Kofe Al
  • Yaratıcılar
  • Blog
  • SSS
  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский
  • Giriş yap Üye ol
Kofe Al
  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский

Sevdiğin işi yap, izleyicilerinden destek kazan!

  • tr Türkce
    • tr English
    • tr Azərbaycan
    • tr Русский
    • Yaratıcılar
    • Blog
    • SSS
Giriş yap Üye ol
Bizi takip edin
Ulduzlu Yol
  • Lovğa Kərgədan cizgi filmi: Azərbaycan dilində uşaq cizgi film kanalı ‪@Ulduzluyol‬
    Ulduzlu Yol
  • 257 Görüntüleme
  • 06.07.2024
  • 3 dk. okuma

Lovğa Kərgədan cizgi filmi: Azərbaycan dilində uşaq cizgi film kanalı ‪@Ulduzluyol‬

Lovğa Kərgədan nağılı | Gülzar İbrahimova | Nağıllar və Hekayələr Azerbaycan dilinde cizgi filmleri / Nagil / Hekaye / Nağıl / Hekayə / Öyrədici / Oyrədici / Usaq kanali / Uşaq kanalı / Lovğa Kərgədan / Meshe heyvanlari / Meşə heyvanları / Lovga Kergedan

Lovğa Kərgədan nağılı dinlə /cizgi filmi izləBaşlıq: Lovğa Kərgədan nağılı | Gülzar İbrahimova | Nağıllar və Hekayələr

 

Azerbaycan dilinde cizgi filmleri / Nagil / Hekaye / Nağıl / Hekayə / Öyrədici / Oyrədici / Usaq kanali / Uşaq kanalı /  Lovğa Kərgədan / Meshe heyvanlari / Meşə heyvanları / Lovga KergedanEtiketlər: Azerbaycan sesli nagillar, nagil, guzgu nagili, dovsan ve guzgu, ayna nagili, ayna, nagillar alemi, usaqlar ucun, ushaqlar ucun nagillar,  Kərgədan kergedan,  fil, panda, dəvə, deve, tutuquşu, leylək, tutuqushu, tutuqusu, leylek#uşaqlarüçün #uşaqkanalı #ulduzluyol #nağıllar #nagillaralemi #azerbaijanfairytales #azerbaycan #azerbaijan #usaqlarucun #uşaqvideoları  

Biri vardı, biri yoxdu, bir Kərgədan vardı. O, hamıya sataşmağı xoşlayır, kimi isə pərt edəndə sevinərdi.

- Qozbel, qozbel, sənin nə əyri belin var? Yoxsa belinə böyük balqabaq qoymusan? - deyə dəvəyə sataşardı.

Dəvə hirslənib ona cavab verərdi:

- Mənim belimdə bir yox, üç balqabaq olsa da, pis görünmərəm. Amma sənin belin düz olsa da, çox yaraşıqsızsan.

Kərgədan dəvədən ayrılıb yolda fillə rastlaşdı. Filə gülüb dedi:

- Niyə bu günə düşmüsən? O qədər şişmisən ki, az qala partlayasan. Mən sənin kimi gonbul fil görməmişəm. Gonbulun biri!- Gonbul da olsam zəhmətkeşəm. Gör bir gündə nə qədər iş görmüşəm. Adamları meşəyə aparmışam, odun daşımışam, xortumuma su alıb hər yana çiləmişəm sərin olsun, bəs sən neyləmisən?

- Əsas odur ki,  Mən heç bir iş görməsəm də, sənin kimi kifir deyiləm.

Kərgədan fildən ayrılıb gülə-gülə yoluna davam etdi. Qarşısına bir Panda çıxdı. Kərgədan təəccüblə ona baxıb soruşdu:

- Sən kimsən?

Panda ona salam verib dedi:

- Gəl tanış olaq! Mən Pandayam!

Kərgədan yersiz-yersiz gülməyə başladı:

- Sən niyə bu gündəsən? Yarı qara, yarı ağ. Özünü bir az təmiz saxla da. Elə çirklisən ki, bütün bədənin ala-buladır. Mən hərdən palçıqda  yatıram, amma heç vaxt sənin günündə olmuram.  Sənin kimi çirkin heyvan görməmişəm!

Bu vaxt Tutuquşu söhbətə qarışdı:

- Sən hamıya çirkin deyirsən, amma heç özündən xəbərin yoxdur!

- Sən kəs səsini! Donqaburun tutuquşu! Sən hamıdan çirkinsən!

Tutuquşunun hirsindən dili söz tutmayıb qanadları titrətdi.

Bunu görən Hacıleylək Tutuquşunu müdafiə etmək üçün dimdiyini qabağa uzatdı ki, nəsə desin.

Kərgədan onun sözünü kəsdi:

- Bir özünə bax, uzun, eybəcər ayaqların var. Sənə baxanda ətim tökülür. Adını quş qoymusan, amma uça bilmirsən!

Hacıleylək həmişə uçmağı arzulayırdı. Kərgədan onun yaralı yerinə toxunmuşdu. Ona görə də ağlaya-ağlaya dedi:

- Hərədə bir eyib tapırsan, bəlkə bir özünə də baxasan!..

Kərgədan lovğa-lovğa dedi:

- Özümə niyə baxım, məgər mənim eyibim var?

Nə isə... Kərgədan hərəyə bir cür sataşırdı. Bir gün Fil, Panda, Dəvə, Hacıleylək, Tutuquşu meşədən bir güzgü tapdılar.

Güzgü onların o qədər xoşuna gəldi ki, ona baxıb doyunca güldülər. Sonra güzgünü götürüb getdilər Kərgədanın yanına ki, ona sataşsınlar.

Panda güzgünü Kərgədana göstərdi. Kərgədan güzgüyə baxdı, baxdı:

- Bu eybəcər kimdi? - deyə qəhqəhə çəkib soruşdu:

- Bu kimin şəklidir, bu eybəcərlikdə. Bəs burnundakı nədir? Özü də düz mənə baxır. Mən hələ belə çirkin heyvan görməmişəm.

Hamı Kərgədana gülürdü. Amma lovğa Kərgədan başa düşmürdü ki, hamı ona gülür.

Diğer yazılar

🐝"Arıların qəzəbi" nağılı Azərbaycan dilində cizgi filmi

🐝"Arıların qəzəbi" nağılı Azər

  • 215 Görüntüleme
  • 17.01.2025
  • 4 dk. okuma
Başlıq: Arıların qəzəbi nağılı | O. Hüseynov | Nağıllar və Hekayələr Müəllif: O. Hüseynov Azerbaycan dilinde cizgi filmleri / Nagil / Hekaye / N ...
Herkes
Daha fazla bilgi
Tülkü və Qarışqa nağılı - Azərbaycan dilində cizgi filmi

Tülkü və Qarışqa nağılı - A

  • 187 Görüntüleme
  • 17.01.2025
  • 4 dk. okuma
Başlıq: Tülkü və Qarışqa nağılı | Qırğız xalq nağılı | Xalq Nağılları Müəllif: Qırğız xalq nağılı Kanaldakı digər çizgi filmləri izlə: • 🎞️ Azə ...
Herkes
Daha fazla bilgi
kofe.al

Her zaman yetenekli ve yaratıcı insanları arıyoruz. Kendinizi tanıtmaktan çekinmeyin!

Özellikler
  • Nasıl çalışır?
  • Abonelik
  • E-ticaret
  • Kare kodu
  • Entegrasyonlar
Entegrasyonlar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Biz kimiz?
  • Şartlar
  • Gizlilik politikası

Copyright © 2025, bir BONPARA projesi. Tüm hakları saklıdır.