Kofe Al
  • Yaratıcılar
  • Blog
  • SSS
  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский
  • Giriş yap Üye ol
Kofe Al
  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский

Sevdiğin işi yap, izleyicilerinden destek kazan!

  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский
    • Yaratıcılar
    • Blog
    • SSS
Giriş yap Üye ol
Bizi takip edin
Ulduzlu Yol
  • Tənbəl Dovşan cizgi filmi: Azərbaycan dilində uşaq cizgi film kanalı ‪@Ulduzluyol‬
    Ulduzlu Yol
  • 298 Görüntüleme
  • 06.07.2024
  • 4 dk. okuma

Tənbəl Dovşan cizgi filmi: Azərbaycan dilində uşaq cizgi film kanalı ‪@Ulduzluyol‬

Tənbəl Dovşan nağılı | Gülzar İbrahimova | Nağıllar və Hekayələr Azerbaycan dilinde cizgi filmleri / Nagil / Hekaye / Nağıl / Hekayə / Öyrədici / Oyrədici / Usaq kanali / Uşaq kanalı / Tənbəl Dovşan/ Meshe heyvanlari / Meşə heyvanları / Tenbel dovşan

Tənbəl Dovşan nağılı dinlə /cizgi filmi izləBaşlıq: Tənbəl Dovşan nağılı | Gülzar İbrahimova | Nağıllar və Hekayələr

 

Azerbaycan dilinde cizgi filmleri / Nagil / Hekaye / Nağıl / Hekayə / Öyrədici / Oyrədici / Usaq kanali / Uşaq kanalı /  Tənbəl Dovşan/ Meshe heyvanlari / Meşə heyvanları / Tenbel dovşanEtiketlər: Azerbaycan sesli nagillar, nagil, guzgu nagili, dovsan ve guzgu, ayna nagili, ayna, nagillar alemi, usaqlar ucun, ushaqlar ucun nagillar,  ayı,  dovşan, tülkü, canavar, ayi, dovshan, tulku, qurd#uşaqlarüçün #uşaqkanalı #ulduzluyol #nağıllar #nagillaralemi #azerbaijanfairytales #azerbaycan #azerbaijan #usaqlarucun #uşaqvideoları  

Tənbəl dovşan

Biri var idi, biri yox idi, bir dovşan var idi. Bu dovşan çox tənbəl idi. O qədər tənbəl idi ki, yuyunmaqdan lap zəhləsi gedirdi. Ona görə də o başqa dovşanlardan çox fərqlənirdi. Bütün dovşanlar qışda ağ, yayda isə boz rəngdə olurdusa, tənbəl dovşan çox vaxt qara rəngdə olurdu.

Bir dəfə tənbəl dovşan yol ilə gedirdi. Rastına bir tülkü çıxdı. Tülkü soruşdu:

- Kimsən sən?

- Dovşan, dovşanam mən. Adım dovşandı.

-Yox, mən dovşan görmüşəm. Sən dovşana oxşamırsan. Tüklərin ağ, yumşaq olmaq əvəzinə iynə kimidi. Bəlkə sən kirpisən?

Dovşan yaman pərt oldu:

- Xeyr, mən kirpi zad deyiləm.

Dovşan yoluna davam elədi, amma pərt olsa da yuyunmaq istəmədi. Bir az yol gedəndən sonra qarşısına canavar çıxdı. Canavar dovşanı görəndə lap təəccübləndi. Dovşan başa düşdü ki, bu dəfə də canavar onu tanımır. Ona görə də dedi:  

-Mən dovşanam.

Canavar ona diqqətlə baxdı:

- Yox, sən dovşan ola bilməzsən. Dovşanlar ya ağ, ya da boz olurlar. Sən yəqin yerin altında yaşayırsan, köstəbəksən. çünki üst başın toz torpaqdı özün də qarasan.

Dovşan, bir də incisə də, yenə də yuyunmadı. Üst başını çırpıb yoluna davam elədi. Qarşısına bu dəfə bir ayı çıxdı. Ay soruşdu:

- Kimsən sən?

- Dovşanam. tanımadın məni? Mən dovşanam?

- Yalan deyirsən, mən sənin kimi dovşan görməmişəm. Sən yəqin ki, qurbağasan.

Dovşan əyilib gölməçədə öz əksinə baxdı və təəccüblə soruşdu:

- Bəs nə üçün qurbağa?

- Çünki sənin üstündə yaşıl-yaşıl nöqtələr var.

- Yekə ayısan, danışığına fikir ver.

Belə deyib dovşan hirslə ayıdan ayrıldı. Amma yenə də yuyunmadı.

Bir azdan o dovşanlara rast gəldi. Dovşanlar top oynamağa gedirdilər. Tənbəl dovşan sevinc içərisində onlara qatılmaq istədi. Dovşanlar isə təəccüblə bir birlərinə baxıb soruşdular:

- Sən kimsən ki?

dovşan çox pis oldu, çünki özününkülər də onu tanımamışdı. Sakit, sakit dedi:  

- Mən də sizin kimi dovşanam. Görmürsüz dovşanam?  Dovşanam da, iki uzun qulağım var.

Dovşanlar güldülər.

- Nə olsun ki, elə uzunqulağının da iki  qulağı var. Yəqin sən də elə uzunqulaqsan.  

- Yox, bu ola bilməz. Sən dovşan deyilsən, bizə qoşulma. Heç dovşana da oxşamırsan.

Tənbəl dovşan elə pərt olmuşdu ki, az qalırdı ağlasın. O dovşan olduğunu sübut eləmək istəyirdi.

Amma bilmirdi ki, bunu necə eləsin.

- Axı mən hamını necə inandırım ki, mən dovşanam? Ey heyvanlar, mən dovşanam, dovşanam, dovşan.

Amma heç kəs dovşana inanmadı. Birdən dovşanın ağlına bir fikir gəldi: O, körpüdən düz çaya hoppandı. Bir az üzəndən sonra rəngi açıldı. O biri dovşanlar onu tanıdı. Qışqırdılar.

- Doğrudan da, sən Dovşansan,

Dovşan çayın suyunda öz əksinə baxdı. Rəngi çox xoşuna gəldi.

- Ay nə yaxşı oldu, mən nə gözəlləşdim

Dovşanlar dedilər:

- Gedək, sən də bizimlə top oyna.

Belə deyib, dovşanlar şən-şən top oynamağa getdilər.

Diğer yazılar

🐝"Arıların qəzəbi" nağılı Azərbaycan dilində cizgi filmi

🐝"Arıların qəzəbi" nağılı Azər

  • 215 Görüntüleme
  • 17.01.2025
  • 4 dk. okuma
Başlıq: Arıların qəzəbi nağılı | O. Hüseynov | Nağıllar və Hekayələr Müəllif: O. Hüseynov Azerbaycan dilinde cizgi filmleri / Nagil / Hekaye / N ...
Herkes
Daha fazla bilgi
Tülkü və Qarışqa nağılı - Azərbaycan dilində cizgi filmi

Tülkü və Qarışqa nağılı - A

  • 187 Görüntüleme
  • 17.01.2025
  • 4 dk. okuma
Başlıq: Tülkü və Qarışqa nağılı | Qırğız xalq nağılı | Xalq Nağılları Müəllif: Qırğız xalq nağılı Kanaldakı digər çizgi filmləri izlə: • 🎞️ Azə ...
Herkes
Daha fazla bilgi
kofe.al

Her zaman yetenekli ve yaratıcı insanları arıyoruz. Kendinizi tanıtmaktan çekinmeyin!

Özellikler
  • Nasıl çalışır?
  • Abonelik
  • E-ticaret
  • Kare kodu
  • Entegrasyonlar
Entegrasyonlar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Biz kimiz?
  • Şartlar
  • Gizlilik politikası

Copyright © 2025, bir BONPARA projesi. Tüm hakları saklıdır.