Fotoqrafiya mənim üçün yaradıcı baxışdır. Gözəl təbiəti olan Astaranın, Şahağacı kəndində doğulub böyümüşəm.
Həyətimizdə elə indinin özündə də şənbel ağacı dedikləri ağacda yelləncək asılıdı. Həyətin bir tərəfi dəniz, bir tərəfi axar çay, bir tərəfi qatar yoludu.Uşaqlıq illərimdə elə o sözü gedən yelləncəkdə bir gün oturmuşdum ki, nəsə narahatçılıq keçirdiyimi hiss etdim. BELƏ MÖHTƏŞƏM MƏNZƏRƏNİ GÖRMÜRLƏR deyə üzülürdüm. Çünki, heç vaxt 8 ailə üzvümüzdən birinin belə bu gözəllik barədə birşey danışdığını eşitməmişdim, ən balacaları olaraq yəni ilk mən mi görürdüm bu gözəlliyi? Düşünürdüm…
Bacılarımdan biri tələbə idi deyə ona yeni çıxan şəkilçəkən "Nokia 6500" telefonunu almışdılar. Bir gün bacıma dedim ki, Ceyla mənə bir dəqiqəlik telefonu verirsən? Şəkil çəkmək istəyirəm. Verərəm dedi və telefonu uzatdı.
Qaça-qaça gedib elə o yelləncəyin yaninda bir foto çəkdim.
Gəldim ilk anama göstərdim,ana baxdı və dedi “AAAA lap internet şəklinə oxşayır”
Bu cümlədəki "internet şəkli" sözü, mənim üçün bərabər idi qəşəng, mənzərəli şəkil)) demək ki, nə? Alınmışdı…
O mənzərənin gözəlliyini o gün çəkdiyim şəkil vasitəsi ilə anamın fərqinə varmasını bacarmışdım.
Tam 12 il öncə…
Sonra mən hər əlimə şəkilçəkən telefon düşəndə illərlə bunu davam etdirməyə başladım, hər qəşəng gördüyümü çəkdim, göstərdim, maraqlı reaksiyalar aldım və başa düşdüm ki, mən yaradıcı baxışımı boş verməməliyəm.
Hətda yaxın zamanlarda özümə dəstək üçün kiçik məbləğə də olsa ikinci əl bir fotoaparat əldə etdim.
Əgər sən də bu baxışımı dəstəkləyirsənsə, profilimdəki linkə keçid edib virtual kofe alaraq bu dəstəyini reallaşdıra bilərsən.