Kofe Al
  • Yaratıcılar
  • Blog
  • SSS
  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский
  • Giriş yap Üye ol
Kofe Al
  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский

Sevdiğin işi yap, izleyicilerinden destek kazan!

  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский
    • Yaratıcılar
    • Blog
    • SSS
Giriş yap Üye ol
Bizi takip edin
Ulduzlu Yol
  • Lovğa Tülkü cizgi filmi: Azərbaycan dilində uşaq cizgi film kanalı ‪@Ulduzluyol‬
    Ulduzlu Yol
  • 255 Görüntüleme
  • 06.07.2024
  • 4 dk. okuma

Lovğa Tülkü cizgi filmi: Azərbaycan dilində uşaq cizgi film kanalı ‪@Ulduzluyol‬

Lovğa Tülkü nağılı | Mehriban Nağıyeva | Nağıllar və Hekayələr Azerbaycan dilinde cizgi filmleri / Nagil / Hekaye / Nağıl / Hekayə / Öyrədici / Oyrədici / Usaq kanali / Uşaq kanalı / Lovğa Tülkü / Meshe heyvanlari / Meşə heyvanları / Lovga Tulku Etiketlər:

Lovğa Tülkü nağılı dinlə /cizgi filmi izləBaşlıq: Lovğa Tülkü nağılı | Mehriban Nağıyeva | Nağıllar və Hekayələr

Azerbaycan dilinde cizgi filmleri / Nagil / Hekaye / Nağıl / Hekayə / Öyrədici / Oyrədici / Usaq kanali / Uşaq kanalı /  Lovğa Tülkü / Meshe heyvanlari / Meşə heyvanları / Lovga TulkuEtiketlər: Azerbaycan sesli nagillar, nagil, guzgu nagili, dovsan ve guzgu, ayna nagili, ayna, nagillar alemi, usaqlar ucun, ushaqlar ucun nagillar,  ayı,  dovşan, tülkü, kirpi, balıq#uşaqlarüçün #uşaqkanalı #ulduzluyol #nağıllar #nagillaralemi #azerbaijanfairytales #azerbaycan #azerbaijan #usaqlarucun #uşaqvideoları  

Mehriban Nağıyeva. Lovğa tülkü

Biri var idi, biri yox idi. Bir lovğa tülkü var idi. Bir gün o meşə ilə gedirdi. Qabağına bir ayı çıxdı. Ayıya baxıb ucadan gülməyə başladı:

-He,he,He. Kobud, yekə, qarasan,

-Səni görüm yanasan!

Ayı çox kədərləndi:

- Mənə niyə belə deyirsən?- Ha ha ha... Niyə belə deyirəm? Güzgüyə baxsan biləcəksən.- Nəyi biləcəyəm?- Eybəcər olduğunu...

Tülkünün sözləri ona sillə kimi dəydi. Ayı üzüntülü halda getdi....

Tülkü bir az getmişdi ki, qabağına bir dovşan çıxdı. Elə o dəqiqə başladı acı sözlər deməyə:

- Ay çəpgöz, yekəqulaq!- Mənimləsən?- Burda səndən başqa kimsə var?

Dovşan məətəl qaldı. Hələ ona heç kim belə acı sözlər deməmişdi.

Tülkü isə quyruğun sığallaya sığallaya, mahnı oxuya oxuya getdi:

- Mən necə də gözələm, mən necə də qəşəngəm.

Tülkü az getdi çox getdi, elə bu dəm bir kirpiyə rast gəldi.

Ucadan gülməyə başladı. Kirpi təəcübləndi:

- Nəyə gülürsən? De mən də gülüm.

Tülkü qəhqəhə çəkdi:

- He,he, Ay yazıq, nəyə güləcəyəm? Əlbəttə ki, sənə gülürəm.- Mənim nəyimə gülürsən?- Uzun burnuna....ha ha ha....tikanlı paltarına....ha ha ha...

Kirpi bu sözlərdən çox üzüldü. Tez otların arasına girib görünməz oldu.

Tülkü yaxınlıqdakı çaya getdi. Çaydan su içəndə bir balıq başını sudan çıxarıb tülküyə salam verdi:

- Salam tülkü lələ, necəsən?- Necə olacağam? Məndə xoş ovqat qoyursunuz ki?- De görüm, kim xətrinə dəyib?- Elə biri sən!- Aaaa mən?

Balıq elə təəccübləndi ki, az qaldı gözləri yerindən çıxa:

- Axı mən sənə pis bir söz demədim. Sadəcə salam verib hal-əhval tutmaq istədim.- Sən nə cürətlə mənə salam verirsən? Axı sən çox eybəcərsən.- Mən? Mən? - balıq çox kədərləndi: - Xeyir anam deyir ki, mən çox gözələm.- Ona elə gəlir.....sən çox çirkinsən...

Balıq ağlaya-ağlaya üzüb getdi...

Çayın kənarında sərin külək əsirdi. Tülkü burada iri bir  ağacın altında oturub dincəlmək istədi. Elə yerini təzəcə rahatlamışdı ki, külək daha bərk əsdi. Sən demə  ağacın nəhəng budağı çürüyübmüş. Küləyin təsirindən budaq qırıldı və tülkünün düz başına düşdü. O qaçmağa fürsət tapmadı. Onun şələ quyruğu budağın altında qaldı. Lovğa tülkü çox sarsıldı. Elə nalə çəkdi ki, meşədəki bütün heyvanlar oraya axışdı.

Balıq Tülkü üçün su gətridi. Ayı, dovşan, Kirpi köməkləşib budağı qaldırmağa çalışdılar ki, tülkünü xilas etsinlər.

Tülkü dostlarının canfəşanlığından utandı. Elə bir az qabaq onlara dediyi sözləri xatırladı. Özün ələ alıb dedi:

- Dostlar bu gün sizə çox lağ edib gülmüşəm. Acı acı sözlər demişəm. Məni bağışlayın. Baxın diqqətlə baxın...  Sizi ələ salırdım,  amma ən gülməli günə elə mən qaldım. Bircə onu bilirəm ki, lovğalıq etməsəydim, bu günə qalmazdım.

Heyvanlar köməkləşib tülkünü xilas etdilər. Tülkü o gündən sonra bir də heç kimə qarşı kobudluq etmədi.

Diğer yazılar

🐝"Arıların qəzəbi" nağılı Azərbaycan dilində cizgi filmi

🐝"Arıların qəzəbi" nağılı Azər

  • 215 Görüntüleme
  • 17.01.2025
  • 4 dk. okuma
Başlıq: Arıların qəzəbi nağılı | O. Hüseynov | Nağıllar və Hekayələr Müəllif: O. Hüseynov Azerbaycan dilinde cizgi filmleri / Nagil / Hekaye / N ...
Herkes
Daha fazla bilgi
Tülkü və Qarışqa nağılı - Azərbaycan dilində cizgi filmi

Tülkü və Qarışqa nağılı - A

  • 187 Görüntüleme
  • 17.01.2025
  • 4 dk. okuma
Başlıq: Tülkü və Qarışqa nağılı | Qırğız xalq nağılı | Xalq Nağılları Müəllif: Qırğız xalq nağılı Kanaldakı digər çizgi filmləri izlə: • 🎞️ Azə ...
Herkes
Daha fazla bilgi
kofe.al

Her zaman yetenekli ve yaratıcı insanları arıyoruz. Kendinizi tanıtmaktan çekinmeyin!

Özellikler
  • Nasıl çalışır?
  • Abonelik
  • E-ticaret
  • Kare kodu
  • Entegrasyonlar
Entegrasyonlar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Biz kimiz?
  • Şartlar
  • Gizlilik politikası

Copyright © 2025, bir BONPARA projesi. Tüm hakları saklıdır.