhal indidən öyrənməyə başlamağın mütləq olduğunu başa düşdünüz yəqin. Yalnız bir vaxt gələcək baxacaqsan qarşında qala kimi görünən bir problem var. Bu zaman dərhal dostlarına üz tut və sual ver. Bəlkə bu sual qrup üçün çox sadə olacaq. Amma əmin ol ki orada sənə kömək edən kimsə tapılacaq mütləq.
5. Professional şəkildə öyrənməyə başla !
Yuxarıdakı addımların hamısını etdiyini görürsən və nə isə boşluğun olduğu hiss edirsən, bu sahəyə qarşı aclıq hiss edirsənsə deməli lazım olan professional köməkdir !
Siz öz şəxi araşdırmanızla sizə uyğun tədriz verən yeri tapmalısınız…
Bu zamana qədər təcrübədən keçirdiyim öyrənmə metodu…
Mənim metodum ilk olaraqbaşa düşəcəyim qədər internetdəki qaynaqlardan nələrsə tapıb oxumaq idi. Burada internet resurslarından istifadə edən zaman öyrənmə metodunun əsas təməli sərbəst qrafiklə məşğul olmaq idi.
Gəlin sizə əvvəlcə müsbət tərəflərini göstərim. İnternet resurslar sözün həqiqi mənasında həddindən artıq bol məlumat mənbəyidir. İnternetdə HOW TO ilə başlayıb sualınızı yazsaz, sizi maraqlandıran suala dair xeyli mənbələr tapa bilərsiniz. Həmçinin, Udemy platforması, YouTube videoları, forumlar, Medium məqalələri və s. sizə yeni biliklər öyrənməyə kömək edəcək.
Mənfi tərəfləri isə odur ki, bəzən kiçik bir problemin həlli üçün həddindən artıq zaman ayırıb çoxlu axtarış aparmalı olursan və məlumat bolluğunda axtardığın cavabı tapmaq həddindən artıq çətin olur. Çünki tək üzürsən və kompasın yoxdur. Hara gedirsən bilmirsən. Sonra başa düşdüm ki, insana başlanğıcda yol göstərən olmadan hara və necə gedəcəyini tapmaq üçün çoxlu çətinlik çəkir. Ona görə də kurs axtarmaq qərarına gəldim.
Kurs axtaran zaman mənim üçün öndə duran birinci məsələ kursun qiyməti idi. Bir kurs tapıb 1–2 ay ərzində davam elədim.
Bu kurs mənim üçün yaxşı təcrübə oldu çünki internetdə gördüklərimi və görə bilmədiklərimi cəm şəklində göstərdilər, əlimdən tutub balaca da olsa, addım atmağıma kömək elədilər.
Mənfi cəhəti isə, gəl dərsə, ged evə tipli olması idi. Kursun qiyməti ucuz ola bilər, amma mühit və öyrətmə modeli tam şəkildə deyilsə, davam etmək sadəcə həm vaxtın, həm də maddi vəsaitin havaya sovrulmağıdı. Çünki öyrənəcəksən amma heçnə edə bilməyəcəksən. Beləcə öyrətmə metodunun məni qane etmədiyini anlayıb həmən kursdan ayrıldım.
Bəs bu vaxt ərzində mən nə əldə etdim?
Bir sözlə desəm qazandığım şeyin adı təcrübə oldu. Nəyi necə etmək və daha yaxşı necə edə bilərəm suallarına cavab verə biləcəyim təcrübə !Bəs keyfiyyətli öyrənmə modeli necə olmalıdır?
Öyrənmə, tədris deyəndə ilk ağlına gələn nədir? Mənim ağlıma məktəbdə masa arxasında oturub sevib sevməməyimizdən asılı olmayaraq bütün fənləri yaxşı oxumağa məcbur olunmaq gəlir. Əslində, bunu bir tərəfdən yaxşı, digər tərəfdən isə yaxşı olmayan model adlandırmaq olar. Yaxşı tərəfi, uşaq riyaziyyatı sevməyə bilər. Amma bu məcburiyyət bahasına da olsa öyrəndikləri sabah həyatda çox məsələdə ona kömək edəcək. Pis tərəfi isə əgər uşaq 3KClO3 + Sb2S3 = 3KCl + Sb2O3 + 3SO2 bunun nə olduğunu bilmirsə onu məcbur etmək lazımsız bir şeydir. Bəlkə də sevdiyi işlə məşğul olsa mükəmməl rəssam, hansısa musiqi aləti ifaçısı, usta və s. olacaq. Qayıdaq proqramlaşdırmaya. Bu sahə elə bir sahədir ki, burada məcburi addım ata bilərsən, yalnız yarışa çıxıb qaça bilməyəcəksən. Ona görə səni yarışa hazırlaya biləcək bir tədris model olmalıdır. Mənim üçün bu model özünə bir neçə şeyi daxil edir.
1. Mənim öyrənmə ehtiyaclarımı tapıb yol göstərən. ( Kurs olmağı vacib deyil )
2. Keyfiyyəti birinci yerdə tutan. ( Öyrənmə və öyrətmə )
3. Sərbəst və öyrənilən sahəyə uyğun olan (ab-hava).
Siyahını çox uzatmaq olar yalnız bu əsas 3 məsələni sözü gedən öyrənmə modelinin bünövrəsi hesab etmək olar.