
Qulağa absurd gələn fikirlər, çox zaman ürəyə yaxın gəlir. Nədir bu can sıxıntısıyla, qan qaraltısı arasındakı fərqlər? Canı sıxanda qan axır, qanı da kömürlə birləşdirsək qara qan fikrini doğrultmuş olarıq. Bəs gəlin görək, bu canımızı sıxmağa bizi vadar edən şeylər nələrdir? Təzə dəmlənmiş çayın ətiri kimi, yenicə dövr edərək bədənimizi oksigenlə zənginləşdirən qan dövranının da xüsusi qoxusu var. Nağıllarda personajların burnuma qan iyisi gəlir, deməli burdan insan keçib, ya da hardadırsa yaxındadır dedikləri səhnələri xatırlayaq. Həyatımızın çox anında üz-üzə qalıbda üz döndərdiyimiz, qəlbimizi közərtdiyimiz neçə ana şahid olmuşuq? Bu anları xatırlamaq elə də çətin gəlmədi elə deyil? Görəsən fərqli ürəklərə qoyduğumuz hörmətin, 1 faizini öz ürəyimizə qoymuşuqmu? Yoxsa hamının ürəyinin batareyası qurtarar deyə düşünüb, özümüzünkünü daşdan hesab etmişik? Heykəltəraşların düzəltdiyi ürəklə bizdəki ürəyi fərqləndirən doğrudandamı sadəcə sıxılmamasıdır? O halda ürəyimiz bizə nə verir sıxıntıdan başqa?
Ürəkdən aşağıya və yuxarıya bir yol gedir. Bu yol maşın yolları qədər tıxaclı deyil, bu yolun digər yollardan fərqi ondadırki, burdakı bütün maneələri biz özümüz yaradırıq. Ancaq həmişədə bizi qayı saxlayırmış kimi günahkar bir qayı və ya sürücü tapıb günahlandırmağa başlayırıq. Ya da özümüzü günahlandırıb, işə yaramaz olduğumuzu bütün dünyaya car çəkərcəsinə ifadə etməyə başlayırıq. Ürəyim rahatlayır ifadəsidə ordan gəlir elə deyil? Məsələn düşününki, ürəyinizdən keçən sözləri hər nə qədər kobudda olsa birbaşa insanların üzünə deyirsiniz. O halda sizin ürəyinizdə qalan sözlər olmadanda ürəyiniz sıxılardımı? Bəlkə ürəyimizin sıxılma səbəbi demək istəyibdə deyə bilmədiyimiz sözlərdə gizlidir? O halda niyə onu sakit yaşamağa qoymuruq? Niyə sözlər boğazımızda düyünlənib bizə əzab verməlidir? Niyə başa düşülməyi gözləyib, stansiyaları qaçırdaraq ünvana çatmamalıyıq? Niyə belə oldu olan işdi deyib keçməyi hünər zənn edirik? Sadəliyimizi bir-birimizə göstərdikcə, anlayışlı olduqca qəlblərimiz bir-birinə yaxınlaşmalı deyilmi? Bəs nə üçün bu qədər qırılan qəlblər, tutulmayan vədlər, deyilməyən sözlər var? Bu dünyaya üsyanı olan onca insanın səsini eşidən nə üçün heç kəs yoxdu? Fəryad sadəcə səsin zilə qalxmasıylamı olur? Baxışlarıylada fəryad edənlər azmıdır? Həmrəyliyi, yoldaşlığı, dostluğu və sülhü yaradaq deyə hər kəs öz içində planlar qurur. İstəyirkki, duyaq , hiss edək və bir-birimizin dünyasında yaşayaq. Özünü hiss edən, başqasınıda hiss etməyi bacara bilər. O halda maneə olan nədir? Bizə əngəl olan şeylər həqiqətəndə başqalarının bizim haqqımızda birdən səhv düşünər qorxusudurmu? Yoxsa onsuzda anlamayacaq nə üçün özümü yorumki təsəllisidir? Nə qədər ağıllı insanlarmışıq məyərsə. Qurduğumuz senarilər yaşadıqlarımızdan daha həqiqi gəlir. Oysa, qurulan hər evin sağlam olmadığı kimi, qurulan hər senarinin də doğruluğu isbat olunmayıb . Nədir bir-birimizlə olan dərdimiz? Özünü düşün deyə deyə hamını heçə saymaqmı lazımdır? Yoxsa özünü anlamağa başlayıb, başqasına da anlayana qədər anlatmaqmı? Kimdir bizim bir-birimizi heçə sayaraq öz dalğamızda xoşbəxt olacağımızın vədini verən? Əgər bu doğrudursa, bəs bu qədər dünyada arzularına çatıbda özünü tənha hiss edən insanların varlığı necə yaranıb? Öz dalğamızda üzərək yalnız irəliyə çatmaq və bundan başqa hər şeyin mənasız olduğunu düşünmək ilk olaraq özümüzü mənasızlaşdırır. Müvəqqəti xoşbəxtlik, qalibiyyət, maddi və mənəvi rifah yerini süstlük, kədər, depressiya, sevgi aclığına verir. İnsanlar və insanlıq adına çalışan insanlara bir ifadəm var: Mən danışsam, hamınız susacaqsız. Ona görə yoxki, sizin cavabınız olmayacaq, ona görə ki, sizə sizdən danışacam və bunu sizə heç kəs deməyə cəsarət etməyib. Qəbul etmədiyiniz və boş verdiyiniz hər şey kimi bu dəfə də boş verib keçmək istəyə bilərsiz. Öyrəndiyimiz davranış axı belə olub. Fəqət, mən sizinlə eyni dalğaya enmək və ya qalxmaq istəyirəm. Mən sizinlə olub bizi bizə yaxınlaşdırmaq istəyirəm. Çünki sizsiz mən, mənsizsə biz bir heçik. Biz tək olanda bir ovuc qum qədər, birləşəndəysə Vətən torpağına çevrilirik. Elə isə nə durmusuz? Gəlin İnsanlıq torpağının yaradıcılarından olaq. Gəlin bir-birimizi daha yüksəklərə aparıb, sosial çevrəmizlə birlikdə yüksələk. Gəlin bir-birimizi xoşbəxt edərək, öz xoşbəxtliyimizə çataq. Gəlin , addım atınki biz rəqib deyil, yoldaş olaq. Çünki, hər birimizin yolunda bir işıq var. O işığı bağlasaqda söndürə bilmərik, ancaq daha tez parlamağında bir rol oynaya bilərik. Elə isə nə durmuşuq? Dünyanı dəyişməyin yolu bu addımımızı dəyişməkdən keçir. Bizim tək dünyalarımız birləşəndə dünya kəliməsi öz bütövlüyünü qoruyur. Əksi təqdirdə dünyamızdakı təkliyə məhkumuq.. Gəlin sənin dünyanı, mənim, sizin dünyanıysa bizim dünyaymıza çevirək! GƏLİN TƏKCƏ TONQAL ƏTRAFINDA DEYİL, EHTİYACIMIZ OLAN HƏR BİR ƏTRAFDA TOPLAŞAQ! GƏLİN QURAQ, YARADAQ, BƏYƏNMƏSƏK DAĞIDAQ. ANCAQ DAHA YAXŞISI ÜÇÜN DAHA ÇOXU OLMALIYIQ. DAHA ÇOXUNUNSA YOLU BİR-BİRİMİZİN YOLUNA SU SƏPMƏKDƏN KEÇİR. GƏLİN SU QƏDƏR ŞƏFFAF, SEVGİ QƏDƏR TƏMİZ OLAQ! 🪞💌
#Sevgilərimlə Ağ enerjili həqiqət🪽