Kofe Al
  • Yaratıcılar
  • Blog
  • SSS
  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский
  • Giriş yap Üye ol
Kofe Al
  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский

Sevdiğin işi yap, izleyicilerinden destek kazan!

  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский
    • Yaratıcılar
    • Blog
    • SSS
Giriş yap Üye ol
Bizi takip edin
yazıçı Uraqan Abdullayev
  • Yeni Bir Üslub! - Rəssam CP ilə müsahibə
    yazıçı Uraqan Abdullayev
  • 491 Görüntüleme
  • 04.01.2024
  • 4 dk. okuma

Yeni Bir Üslub! - Rəssam CP ilə müsahibə

Bir çoxunuz məni "Allahsızlar Şəhəri", "Hərbidən Qeydlər", həmçinin "Kəpənək" kitabı ilə tanıyır. Lakin öz dövrünü gözləyən bir kitab daha var: interpolun ən təhlükəli qatillərinin saxlanıldığı "Qəfəsdəki Məhbuslar" əsəri. Xeyr, bu dəfəki müsahibənin qonağı mən deyiləm. Lakin kitablarımın rəssamı olan CP ilə sizləri tanış etmək istəyirəm. Hansı ki, kitablarımla tanış olan oxucuların ilk reaksiyası belə olur:

Yeni Bir Üslub! - Rəssam CP ilə müsahibə

Yeni Bir Üslub!

Bir çoxunuz məni "Allahsızlar Şəhəri", "Hərbidən Qeydlər", həmçinin "Kəpənək" kitabı ilə tanıyır. Lakin öz dövrünü gözləyən bir kitab daha var: interpolun ən təhlükəli qatillərinin saxlanıldığı "Qəfəsdəki Məhbuslar" əsəri. Xeyr, bu dəfəki müsahibənin qonağı mən deyiləm. Lakin kitablarımın rəssamı olan CP ilə sizləri tanış etmək istəyirəm. Hansı ki, kitablarımla tanış olan oxucuların ilk reaksiyası belə olur:

"Bu rəsmlərin müəllifi kimdir?"

Onu kəşf etməyim mənim üçün sadəcə bir tapıntıdır. Düşünürəm ki, öz sərhədlərini zorlayan bu rəssamı sizlər də yaxından tanımalısınız.

Bu gün sizlərlə kitablarımın rəssamı olan CP ilə yaxından tanış olacağıq. 

 

Xoş gəlmisiniz CP. Zəhmət olmasa, özünüzü oxuculara təqdim edin. 

- Mən CP rəssam və heykəltəraş. Bir sözlə, əsl incəsənət adamıyam. 27 yaşım var. 12 ildir rəsmlər üzərində çalışıram, yeni əsərlər çəkib yaradıram. İncəsənət çox dəyərlidir bu həyatda və bizim görmədiyimiz insanlara, özündən sonrakılara dünyada bir iz qoymaqdır incəsənət. Mən heç bir yeri bitirməmişəm, mənə görə, yaradıcılıq doğuşdan insanın iç dərinliklərindən gəlir.

Rəssamlıqda ən çox hansı üslubdan istifadə edirsiniz?

- Rəssamlığın cox üslubu var, mən əsasən öz üslubumu yaratmağa və sevdirməyə çalışıram. Əsərlərimin içində müasir, romantizm, empresionizim üslüblar da var. 

Son zamanlar rəssamlığa olan marağım o qədər artıb ki, otağımın hər tərəfini rəsm tabloları ilə doldurmuşam. Bəs sizcə, rəsm tabloları sadəcə orijinal halda müzeylərdə saxlanılmalıdır, yoxsa nüsxələnib, çoxaldılıb evlərdə və ya digər sosial məkanlarda yerləşdirilməlidir? 

- Orijinal əsərlər müzeydə, ya da kimsə alırsa onun evində, iş otağında, harda asdığının fərqi yoxdur orijinal əsər olduğu kimi də qalır. İndi əsərlərin çəkimini elə edirlər ki, birə bir orijinalına bənzəyir, amma yenə də orijinal sayılmır, çünki rəssam və rəsmin ilk çəkilişində olan zaman rəssamın keçirdiyi hisslər, toxunuşlar, bunlar orijinal əsəri daha da dəyərli edir və fərqləndirir. Orijinal əsərlərin çoxaldılması, çıxarılması, məncə, yaxşı bir şeydir ki, bu da bir rəssamın əsərinin necə dəyərli olduğunu gösdərir. Bunu da bildirmək isdəyirəm ki, bütün saxta əsərlərin də özünə məxsus orijinallığı var.

Ölkəmizdə rəssamlığın inkişafı ilə bağlı hansı işlər görülür. İnkişafdan razısınızmı?

- Mən çox istərdimki diplomu olmayan bir çox sənətçilərimizə də dəstək olunsun. Mənim emalatxanam “Salam Cinema Baku”da yerləşir. Bu yerlərə təkbaşına gəlmişəm, heç bir dəstək olmadan.

Hər ikimiz incəsənət adamıyıq. Sizcə, Rəssamlıqla yazıçıları birləşdirən bənzərliklər və fərqliliklər hansılardır?

- Rəssam və yazıçılar arasında ən birinci böyük fərq duyğular və hisslərdir.Məncə, necə ki bir rəssam bir əsər üzərində günlərlə, hətta aylarla çalışırsa, bir yazıçı da ortaya qoyacaq öz əsərində aylarca zaman sərf edə bilir.

Həyatlarımızı hansı rəsm tablosuna bənzədirsiniz? 

- Həyat və yaşam daim dəyişir, eləcə də insanlar da dəyişir. Və bu həyatı hələ də göstərə bilən bir tablo yoxdur deyə düşünürəm.

Tanıdığım çoxlu sayda rəssam var. Lakin onların arasında çox az bir qismi tanınır və ya tarixdə qalır. Sizin fikrinizcə, bir rəssam kimi qızıl hərflərlə tarixə adını yazdırmaq üçün nə etmək lazımdır?

- Mənim fikrimcə, rəssam özünü tanıtmalıdır, sərgilər etməli, əsərlərini kütlə qarşısına çıxarmalı və həvəsdən düşməməlidir. Mənim də bir məqsədim var, özüm çox tanınmasam da, əsərlərim tanınsın və sevilsin. 

 

 

 

Diğer yazılar

Bu Yazarı Tanıdınızmı?

Bu Yazarı Tanıdınızmı?

  • 481 Görüntüleme
  • 04.01.2024
  • 11 dk. okuma
Bu məqalə Uraqan Abdullayev tərəfindən Barış Özcanın eyni adlı podkastı əsasında tərcümə edilmişdir. ...
Herkes
Daha fazla bilgi
İncəsənətlə idmanı birləşdirən Körpü

İncəsənətlə idmanı birləşdirən

  • 498 Görüntüleme
  • 11.12.2023
  • 6 dk. okuma
Bu məsələdə metis, yaxud mulat kimi hiss edərək sırf bir tərəfə aid edə bilmirəm özümü. Mövzu peşəkar idmanla yanaşı incəsənət adamı olmağımla əlaqəli ...
Herkes
Daha fazla bilgi
kofe.al

Her zaman yetenekli ve yaratıcı insanları arıyoruz. Kendinizi tanıtmaktan çekinmeyin!

Özellikler
  • Nasıl çalışır?
  • Abonelik
  • E-ticaret
  • Kare kodu
  • Entegrasyonlar
Entegrasyonlar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Biz kimiz?
  • Şartlar
  • Gizlilik politikası

Copyright © 2025, bir BONPARA projesi. Tüm hakları saklıdır.