Kofe Al
  • Yaratıcılar
  • Blog
  • SSS
  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский
  • Giriş yap Üye ol
Kofe Al
  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский

Sevdiğin işi yap, izleyicilerinden destek kazan!

  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский
    • Yaratıcılar
    • Blog
    • SSS
Giriş yap Üye ol
Bizi takip edin
Züleyxa Fətullayeva
  • Biz hansı enerjilərlə doğuluruq və hansı enerjilərin təsiri altındayıq?
    Züleyxa Fətullayeva
  • 10 Görüntüleme
  • 05.07.2026
  • 2 dk. okuma

Biz hansı enerjilərlə doğuluruq və hansı enerjilərin təsiri altındayıq?

Məni digər platformalarda tapa bilərsiniz: YouTube https://www.youtube.com/@ZuleykhaFatullayeva Instagram https://www.instagram.com/zuleykha.fatullayeva/

Tale Matriksi aləti bu suallara birbaşa cavab verir. Klassik və digər növ numerologiyada doğum günü insanın psixoloji təməli, taleyi, həyat amalı, yaşam tərzi, sağlamlığı və s. haqqında bütün məlumatları özündə daşıyır. Bəzi özünü tanıma alətlərində, məsələn, astrologiya, Human Design və s., sırf doğum saatı və dəqiqəsi bu tip məlumatları daha detallı təsvir edir. Numerologiyada detallı təsvirlər hermetik (həndəsi) fiqurlar üzərində müəyyən toplamalar və və ya bəzilərində çıxmalar vasitəsilə verilir. Çünki qədim həyat bilgisi mənbələrində dünya və ümumiyyətlə varlıq aləminin, bəlli həndəsi fiqurlar və hesab sayəsində mövcud olduğu qəbul edilir. Belə bir fəlsəfi baxış əsassız deyil, kökləri şumer, babil və daha qədimi sivilizasiyaların dünyanın yaranmasına dair təsvirlərinə söykənir.

Modern özünü tanıma aləti olan Tale-Matriksi eyniylə bu məntiqlə tərtib olunub, portret (sənin ətrafa yaydığın sima), əsas istedadlar, sağlamlıq, pul, mənəvi güclü və zəif nöqtələr, nəsil xəttindən gələn kodlar və s. kimi məlumatları verir. Hər biri üçün ayrıca zona var və hər zona – yəni hər bir yaşam mövzusu 3 enerjidən ibarətdir. Bunlara 3-lü proqramlar deyilir və bu matriks proqramlar bizim faktiki həyat mövzularındakı seçimlərimizin birbaşa səbəbləridir. Yəni biz hamımız konkret matriks kodlarla hərəkət edirik.

İnsan həyatına belə bir fundamental təsir barədə məlumatlılıq fərdin özü üçün vacib olan həyat sahəsində yüksəlişinin əsasıdır. Ümumiyyətlə, şəxsi inkişaf özünü tanımadan mümkün deyil. Özünü tanıma ezoterik alətlər insanın özü barədə bilgilərə birbaşa girişi hədsiz asanlaşdırır. Bu səbəbdən bu alətlər, qədimdən bugünəcən və gələcəkdə mövcud olub, var və olacaqdır.

Tale-Matriksi alətinin zonaları haqqında daha ətraflı məlumatlar YouTube kanalımda izahlı videolarla təqdim olunur.

Diğer yazılar

Tale Matriksində Digər Alətlər

Tale Matriksində Digər Alətlər

  • 79 Görüntüleme
  • 07.06.2026
  • 2 dk. okuma
Mənim adım Züleyxa Fətullayevadır, ixtisasca dilçi-pedaqoqam. 3 ildir ki, Tale Matriksi alətini müstəqil şəkildə öyrənirəm. Daha ətraflı Youtube səhif ...
Herkes
Daha fazla bilgi

© 2026 BONPARA MMC. Bütün hüquqlar qorunur.

  • Haqqımızda
  • Qaydalar
  • Məxfilik