Pişik və Qurbağa nağılı dinlə /cizgi filmi izləBaşlıq: Pişik və Qurbağa nağılı | Mehriban Nağıyeva | Nağıllar və Hekayələr
Azerbaycan dilinde cizgi filmleri / Nagil / Hekaye / Nağıl / Hekayə / Öyrədici / Oyrədici / Usaq kanali / Uşaq kanalı / Pişik və Qurbağa / Meshe heyvanlari / Meşə heyvanları / Pishik ve Qurbaga Etiketlər: Azerbaycan sesli nagillar, nagil, guzgu nagili, dovsan ve guzgu, ayna nagili, ayna, nagillar alemi, usaqlar ucun, ushaqlar ucun nagillar, Pişik, Qurbağa, pishik , qurbaga, pisik#uşaqlarüçün #uşaqkanalı #ulduzluyol #nağıllar #nagillaralemi #azerbaijanfairytales #azerbaycan #azerbaijan #usaqlarucunlarucun #uşaqvideoları
# Mehriban Nağıyeva. Pişik və qurbağa
Biri var idi, biri yox idi. Buluş adında bir pişik var idi.
Bir gün bizim Buluş pişik bərk acımışdı. Ora-bura baxıb yeməyə bir şey axtarırdı. Elə bu vaxt gözü qurbağaya sataşdı. Qurbağa tullana-tullana harasa gedirdi. Buluş cəld hoppanıb qurbağanın qabağını kəsdi:
– Miyao, miyao, acımışam, səni yeyəcəm!
Qurbağa qorxudan tit-tir əssə də, özünü o yerə qoymayıb dedi:
– Deyəsən, məni siçanla səhv salırsan!
– Mən səni yaxşı tanıyıram, sən qurbağasan.
– Elə isə mənim qabağımı niyə kəsmisən?! Mən ki siçan deyiləm, yeyəsən. Axı mən qur-qur qurbağayam.
– Bu dəqiqə elə acam ki, mənim üçün fərqi yoxdur, ya sən, ya siçan.
Qurbağa gördü ki, Buluş onu həqiqətən yemək istəyir. Tez ətrafa göz gəzdirdi. Gözünə yaxınlıqdakı böyük kaktus gülü dəydi. Cəld tullanıb özünü onun budaqları altına saldı. Balaca olduğu üçün kaktusun tikanları ona batmadı.
Buluş isə ha əlini uzatdısa da, tikanlar ona imkan vermədi. O, bərk hirsləndi. Tikanların ağrısından gözləri doldu.
– Tez ol, çıx, – deyib qışqırdı.
Qurbağa qəhqəhə çəkdi:
– Qur, qur, qur…. Get özünə tələ qur.
Buluş bir az da əsəbiləşdi. Axı yeməyini əldən buraxmışdı. Burnunu kaktusun dibinə soxub qurbağanı ağzı ilə tutmaq istədi. Bu dəfə tikanlar onun üz-gözünə batdı. Çığırtısı ərşə qalxdı. Ufuldaya-ufuldaya oradan uzaqlaşdı. Qurbağa isə hələ də kaktusun altında gülürdü.